Məhkəmə qərarları › İş №2(018)-1396/2023

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-1396/2023

26.09.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-1396/2023 26.09.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Mən,Astara Rayon Məhkəməsinin hakimi X5, İddiaçı X1 cavabdehlər X6, X4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Ərazi idarəsinə və Cavabdeh2 qarşı Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın torpağa aid hissədə dəyişdirilməsi və ayrılmış torpaq sahəsinin adına qeydiyyata alınması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı X3 cavabdehlər X6, X4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Ərazi idarəsinə və Cavabdeh2 qarşı Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın torpağa aid hissədə dəyişdirilməsi və ayrılmış torpaq sahəsinin adına qeydiyyata alınması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Astara rayonu, Seləkəran kəndi ərazisində yerləşən 224.6 kv. metr sahəsi olan fərdi yaşayış evinə və 0,218455 ha həyətyanı torpaq sahəsinə Cavabdeh2 adına qeydə alınmasına dair xx.xx.2016-cı il tarixli ********** nömrəli qeyd torpağa dair hissədə dəyişdirilməsi, Daşınmaz Əmlakın Torpağa aid olan hissədə 0,08 ha adına qeydə alınması və 0, 138455 ha hissəsinə isə hüquqların Cavabdeh2 adına qeydə alınması öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Ərazi idarəsinin üzərinə qoyulması barədəqətnamə qəbul etməyi xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, hazırki iddia ərizəsinə ümumi məhkəmə qaydasında baxılmalı olmadığından iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfndən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilı qəbul edilmiş və ünvanlandığı hüquqi və yaxud fiziki şəxs (şəxslər üçün müəyyən hüquqi nəticələr törədən qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun “İnzibati şikayətlər üzrə icraat” adlanan Vİİ fəslinin 71.2-ci maddəsinə əsasən şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və hərəkətsizliyindən də həmin fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2 və 2.2.1-ci maddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyatiüzrə həmin məhkəmədə baxılmalı deyilsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunan qanunvericilik aktı normalarına və işin hallarına qiymət verən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarlmaqla, iddiaçıya müvafiq tələblə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı X1 cavabdehlər X6, X4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Ərazi idarəsinə və Cavabdeh2 qarşı Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın torpağa aid hissədə dəyişdirilməsi və ayrılmış torpaq sahəsinin adına qeydiyyata alınması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı X2 izah edilsin ki, müvafiq tələblə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar