Məhkəmə qərarları › İş №2(018)-1298/2025

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-1298/2025

15.07.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-1298/2025 15.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X7, İddiaçı cavabdehlər Azərbaycan Respublikası "xxxx" ASC-in X9 MMC-in direktoru X5, "xxxx" ASC-in X9 MMC-in X4 rəisi X2,üçüncü şəxslər X1, X8 və X3 qarşı “işə bərpa, boş qaldığı aylar üçün əmək haqqının ödənilməsi, saxtakarlığa gösə cavabdehlərin məsuliyyətə cəlb edilməsi, maddi və mənəvi ziyana görə pul tələbi barədə iddia ərizəsi üzrə mülki işin materiallarını nəzərdən keçirib, müəyyən etdim: İddiaçı cavabdehlər Azərbaycan Respublikası "xxxx" ASC-in X9 MMC-in direktoru X5, "xxxx" ASC-in X9 MMC-in X4 rəisi X2,üçüncü şəxslər X1, X8 və X3 qarşı “işə bərpa, boş qaldığı aylar üçün əmək haqqının ödənilməsi, saxtakarlığa gösə cavabdehlərin məsuliyyətə cəlb edilməsi, maddi və mənəvi ziyana görə pul tələbi barədə iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəndə üçüncü şəxslərin ünvanları və eyniləşdirmə məlumatı-şəxsiyyət vəsiqələrinin seriya nömrəsi (FİN) qeyd edilməmişdir Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və İddiaçı iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152.1.1, 263-264 və 266-268ci maddələrini rəhbər tutaraq qərara aldım : İddiaçı cavabdehlər Azərbaycan Respublikası "xxxx" ASC-in X9 MMC-in direktoru X5, "xxxx" ASC-in X9 MMC-in X4 rəisi X2,üçüncü şəxslər X1, X8 və X3 qarşı “işə bərpa, boş qaldığı aylar üçün əmək haqqının ödənilməsi, saxtakarlığa gösə cavabdehlərin məsuliyyətə cəlb edilməsi, maddi və mənəvi ziyana görə pul tələbi barədə iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar