Məhkəmə qərarları › İş №2(018)-135/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-135/2025

27.01.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-135/2025 27.01.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X6 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan torpaq sahəsinin özgənin qanunsuz sahibliyiindən geri tələbinə dair” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan torpaq sahəsinin özgənin qanunsuz sahibliyiindən geri tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonu, Siyakü kəndi ərazisində yerləşən mülkiyyətlərində olan 0,0735 hektar torpaq sahəsini Cavabdeh qanunsuz sahibliyindən alınıb ona və ailə üzvlərinə verilməsi, cavabdehin özbaşınalıq hərəkətlərinə son qoyulması və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə məxsus Astara rayonu, Siyakü kəndində 0,0735 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Bu barədə çıxarış da verilmişdir. Torpaq sahəsi mülkiyyətlərində olmasına baxmayaraq Cavabdeh həmin torpaq sahəsini tam zəbt etmişdir. Belə olan halda onların həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları pozulmuşdur. O, cavabdehlə mübahisəni məhkəmədən kənar həll etməyə çalışsa da, buna nail ola bilməmişdir. Cavabdeh tərəfindən pozulmuş mülkiyyət hüquqları məhkəmə tərəfindən qorunmalı və müdafiə olunmalıdır. Astara rayonu, Siyakü kəndi ərazisində yerləşən mülkiyyətlərində olan 0,0735 hektar torpaq sahəsini Cavabdeh qanunsuz sahibliyindən alınıb ona və ailə üzvlərinə verilməsi, cavabdehin özbaşınalıq hərəkətlərinə son qoyulması və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zaman Cavabdeh iddianı qəbul edərək bildirdi ki, iddiaçının torpaq sahəsini zəbt etməmişdir. Belə ki, torpağın əvvəlki mülkiyyətçisi X1 ilə razılaşmış, həmin razılaşma əsasında torpaq sahəsindən istifadə etmişdir. Torpağın boşaldılmasına heç bir etirazı olmadığını bildirib, bu barədə ərizəsini məhkəməyə təqdim edərək göstərilənləri nəzərə alınmasını xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşə əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin **********13 reyestr nömrəli xx.xx.2023-cü il tarixli çıxarışından məlum olur ki, Astara rayonu, Siyakü kəndi ərazisində yerləşən 0,0735 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materialında olan Astara rayon İHB-nın Siyaku kənd İƏDÜN-nin xx.xx.2024-cü il tarixli 1091 nömrəli arayışından görünür ki, İddiaçı Astara rayonu Siyaku kəndində qeydiyyatdadır və Astara rayonu Çuvaş kəndində yaşayır. Arvadı- Qurbanova GülsümCeyhun qızı və oğlu- X3 ibarət ailə üzvü vardır. İş materialında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1997-ci ildə anadan olmuşdur. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 (yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, İddiaçı xüsusi mülkiyyətində olan Astara rayonu, Siyakü kəndi ərazisində yerləşən 0,0735 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilir. Lakin həmin torpaq sahəsinin İddiaçı istifadəsinə verilməsinə dair Cavabdeh heç bir etirazı olmadığından məhkəmə belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə iddia tələbini təmin edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünəüstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Muradov X2 Ülvi İlqar oğlu və ailə üzvlərinə məxsus olan Astara rayonu, Siyəkü kəndində yerləşən 0,0735 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-in 191.3-cü maddəsinə müvafiq olaraq, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Muradov X2 Ülvi İlqar oğluna və ailə üzvlərinə məxsus olan Astara rayonu, Siyəkü kəndində yerləşən 0,0735 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : İlqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar