Məhkəmə qərarları › İş №2(018)-1344/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1344/2023

13.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1344/2023 13.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi X7, Cavabdeh nümayəndəsi (atası) Nümayəndə ştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Aliment borcunun silinməsi,uşağın atanın yanında saxlanması və aliment tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “Aliment borcunun silinməsi,uşağın atanın yanında saxlanması və aliment tələbinə dair” iddia qaldıraraq, arvadı Cavabdeh qız ilə birgə nikahdan olan uşaqları 09 iyul 2009-cu il təvəllüdlü X4 onun yanında saxlanması, hesablanmış aliment borcunun silinməsi və uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 250 manat məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ilə müraciət edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməməsini göstərib, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İddiaçı imzaladığı iddia ərizəsindən məlum olur ki, Cavabdeh ilə faktiki nikaha girməklə evlənmişdir. Bu münasibətdən onların 09 iyul 2009-cu il tarixdə X9, 08 aprel 2013-cü il tarixdə X8 və 15 sentyabr 2017-ci il tarixdə X10 adlı uşaqları doğulmuşdur. Onlar 2019-cu il tarixin may ayından ər-arvad kimi bir yerdə yaşamır, Cavabdeh iki uşağı ilə birlikdə valideynlərinə məxsus Astara rayonunun Seləkəran kəndində yerləşən fərdi yaşayış evində yaşayır. X1 onunla bir evdə yaşayır. Astara rayon Məhkəməsinin 01 iyul 2019-cu il tarixli, 2(018)-600/2019 nömrəli qətnaməsi ilə üç uşaq üçün, hər ay cəmi 240 (iki yüz qırx) manat ödənilməsi təyin edilmişdir. Astara Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(018)-654/2022 saylı qətnaməsinə əsasən, Astara Rayon Məhkəməsinin 01 iyul 2019-cu il tarixli, 2(018)-600/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş üç uşaq üçün, hər ay cəmi 240 (iki yüz qırx) manat alimentin məbləği iki uşaq üçün artırılaraq hər ay hər uşağa görə 140 (bir yüz qırx) manat olmaqla cəmi 280 (iki yüz səksən) manat müəyyən edilmişdir. Belə ki, Astara Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(018)-654/2022 saylı qətnaməsindən məlum olur ki, həmin iş üzrə iddiaçı Cavabdeh 09 iyul 2009-cu il təvəllüdlü X5 onun yanında qalmasını əsas gətirib, ona dair alimentin artırılması hissəsindən imtina etmişdir. 09 iyul 2009-cu il təvəllüdlü X9 hazırda da onun yanındadır. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh nümayəndəsi (atası) Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etmədi və göstərdi ki, Cavabdeh 09 iyul 2009-cu il təvəllüdlü X5 öz yanında qalmasını istəyir. İddiaçı 09 iyul 2009-cu il təvəllüdlü X6 Cavabdeh razılığı olmadan məktəbdən aparmışdır. İddiaçı əvvəllərdə məhkəməyə 09 iyul 2009-cu il təvəllüdlü X6 onun yanında qalması ilə əlaqədar iddia ərizəsi ilə müraciət etmiş olsa da Astara Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(018)-467/2021 saylı qətnaməsinə əsasən onun iddiası 09 iyul 2009-cu il təvəllüdlü X6 onun yanında saxlanması hissəsində təmin edilməmişdir. Ona görə də, o, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə Cavabdeh nümayəndəsi (atası) Nümayəndə izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və arayışdan məlum olur ki, İddiaçı xx xxxxx 1983-cü il tarixdə anadan olmuşdur və Astara şəhəri S.Vurğun küçəsi 7 nömrəli binanın, 8 saylı mənzilində yaşayır. Mülki işə əlavə edilmiş Astara Rayon Məhkəməsinin 01 iyul 2019-cu il tarixli, 2(018)-600/2019 saylı qətnaməsindən məlum olur ki, 15 sentyabr 2017-ci il təvəllüdlü Yusif Qurbanovun atasının İddiaçı olması müəyyən edilmiş, uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşağa 80 (səksən) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Mülki işə əlavə edilmiş Astara Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(018)-467/2021 saylı qətnaməsindən məlum olur ki, İddiaçı iddiası 09 iyul 2009-cu il təvəllüdlü X6 onun yanında saxlanması hissəsində təmin edilməmişdir. Mülki işə əlavə edilmiş Astara Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(018)- 654/2022 saylı qətnaməsindən məlum olur ki, Astara Rayon Məhkəməsinin 01 iyul 2019cu il tarixli, 2(018)-600/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş üç uşaq üçün, hər ay cəmi 240 (iki yüz qırx) manat alimentin məbləği iki uşaq üçün artırılaraq hər ay hər uşağa görə 140 (bir yüz qırx) manat olmaqla cəmi 280 (iki yüz səksən) manat müəyyən edilmişdir. Belə ki, həmin iş üzrə iddiaçı Cavabdeh 09 iyul 2009-cu il təvəllüdlü X5 onun yanında qalmasını əsas gətirərək, ona dair alimentin artırılması hissəsindən imtina etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər ilə faktiki nikah nikah münasibətinə girməklə evlənmişlər. Onların birgə nikahlarından üç uşaqları olmuşdur. Onlardan 09 iyul 2009-cu il təvəllüdlü X3 vaxtlar atasının yanında yaşayır. Məhkəmə İddiaçı, 09 iyul 2009-cu il təvəllüdlü X5 onun yanında qalması barədə iddiasını təmin etməmişdir. İddiaçı 09 iyul 2009-cu il təvəllüdlü X6 Cavabdeh razılığı olmadan aparmışdır. Cavabdeh 09 iyul 2009-cu il təvəllüdlü X5 öz yanında qalmasını istəyir. Məhkəmə hesab edir ki, 09 iyul 2009-cu il təvəllüdlü X5 digər bacı və qardaşı 08 aprel 2013-cü il təvəllüdlü X8 və 15 sentyabr 2017-ci il təvəllüdlü X10 ilə bir ailədə analarının yanında saxlanması və onların vahid ailədə yaşamaları onların psixoloji cəhətdən sağlam böyümələri üçün vacibdir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. BMT-nin Baş Məclisinin 20 noyabr 1959-cu il tarixli, 1386 saylı qətnaməsi ilə elan edilmiş «Uşaq Hüquqları Bəyannaməsi»nin 6-cı prinsipində göstərilir ki, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır, o, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi maddi təminat mühitində böyüməlidir; azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə müvafiq olaraq ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcələsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcələsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcələsinin 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Azərbaycan Respublikası Ailə Məcələsinin 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcələsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Göründüyü kimi məhkəmə iclasında cavabdeh X2 zəruri vəsaitə malik olması öz təsdiqini tapmamışdır. «Uşaq hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» Birləşmiş Millətlər Təşkilatının 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi xüsusi olaraq qeyd etmişdir ki, məhkəmənin vəzifəsi qəyyumluq və görüş hüququ məsələləri ilə baglı öz vəzifələrini yerinə yetirən dövlət hakimiyyəti orqanlarını əvəz etmək deyil, sadəcə həmin orqanların öz qiymətləndirmə səlahiyyətlərini tətbiq etməklə, qəbul etdikləri qərarları Konvensiyanın işığında nəzərdən keçirməkdir. 8-ci maddəyə əsasən, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynləri arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Həmçinin valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (Şahin Almaniyaya qarşı iş). Sadalanan milli və beynəlxalq qanunvericilik normalarını hazırki mülki mübahisəyə tətbiq edən məhkəmə hesab edir ki, iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Aliment borcunun silinməsi,uşağın atanın yanında saxlanması və aliment tələbinə dair” iddiası əssasız olduğundan rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar