Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-132/2024 18.09.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hacızadə Hacı Yusif oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X3, cavabdehlər Cavabdeh1 və X9 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və X12 qarşı «zəbt olunmuş torpaq sahəsinin boşaldılması və vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-i Astara Rayon Məhkəməsində cavabdehlər Cavabdeh1 və X12 qarşı mülki iddia qaldırmışdır. İddiaçı MMC-i cavabdehlər Cavabdeh1 və X7 onun xüsusi mülkiyyətində olan ********** qeydiyyat nömrəli, **********97 reyestr nömrəli, 2,2756 hektar torpaq sahəsinin zəbt olunmuş hissəsindən cavabdehlərin məcburi qaydada çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması və 20000 (iyirmi min) manat məbləğində maddi ziyanın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsini barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən ********** qeydiyyat nömrəli, **********97 reyestr nömrəli çıxarışa əsasən, Astara rayonu, Şüvi kəndi ərazisində yerləşən, ümumi həcmi 2.2756 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 13 yanvar 2022-ci il tarixdən etibarən iddiaçı "ARFA AQRO” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına dövlət qeydiyyatına alınmışdır. Cəmiyyət həmin ərazidə kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olur. Qeyd olunan torpaq sahəsinə bitişik digər ərazi özünün deməsinə görə cavabdeh X12 məxsusdur. Digər Cavabdeh1 X9 oğludur. Cəmiyyət təsərrüfat fəaliyyətinə başladığı vaxtdan cavabdehlər Cəmiyyətə məxsus torpaq sahəsinin onlara məxsus olduğunu iddia edərək, icazəsiz əraziyə daxil olur, Cəmiyyətin işçiləri ilə mübahisə yaradaraq təsərrüfat fəaliyyətinə əngəl yaradırlar. Sonuncu dəfə iddiaçı torpağı toxum səpininə hazırlamaq üçün texnikaları əraziyə dəvət edərək əkin sahəsini şumlatdırmışdır. Bundan sonra cavabdehlər icazəsiz, özbaşına şəkildə iddiaçıya məxsus əraziyə daxil olaraq həmin ərazini hasarlamış və özlərinə məxsus əraziyə birləşdirmişdir. Məsələ ilə bağlı Cəmiyyətin nümayəndələri dərhal DİN-nin 102 xidmətinə məlumat vermiş, hər iki tərəf müvafiq polis şöbəsinə dəvət olunaraq izahatları alınmışdır. Həmçinin ərazi aidiyyəti üzrə DƏDRX-nin nümayəndələri də mübahisəli torpaq sahəsinə gələrək torpaq sahəsinin koordinatlarını müəyyən etmiş və mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olduğunu bildirmişdir. Lakin, cavabdehlər bu halların heç birinə məhəl qoymayaraq, mübahisəli torpaq sahəsini nə tərk etmiş, nə də iddiaçının istifadəsinə qaytarmışdır. "xxxx" MMC-i həmin ərazidə kənd təsərrüfatı fəaliyyəti (əkinçilik) ilə məşğul olan kommersiya təşkilatıdır və faəliyyətinin əsas məqsədi faəliyyətindən gəlir əldə etməkdir. Lakin, xüsusi mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən zəbt edilməsi iddiaçının özünə məxsus ərazidən istifadəsini mümkünsüz etməklə yanaşı, eyni zamanda onu əldə edə biləcəyi gəlirlərdən də məhrum edir. Bunun nəticəsində də Cəmiyyətə 20000 (iyirmi min) manat miqdarında maddi ziyan dəymişdir. İddiaçınə məxsus ********** qeydiyyat nömrəli, **********97 reyestr nömrəli, 2.2756 hektar torpaq sahəsinin zəbt olunmuş hissəsindən cavabdehlərin məcburi qaydada çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması və 20000 (iyirmi min) manat məbləğində maddi ziyanın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X13 iddia tələbinin təmin edilməsini xahiş edərək bildirdi ki, İddiaçı MMC-i tərəfindən iddia edilən torpaq sahəsinin onun mülkiyyətində olmasını Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış sənədi və digər sənədlərlə təsdiq olunur. Həmçinin iş materialına əlavə edilmiş müvafiq ekspert rəyindən də aydın olur ki, cavabdehlər Cavabdeh1 və X19 qeyd edilən torpaq sahəsini zəbt etmişlər. Odur ki, iddianın təmin edilərək, İddiaçınə məxsus **********97 reyestr nömrəli, 2,2756 hektar torpaq sahəsinin zəbt olunmuş hissəsindən cavabdehlərin məcburi qaydada çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, həmçinin cavabdehlərdən 20000 (iyirmi min) manat məbləğində maddi ziyanın müştərək qaydada tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmədə Cavabdeh1 iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, nə özü, nə də anası İddiaçı MMC-yə məxsus torpaq sahəsini zəbt etməmişlər. Mübahisəli torpaq sahəsi onlara məxsusdur və on illərdir ki, həmin torpaq sahəsindən istifadə edirlər. İddiaçı MMC-nin əldə etdiyi torpağa dair çıxarışları qəbul etmirlər. Eyni zamanda ekspretiza da düzgün rəy verməmişdir. İddia olunan torpaq sahəsinin rəsmi sənədlərlə anası X9 mülkiyyətində olduğundan iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmədə cavabdeh X19 iddia tələbini qəbul etməyib iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edərək bildirdi ki, iddia olunan torpaq sahəsi alqı-satqı müqaviləsi əsasında onun mülkiyyətinə verilmişdir. İddiaçı MMC-nin iddia etdiyi torpaq sahəsini zəbt etməmiş, həmin torpaq sahəsi ona məxsus olduğundan öz torpaq sahəsindən istifadə etmişdir. Həmçinin, müvafiq mübahisə ilə bağlı Şirvan İnzibati məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişlər. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır:
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış sənədinin surətindən görünür ki, Astara rayonu, Şüvi kəndində yerləşən 2,2756 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.
2. xx.xx.2015-ci il tarixli 4Ə-14 reyestr nömrəli daşınmaz əmlakın alqısatqısı müqaviləsinin surətindən görünür ki, X20, X2, X14, X18, X10, X15 və X16 birgə mülkiyyətlərində olan Astara rayonu, Şüvi kəndində yerləşən **********77 reyestr nömrəli 0,549273 ha torpaq sahəsinin onlara məxsus hissəsini 2750 manat qiymətinə X1.
3. xx.xx.2015-ci il tarixli, 4Ə-16 reyestr nömrəli daşınmaz əmlakın alqısatqısı müqaviləsinin surətindən görünür ki, X17 tam mülkiyyətində olan Astara rayonu, Şüvi kəndində yerləşən **********98 reyestr nömrəli 0,0972 ha torpaq sahəsini 500 manat qiymətə X1.
4. 80113005 KOD seriyalı, JN 360 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət aktından görünür ki, Astara rayon Aqrar islahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli, 02 saylı qərarı ilə Astara rayonu Şüvi kəndi ərazisində 0,17 hektar torpaq sahəsi X4 mülkiyyətinə verilmişdir.
5. 80113005 KOD seriyalı, JN 359 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət aktından görünür ki, Astara rayon Aqrar islahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli, 02 saylı qərarı ilə Astara rayonu Şüvi kəndi ərazisində 0,95 hektar torpaq sahəsi X20, X2, X14, X18, X10, X15 və X5 mülkiyyətinə verilmişdir.
6. xx.xx.2024-cü il tarixli etibarnamə sənədindən görünür ki, İddiaçı MMC-ninin direktoru Rəhimov A.N tərəfindən X8 İddiaçı MMC-ni təmsil etmək hüququ verilmişdir.
7. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə ekspertiza təyin edilmiş və mübahisə predmeti olan xx.xx.2022-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçınə məxsus olan Astara rayonu Şüvi kəndində yerləşən 2,2756 hektar torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi; 16 yanvar 2015-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən X12 məxsus Astara rayonu Şüvi kəndində yerləşən 0,549273 hektar torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi; 16 yanvar 2015-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən X12 məxsus Astara rayonu Şüvi kəndində yerləşən 0,0972 ha hektar torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi; Astara rayonu Şüvi kəndində yerləşən və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş ********** saylı qeydiyyat nömrəli çıxarışla İddiaçınə məxsus 2,2756 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1, X19 tərəfindən zəbt edililib-edilməməsi, əgər zəbt olunmuşdursa, zəbt olunmuş torpaq sahəsinin ölçüləri barədə ekspertiza qarşısında suallar qoyulmuşdur.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 10 saylı Lənkəran ərazi idarəsi tərəfindən verilmiş 03 iyul 2024-cü il tarixli, 3-21-3-43/2-1890/2024 saylı mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə mühəndis-texniki ekspertizasının 24 iyul 2024-cü il tarixli, 3-16- 16/2-10/5620 saylı rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-1890/2024 saylı mütəxəssis rəyinə əsasən, mübahisə predmeti olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********97 reyestr nömrəli Çıxarışla (ilkin hüquq müəyyənedici sənədlər JN-325, JN-326, JN-327, JN- 328, JN-329 və JN-338 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktları əsasında) İddiaçı mülkiyyətində olan Astara rayonu, Şüvi kəndi ərazisində yerləşən 2,2756 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində mübahisəli ərazidə faktiki vəziyyətə uyğun 1,61 ha ölçüdə öz əksini tapması müəyyən olunmuşdur. 16 yanvar 2015-ci il tarixli AN-1 ******* nömrəli "daşınmaz əmlakın alqı-satqı müqaviləsi" əsasında (ilkin hüquq müəyyənedici sənəd JN-359 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) X9 əldə etdiyi Astara rayonu, Şüvi kəndi ərazisində yerləşən 0,549273 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı sözügedən torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidən kənarda öz əksini tapması müəyyən olunmuşdur. 16 yanvar 2015-ci il tarixli AN-İ ******* nömrəli "daşınmaz əmlakın alqı-satqı müqaviləsi" əsasında (ilkin hüquqmüəyyənedici sənəd JN-360 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) X9 əldə etdiyi Astara rayonu, Şüvi kəndi ərazisində yerləşən 0,0972 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı sözügedən torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidən kənarda öz əksini tapması müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********97 reyestr nömrəli Çıxarışla (ilkin hüquq müəyyənədici sənədlər JN- 325, JN-326, JN-327, JN-328, JN-329 və JN-338 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Akt"ları əsasında) İddiaçı mülkiyyətində olan Astara rayonu, Şüvi kəndi ərazisində yerləşən 2,2756 ha (faktiki 1,61 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,81 ha hissəsinin cavabdehlər Cavabdeh1 və X19 tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə mühəndis-texniki ekspertizasının 24 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/5620 saylı rəyinə əlavə edilmiş ekxpertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat olmaqla, X11, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********000000 3944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba ödənilməlidir.
10. 17 may 2024-cü il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, mütəxəssis rəyinin alınması üçün cavabdeh X19 tərəfindən 95 (doxsan beş) manat rüsum ödənilmişdir. Beləliklə, məhkəmə iclası zamanı işin faktiki halları, o cümlədən mötəbər sübutlarla (torpağın mülkiyyətə verilməsinə dair çıxarış, mütəxəssis və ekspertiza rəyləri) müəyyən edildi ki, İddiaçı MMC-nin xüsusi mülkiyyətində Astara rayonu, Şüvi kəndi ərazisində yerləşən 2,2756 ha (faktiki 1,61 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır və həmin torpaq sahəsinin 0,81 ha hissəsi cavabdehlər Cavabdeh1 və X19 tərəfindən qanunsuz olaraq zəbt olunmaqla istifadə edilir. Cavabdehlər Cavabdeh1 və X19 tərəfindən qeyd edilən torpaq sahəsindən istifadə nəticəsində İddiaçı MMC-i həmin özünə məxsus torpaq sahəsinin 0,81 ha hissəsindən gəlir əldə edə bilməmişdir. Tətbiq edilən maddi hüquq normaları. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və 5 beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinin 7, 8 və 9-cu bəndlərinə müvafiq olaraq mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164-cü maddəsinin 1 və 2ci maddələrinə müvafiq olaraq sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Tətbiq edilən prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Sadalanan maddi və prosessual qanunvericilik aktı normalarını əsas götürən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1 və X19 İddiaçı MMC-nə məxsus Astara rayonu, Şüvi kəndi ərazisində yerləşən 2,2756 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,81 ha sahəsindən çıxarılmalı və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması öhdəliyi cavabdehlərin üzərinə qoyulmalıdır. Məhkəmə iddiaçının cavabdehlərdən tələb etdiyi 20.000 manat maddi ziyanla bağlı onu qeyd etməyi zəruri hesab edir ki, maddi ziyanın 20.000 manat təşkil etməsi ilə bağlı iddiaçı tərəfindən hər-hansı bir mötəbər sübut təqdim edilmədiyi üçün iddia həmin hissədə qismən təmin olunmalı və cavabdehlərdən müştərək qaydada 1000 manat pul alınaraq iddiaçıya verilməli, qalan hissədə iddia rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-in 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən, ekspert rəyinin alınması ilə bağlı 50 (əlli) manat məhkəmə xərci cavabdehlərdən mühtərək qaydada alınaraq X11, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE ******************** nömrəli hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin.
1. Cavabdeh1 və X19 İddiaçı MMC-nə məxsus Astara rayonu, Şüvi kəndi ərazisində yerləşən 2,2756 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,81 hektar sahəsindən çıxarılsın.
2. Cavabdehlər Cavabdeh1 və X9 üzərinə zəbt etdikləri İddiaçı MMC-nə məxsus 0,81 hektar sahəsinin əvvəlki vəziyyətə qaytarılması vəzifəsi qoyulsun.
3. Dəymiş ziyana görə cavabdehlər Cavabdeh1 və X7 müştərək qaydada 1.000 (bir min) manat pul alınaraq İddiaçı MMC-yə verilsin. İddia qalan hissədə rədd olunsun.
4. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və X7 müştərək qaydada alınaraq dövlət büdcəsinə - X11, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE ******************** nömrəli hesaba hesaba ödənilsin.
5. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
6. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zamin İbrahimov