Məhkəmə qərarları › İş №2(018)-1337/2025

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-1337/2025

21.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-1337/2025 21.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X2, Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi və X1 qarşı “mirasın qəbul edilməsi faktının və miras əmlaklara mülkiyyət hüququnun müəyyən edilməsi haqqında” ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyənetdim: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi və X1 qarşı “mirasın qəbul edilməsi faktının və miras əmlaklara mülkiyyət hüququnun müəyyən edilməsi haqqında” ərizə ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədlərdən görünür ki, Ərizəçi tərəfindən maraqlı şəxs Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etməsi və ona imtina edilməsi barədə heç bir sənəd ərizəyə əlavə etməmişlər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1.-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və Ərizəçi ərizənin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 308, 152.1, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi və X1 qarşı “mirasın qəbul edilməsi faktının və miras əmlaklara mülkiyyət hüququnun müəyyən edilməsi haqqında” ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçi qızına izah edilsin ki, iddia ərizəsinin qaytarlımasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar