Məhkəmə qərarları › İş №2(018)-13/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-13/2024

27.06.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-13/2024 27.06.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8 oğlunun katibliyi, İddiaçı Xudabağış qızının, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Xudabağış qızının Cavabdeh qarşı «evə və torpaq sahəsinə servitut hüququ ilə yol verilməsi tələbi»nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Xudabağış qızı Cavabdeh qarşı «evə və torpaq sahəsinə servitut hüququ ilə yol verilməsi tələbi»nə dair iddia qaldırmışdır. İddiaçı Əliyeva X4 rayonu Sərək kəndində yerləşən fərdi yaşayış evinə başqa yerdən maşın və piyada yolu olmadığı üçün X1 torpaq sahəsindən ona servitut hüququ ilə piyada və maşın yolunun verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 2(018)-13/2024 saylı mülki iş Astara Rayon Məhkəməsinin hakimi Mübariz Məmmədovun icraatında olmuş, hakimin iş yerinin dəyişdirilməsi ilə əlaqədar həmin mülki iş 13 may 2024-cü il tarixdə hakim Zamin İbrahimovun icraatına verilmişdir. Məhkəmə iclası zamanı İddiaçı Xudabağış qızı iddianı müdafiə edərək bildirdi ki, Astara rayonu Sərək kəndində 0,22 ha torpaq sahəsi vardır. Astara rayonu Dövlət Arxivinin 267/1 saylı 19 oktyabr 2021-ci il tarixli arxiv arayışında qeyd olunur ki, Astara rayonun Şüvi kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin 2001 - 2005 - ci illərin təsərüfatbaşı kitablarına əsasən 08 saylı kitabın 578 saylı şəxsi hesabında X7 (İddiaçı əri) oğlunun təsərrüfatının xüsusi mülkiyyətində 2001-ci ildə tikilmiş fərdi yaşayış evi və 0.20 hektar həyətyanı torpaq sahəsi vardır. Onlar yəni İddiaçı və onun ailə üzvləri həmin torpaqdan istifadə edirlər, həmin torpaq sahəsinə gediş-gəliş üçün həm piyada, həm də maşın yolu olmuş, həmin piyada və maşın yolundan onlar maneəsiz istifadə etmiş, öz torpaq sahəsinə getmiş və istədiyi ləvazimatları maşınlarla daşımışlar. Lakin, cavabdeh X5 2019-cu ildən heç bir səbəb göstərmədən, onun istifadəsində olan torpaq sahəsinə və evinə gedən piyada və avtomobil yolunun üstündə darvaza qoyaraq həmin yoldan istifadəni mümkünsüz etmişdir. Dəfələrlə həmin yolun açılmasını, qoyulmuş darvazanın sökülməsini tələb etsədə cavabdeh öz qanunsuz hərəkkətlərini davam etmiş, istifadəsində olan torpaq sahəsinə və evinə azad şəkildə, maneəsiz getmək üçün şəraitin yaradılmasım təmin etməmiş və həmin yolu açmamış və açmağada imkan verməmişdir. Buna görədə 2020-ci ildə "evinə və torpaq sahəsinə gedən piyad və maşın yolunun açılması, həmin yolda qoyulmuş darvazanın sökülməsi, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması'' tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişlər. Astara Rayon Məhkəməsi 10 avqust 2021-ci il tarixdə həmin iddiaya baxaraq iddianın rədd olunması haqqında qətnamə qəbul etmişdir. İddianın rədd olunması üçün əsas və səbəb mülki işə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz əmlakın Kadastrı və Ünvan Rycstri Xidməti tərəfindən verilmiş 31 may 2021-ci il tarixli **********655 nömrəli mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23 iyul 2021-ci il tarixli 10\3046 nömrəli rəy olmuşdur. Belə ki, həmin rəydə qeyd olunur ki. X3 təsərrüfatının xüsusi mülkiyyətində olan 0.20 ha həyətyanı torpaq sahəsinə aid hüquqmuəyyənedici (çıxarış, şəhadətnamə və texniki pasport) təqdim edilmədiyindən həmin torpaq sahələrinin sərhədlərini və döngə nöqtələrini müəyyən etmək mümkün olmamışdır. Buna görə də məhkəmə iddianı təmin etməmişdir. Odur ki, yuxarıda qeyd olunanları əsas gətirib, Astara rayonu Sərək kəndində yerləşən fərdi yaşayış evinə başqa yerdən maşın və piyada yolu olmadığı üçün X1 torpaq sahəsindən ona servitut hüququ ilə piyada və maşın yolunun verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat verən İddiaçı Xudabağış qızının vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə teleqramla müraciət edərək, üzürlü səbəbdən məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini, məhkəmə baxış iclasını təxirə alınmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia təmin olunmamalıdır. HÜQUQİ MƏSƏLƏLƏR:

1. Şəxsiyyət vəsiqəsinin surətindən və Astara rayon İHB-nın Astara rayon Şüvi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışın məzmunundan görünür ki, Əliyeva X4 rayonun, Sərək kəndində yaşayır.

2. Astara Rayon Məhkəməsi 10 avqust 2021-ci il tarixli 2(018)-54/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Xudabağış qızı Cavabdeh qarşı «evə və torpaq sahəsinə gedən piyada və maşın yolun açılması, həmin yolda qoyulmuş darvazanın sökülməsi, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbi» barədə iddiası rədd edilmişdir. Məhkəmə iş üzrə obyektiv rəyə gəlinməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur: - AR Milli Arxiv İdarəsi Astara RİH Astara rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 267/1 saylı arxiv arayışında göstərilmiş Astara rayonu Şüvi kənd İƏD üzrə icra nümayəndəliyinin 2001-2005-ci illər təsərrüfatbaşına kitablarına əsasən 08 saylı kitabın 578 saylı şəxsi hesabında X3 təsərrüfatının xüsusi mülkiyyətində olan üzərində 2001-ci ildə fərdi yaşayış evi tikilmiş 0.20 ha həyətyanı torpaq sahəsinin kordinatları və döngə nöqtələri müəyyən edilsin; - AR Milli Arxiv İdarəsi Astara RİH Astara rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 267/1 saylı arxiv arayışında göstərilmiş Astara rayonu Şüvi kənd İƏD üzrə icra nümayəndəliyinin 2001-2005-ci illər təsərrüfatbaşına kitablarına əsasən 08 saylı kitabın 578 saylı şəxsi hesabında X3 təsərrüfatının xüsusi mülkiyyətində olan üzərində 2001-ci ildə fərdi yaşayış evi tikilmiş 0.20 ha həyətyanı torpaq sahəsinə getmək üçün başqa yol mövcuddurmu; - AR Milli Arxiv İdarəsi Astara RİH Astara rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 267/1 saylı arxiv arayışında göstərilmiş Astara rayonu Şüvi kənd İƏD üzrə icra nümayəndəliyinin 2001-2005-ci illər təsərrüfatbaşına kitablarına əsasən 08 saylı kitabın 578 saylı şəxsi hesabında X3 təsərrüfatının xüsusi mülkiyyətində olan üzərində 2001-ci ildə fərdi yaşayış evi tikilmiş 0.20 ha həyətyanı torpaq sahəsinə Cavabdeh torpaq sahəsindən servitut hüququ ilə yol verilə bilərmi? Əgər verilə bilərsə, həmin servitut yolun cizgi planı və ölçüləri rəyə əlavə edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 09 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/1685 saylı ekspert rəyindən görünür ki, iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 15 fevral 2024-cü il tarixli, 3-21-3-43/2-389/2024 №-li mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Astara Rayon İcra Hakimiyyəti Astara rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 267/1 saylı arxiv arayışına əsasən Astara rayonunun Şüvi kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin 2001-2005-ci illərin təsərrüfatbaşına kitablarına əsasən 08 saylı kitabın 578 nömrəli şəxsi hesabında qeyd edilmiş X3 təsərrüfatında 2001-ci ildə inşa edilən fərdi yaşayış evin yerləşdiyi 0,20 ha həyətyanı torpaq sahəsinin konkret yerləşmə yerini göstərən torpaqayırma sxemi (torpaq sahəsinin sərhəd, yerləşmə, həndəsi ölçüləri və s. əks olunan) və ayrıc aktı (qonşu torpaq sahələri əks olunan, hər hansı bir istinad nöqtəsi olan və s.) mülki iş sənədlərinə əlavə olunmadığından və ya mövcud olmadığından həmin 0,20 ha torpaq sahəsinin sənəd üzrə sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Sözügedən həyətyanı torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun koordinatları müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 15 fevral 2024-cü il tarixli, 3-21-3-43/2-389/2024 №-li mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Astara Rayon İcra Hakimiyyəti Astara rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 267/1 saylı arxiv arayışına əsasən Astara rayonunun Şüvi kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin 2001-2005-ci illərin təsərrüfatbaşına kitablarına əsasən 08 saylı kitabın 578 nömrəli şəxsi hesabında qeyd edilmiş X3 təsərrüfatında 2001-ci ildə inşa edilən fərdi yaşayış evin yerləşdiyi 0,20 ha həyətyanı torpaq sahəsinin konkret yerləşmə yerini göstərən torpaqayırma sxemi (torpaq sahəsinin sərhəd, yerləşmə, həndəsi ölçüləri və s. əks olunan) və ayrıc aktı (qonşu torpaq sahələri əks olunan, hər hansı bir istinad nöqtəsi olan və.s) mülki iş sənədlərinə əlavəolunmadığından və ya mövcud olmadığından həmin 0,20 ha torpaq sahəsinin sənəd üzrə sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Sözügedən həyətyanı torpaq sahəsinə faktiki olaraq cənub istiqamətdən eni orta hesabla 1,5 m olan piyada yolun (kanal üstünə keçid atılmaqla) mövcud olması müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 15 fevral 2024-cü il tarixli, 3-21-3-43/2-389/2024 №-li mütəxəssis rəyinə əsasən, İddiaçı Xudabağış qızı tərəfindən fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinə gedişgəliş yolu kimi iddia edilən torpaq sahəsinin cavabdeh Əliyev-Pəblivan Nəriman oğlunun faktiki istifadəsində olması müəyyən olunmuşdur. Gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin əsas yoldan başlanğıc hissəsinin cavabdeh tərəfindən məftillə çəpərlənməsi və iddiaçının fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin giriş hissəsində isə iddiaçı tərəfindən dəmir darvazanın quraşdırılması müəyyən olunmuşdur Sözügedən həyətyanı torpaq sahəsinə Cavabdeh torpaq sahəsindən servitut hüququ ilə yol verilməsi barədə bildiririk ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 54-cü maddəsinə əsasən, torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulması, o cümlədən torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək tələbini irəli sürmək, qonşu torpaq mülkiyyətçiləri ilə bu barədə müvafiq razılıq əldə olunmadığı halda məhkəmə qaydasında tələb etmək hüququ vardır. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı tərəfindən servitut verilməsi tələb edilən torpaq sahəsinə dair Cavabdeh adına hər-hansı bir hüquqmüəyyən edici sənəd, yəni çıxarış, qeydiyyat vəsiqəsi, torpağa dair texniki pasport və sair yoxdur. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 255. Servitut anlayışı 255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. 255.2. Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. 255.3. Servitut alqı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. 255.4. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. 255.5. Mülkiyyətçi özünə mənsub digər daşınmaz əşya hesabına öz daşınmaz əşyasına servitut vermək hüququna malikdir. 255.6. Servitut yalnız o zaman baş tuta bilər ki, bu, servitutu almış şəxsə öz daşınmaz əşyasından istifadə etməkdə lazımi güzəştlər və imkanlar yaratsın. 255.7. Servitutla yüklü edilmiş daşınmaz əşyaya hüquqlar başqa şəxsə keçdikdə servitut saxlanılır. 255.8. Daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir. Sadalanan mülki qanunvericilik normalarından da göründüyü kimi servitutda tərəflər hər ikisi daşınmaz əmlak mülkiyyətçiləri olmalıdır. Konkret olaraq hazırki iş üzrə cavabdeh qismində cəlb olunmuş Cavabdeh servitut qoyulmasını tələb edilən torpaq sahəsinin mülkiyyətçisi olmalıdır. Mülki iş üzrə toplanılan sübutlarla da təsdiq olundu ki, Cavabdeh servitut qoyulmasını tələb edilən torpaq sahəsinin mülkiyyətçisi deyil və həmin torpaq sahəsinə dair onun adına hər-hansı bir hüquqmüəyyən edici sənəd, yəni çıxarış, qeydiyyat vəsiqəsi, torpağa dair texniki pasport və sair yoxdur. Maddə 256.1. Servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir. Qeyd olunduğu kimi Cavabdeh mülkiyyətçi olmadığı üçün həmin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması da qeyri-mümkündür. Tətbiq edilən prosessual hüquq normaları: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olununları nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin olunması üçün maddi və prosessual əsaslar mövcud olmadığı üçün İddiaçı Xudabağış qızının Cavabdeh qarşı «evə və torpaq sahəsinə servitut hüququ ilə yol verilməsi tələbi»nə iddiası rədd olunmalıdır. Məhkəmə iş üzrə məhkəmə xərcləri barədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən ekspertiza xərci məhkəmə xərclərinə aiddir. Həmin Məcəllənin 124.1-ci maddəsində qeyd olunur ki, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər, iddia tələblərinin təmin edilmiş hissəsinə uyğun olaraq cavabdehdən alınır. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd olunduğuna görə ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində pul iddiaçıdan alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X2, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Xudabağış qızının Cavabdeh qarşı «evə və torpaq sahəsinə servitut hüququ ilə yol verilməsi tələbi»nə iddiası təmin olunmasın. İddia rədd olunduğu üçün ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul iddiaçıdan alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X2, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar