Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1317/2023 09.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəzadə Ofeliya Cavad qızının katibliyi və Ərizəçi, maraqlı şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Maraqlı şəxs nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi «Hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi barədə» ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi «Hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi barədə» ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası, 07 noyabr 2001-ci il tarixdə Astara rayon qiyabi orta məktəbinin verdiyi 250113 saylı atestat əsasında 1990-cı ildən 2001-ci ilə kimi orta təhsil alması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə baxışı iclasında izahat verərək bildirdi ki, o, xx xxx 1984-cü il tarixdə Astara şəhərində anadan olmuşdur. O, ailə vəziyyəti ilə əlaqədar 1990-cı ilin sentiyabr ayında Astara rayon qiyabi orta məktəbinin 1-ci sinfinə getmiş və 2001-ci il tarixdə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Bu barədə ona tam orta təhsil almasına dair 250113 saylı atestat və onun əsasında “Yekun qiymətlərin müvəffəqiyyət Cədvəli” də verilmişdir. O, 2019-cu il tarixdə o, Ukraniya Dövlət xarkov Ticarət Ekonomik İnistituna daxil olmuşdur. 24 fevral 2024-cü il tarixdə həmin inistitun diplomunu almalıdır. Həmin diplomun alınması üçün qeyd edilən faktın müəyyən edilməsi lazımdır.Odur ki, bütün bunların nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında maraqlı şəxs qismində iştirak Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Maraqlı şəxs nümayəndəsi X4 məhkəmə iclasında göstərdi ki, Ərizəçi Maraqlı şəxsndə Astara rayonu üzrə təhsil sektorunun arxivində heç bir sənəd aşkar edilməmişdir. Astara rayon qiyabi orta məktəbi 2001-ci il tarixdə ləğv edilmiş və həmin dövrə aid sənədlər Maraqlı şəxsə təhvil verilməmişdir. Məsələnin qanunauyğun həll edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində iştirak edən X5 ifadə verərək bildirdi ki, o, ərizəçi onun qonşudur. Ərizəçi 1990-cı ilin sentiyabr ayında Astara rayon qiyabi orta məktəbinin 1-ci sinfinə getmiş və 2001-ci il tarixdə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Məhkəmə ərizəçinin maraqlı şəxsin nümayəndəsinin izahatını, şahidin ifadəsini dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin sürətindən, Astara şəhər icra nümayəndəliyi tərəfindən verilmiş arayışdan məlum olur ki, Ərizəçi xx xxx 1984-cü il tarixdə, Astara şəhərində anadan olmaqla, Astara şəhəri H.Əliyev prospekti 179 ünvanında qeydiyyatdadır və orada yaşayır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Maraqlı şəxs 06 sentyabr 2023-cü il tarixli 374 saylı arayışından məlum olur ki, Ərizəçi barəsində Maraqlı şəxsndə Astara rayonu üzrə təhsil sektorunun arxivində heç bir sənəd aşkar edilməmişdir. Astara rayon qiyabi orta məktəbi 2001-ci il tarixdə ləğv edilmiş və həmin dövrə aid sənədlər Maraqlı şəxsə təhvil verilməmişdir. Mülki işə əlavə olunmuş Astara rayon qiyabi orta məktəbinin 250113 saylı atestatından və onun əsasında “Yekun qiymətlərin müvəffəqiyyət Cədvəli”ndən məlum olur ki, xx xxx 1984-cü il təvəllüdlü Ərizəçi Astara rayon qiyabi orta məktəbinin Astara şəhərində qiyabi olaraq bitirmişdir. Mülki işə əlavə olunmuş ödəniş qəbzlərindən görünür ki, ərizəçi Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, xx xxx 1984-cü il təvəllüdlü Ərizəçi 1990-cı ilin sentiyabr ayında Astara rayon qiyabi orta məktəbinin 1-ci sinfinə getmiş və 2001-ci il tarixdə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Bu barədə ona tam orta təhsil almasına dair 250113 saylı atestat və onun əsasında “Yekun qiymətlərin müvəffəqiyyət Cədvəli” də verilmişdir. Astara rayon qiyabi orta məktəbi 2001-ci il tarixdə ləğv edilməsinə və həmin dövrə aid sənədlər Maraqlı şəxsə təhvil verilməməsinə görə o qeyd edilən faktı başqa yolla əldə edə bilmir. Məhkəmə hesab edir ki, mərhum xx xxx 1984-cü il təvəllüdlü Ərizəçi Astara şəhərində yerləşən Astara rayon qiyabi orta məktəbində orta təhsil alması fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxx 1984-cü il təvəllüdlü Ərizəçi Astara şəhərində yerləşən, ləğv edilmiş Astara rayon qiyabi orta məktəbində 1990-cı ildən 2001-ci ilə kimi orta təhsil alması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-1317/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1317/2023
09.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver