Məhkəmə qərarları › İş №2(018)-1295/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1295/2023

13.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1295/2023 13.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Mirzəzadə Ofeliya Cavad qızının katibliyi, iddiaçılar İddiaçı1 və X1 iştirakı ilə, iddiaçılar İddiaçı1, X2, İddiaçı3 və X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “Ümumi birgə mülkiyətdə olan torpaq sahəsinin sərhədlərinin və döngə nöqtələrinin müəyyən olunması və cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulması tələbi barədə” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, X5, İddiaçı3 və X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “Ümumi birgə mülkiyətdə olan torpaq sahəsinin sərhədlərinin və döngə nöqtələrinin müəyyən olunması və cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulması tələbi barədə” məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mülkiyyətdə olan kənt təsərrüfatı təyinatlı torpaq sahələrinin sərhədlərinin və döngə nöqtələrinin müəyyən olunması və cavabdehlərin həmin torpaq sahələrindən sərbəst istifadələrinə maneəçilik yaradılması barədə olan özbaşınalıq hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. İddiaçı X3 və İddiaçı3 məhkəmə iclasının vaxtı və yeri barədə qabaqcadan məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə etməklə gösərdi ki, onun və ailə üzvülərinin mülkiyyətində Astara rayonu Kijəbə qəsəbəsi ərazisində 0,4733 hektar kənt təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Cavabdehlərin torpaq sahəsi onların qonşuluğunda yerləşir. Cavabdehlər həmin torpaq sahəsindən uzun müddət istifadə etməmələrinə baxmayaraq onlara qarşı məhkəmədə iddia qaldırmışlar. Cavabdehlər onların mülkiyyətində olan 0,4733 hektar kənt təsərrüfatı təyinatlı torpaq sahəsini tutmasalarda onlar faktiki istifadələrində olan 0,4733 hektar kənt təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədlərinin və döngə nöqtələrini bilmirlər. Cavabdehlərin həmin torpaq sahələrindən sərbəst istifadələrinə maneəçilik yaradılar. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı X4 iddia tələbini müdafiə etməklə gösərdi ki, onun mülkiyyətində Astara rayonu Kijəbə qəsəbəsi ərazisində 0,6955 hektar kənt təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Cavabdehlərin torpaq sahəsi onların qonşuluğunda yerləşir. Cavabdehlər həmin torpaq sahəsindən uzun müddət istifadə etməmələrinə baxmayaraq onlara qarşı məhkəmədə iddia qaldırmışlar. Cavabdehlər onların mülkiyyətində olan 0,6955 hektar kənt təsərrüfatı təyinatlı torpaq sahəsini tutmasalarda onlar faktiki istifadələrində olan 0,6955 hektar kənt təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədlərinin və döngə nöqtələrini bilmirlər. Cavabdehlərin həmin torpaq sahələrindən sərbəst istifadələrinə maneəçilik yaradılar. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsi səbəbi barədə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə gəlmiş iddiaçıların izahatını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqələrnin surətindən və arayışlardan məlum olur ki, İddiaçı1 27 füvral 1989-cu ildə, X5 xx xxxx 1970-ci ildə, İddiaçı3 xx xxxx 1986-cı ildə və X4 xx xxxxx 1986-cı il tarixdə anadan olmaqla onlar Astara rayonu Kijəbə qəsəbəsində yaşayır. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı X6 Məhkəməyə müraciət etmək üçün 100 (yüz) manat məbləğindəki dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Mülki işə əlavə edilmiş “Torpağın mülkiyyət hüququna dair” JN-0077 (KOD:********) nömrəli Dövlət Aktıdan məlum olur ki, iddiaçı X3 və ailə üzvülərinin mülkiyyətlərinə Astara rayonu Kijəbə qəsəbəsi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,11 hektar torpaq sahəsi verilmişdir. Mülki işə əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli şıxarışdan məlum olur ki, İddiaçı1 və ailə üzvülərinin mülkiyyətlərinə Astara rayonu Kijəbə qəsəbəsi ərazisində kənd təsərrüfatı təyinatlı 0,4733 hektar torpaq sahəsi verilmişdir. Mülki işə əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********01, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 24 noyabr 2022-ci il olan çıxarışdan məlum olur ki, X1 mülkiyyətində Astara rayonu Kijəbə qəsəbəsi ərazisində kənd təsərrüfatı təyinatlı 0,6955 hektar torpaq sahəsi vardır. Mülki işə əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********02, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 27 fevral 2023-cü il olan çıxarışdan məlum olur ki, İddiaçı3 mülkiyyətində Astara rayonu Kijəbə qəsəbəsi ərazisində kənd təsərrüfatı təyinatlı 0,554 hektar torpaq sahəsi vardır. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olundu ki, İddiaçılar İddiaçı1, X5, İddiaçı3 və X1 mülkiyyətlərində Astara rayonu Kijəbə qəsəbəsi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. Həmin torpaq sahələri cavabdehlər tərəfindən tutulmamışdır. Bu hal məhkəmə iclasında dindirilən iddiaçıların izahatlarından və iddia ərizəsinin məzmunundan da məlum olur. Həmçinin iddiaçılar cavabdehlərin həmin torpaq sahələrindən sərbəst istifadələrinə maneəçilik yaradılması barədə olan özbaşınalıq hərəkətlərinə son qoyulmasını tələb etmiş olsalarda həmin özbaşınalıq hərəkətlərinin nədə ifadə olunmasını göstərməmişlər və bu halları təsdiq edən subutları işə əlavə etməmişlər. Məhkəmə iclasında dindirilən iddiaçılar da həmin halları əks etdirən fikirləri bildirmədilər. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. Məhkəmə iddia tələbinin “qanunsuz tutulmuş (zəbt edilmiş) torpaq sahəsinin azad edilməsi” hissəsini rədd edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir.

1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

2. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

4. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

6. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

7. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarının 3-cü hissəsində qeyd edilir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 124.2-cimaddəsinə müvafiq olaraq iddia rədd edildikdə işə baxılması iləəlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə

QƏT ETDİ:

İddiaçılar İddiaçı1, X2, İddiaçı3 və X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “Ümumi birgə mülkiyətdə olan torpaq sahəsinin sərhədlərinin və döngə nöqtələrinin müəyyən olunması və cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulması tələbi barədə” iddiası əsassız olmasına görə rədd olunsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar