Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1343/2023 27.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və Ərizəçib oğlunun iştirakı ilə, Ərizəçib oğlunun «Doğumun qeyd edilməsi barədə» ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçib oğlu «Doğumun qeyd edilməsi barədə» ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 ilə birgə nikahlarından 22 oktyabr 2021-ci il tarixdə X6 Astara rayonu, Şiyəkəran kəndində doğulması faktının qeyd edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Ərizəçib oğlu məhkəmə iclasında ərizəni müdafiə edərək göstərdi ki, o, X4 ilə 19 dekabr 2017-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olub ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından 22 oktyabr 2021-ci il tarixdə Astara rayonu, Şiyəkəran kəndində Fatimə adlı uşaqları anadan olmuşdur. Onlar vaxtında müraciət etməmələrinə görə ona doğum haqqında şəhadətnamə verilməmişdir. Ona görə də, uşağın doğumunun qeyd edilməsi faktının bərpa edilməsi haqqında qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, o, Ərizəçib oğlu onun yeznəsidir. Onun qızı X4 ilə birgə nikahlarından 22 oktyabr 2021-ci il tarixdə Astara rayonu, Şiyəkəran kəndində 1 nəfər qız uşaqları anadan olmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Ərizəçib oğlu 10 mart 1991-ci il tarixdə, X4 03 mart 1990-cı il tarixdə anadan olmuşlar, Astara rayonu, Hamuşam kəndində yaşayırlar. Mülki işə əlavə edilmiş “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, Ərizəçib oğlu ilə X4 arasında olan nikah 19 dekabr 2017-ci il tarixdə 219 nömrəli akt qeydi ilə tərtib edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Nüsrətova” soyadı verilmişdir. Mülki işə əlavə edilmiş 3248 nömrəli X7 görünür ki, Ərizəçib oğlu ilə X2 uşaqları olan 22 oktyabr 2021-ci il tarixdə anadan olmuş X1. Mülki işə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, ərizəçi Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, 19 dekabr 2017-ci il tarixdə rəsmi qaydada evlənmiş Ərizəçib oğlu ilə X2 22 oktyabr 2021-ci il tarixdə Fatimə adlı qızları anadan olmuşdur. Onlar vaxtında müraciət etməmələrinə görə ona doğum haqqında şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Sadalanan qanunvericilik aktı normalarını hazırki mülki işə tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 22 oktyabr 2021-ci il təvəllüdlü Fatimə adlı uşağa doğum haqqında şəhadətnaməsi başqa qaydada alına bilmədiyindən onun barəsində doğum akt qeydi müəyyən edilməli və doğum akt qeydində Fatimə adlı uşağın doğum tarixi 22 oktyabr 2021-ci il, doğum yeri Astara rayonu, Şiyəkəran kəndi qeyd edilməklə, doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Fatimə adlı uşağın doğum tarixi 22 oktyabr 2021-ci il, doğum yeri Astara rayonu, Şiyəkəran kəndində anadan olması, soyadı «Nüsrətova», atasının adı «Ərizəçib oğlu», anasının adı «X3» olması müəyyən edilsin. X9 adlı uşağın doğum tarixi 22 oktyabr 2021-ci il, doğum yeri Astara rayonu, Şiyəkəran kəndində qeyd edilməklə, doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-1343/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1343/2023
27.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver