Məhkəmə qərarları › İş №2(018)-1398/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1398/2025

25.09.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1398/2025 25.09.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X6 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı nümayəndəsi Nümayəndə cavabdeh X2 və Maraqlı şəxsnə qarşı əmək müqaviləsinə xitam verilməsi və məlumatların “əmək və məşğulluq” altsisteminə daxil edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı nümayəndəsi Nümayəndə cavabdeh X2 və Maraqlı şəxsnə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, İddiaçı ilə fiziki şəxs X5 arasında xx.xx.2020-ci il tarixdə fəhlə vəzifəsi üzrə bağlanmış əmək müqaviləsinə xitam verilməsi hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş informasiya sisteminə daxil edilməsi hüququnun Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi Nümayəndə iddiasını qismən müdafiə edərək, iddialarının əmək müqaviləsinə xitam verilməsi hesab edilməsi hissəsinin tamin edilməsi barədə qətnamə çıxarmasını xahiş etdi. İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərmişdir ki, İddiaçı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin sentyabr 2023-cü il tarixli, 1(099)-682/2023 saylı hökmü ilə (sədrlik edən hakim Əli Əliyev, üzvlər Oruc Cəlilov, Xamməd Nuriyev) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (hökmün surəti əlavə olunur). Hökmdən qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə apellyasiya şikayəti verilmədiyindən hökm qanuni qüvvəsinə minmişdir. Hazırda iddiaçı Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır. İddiaçı ilə fiziki şəxs X5 arasında xx.xx.2020-ci il tarixdə fəhlə vəzifəsi üzrə əmək müqaviləsi bağlanmışdır. Lakin iddiaçı məhkəmə hökmü ilə azadlıqdan məhrum edilməsinə baxmayaraq, onunla əmək müqaviləsinə xitam verilməmişdir. X4 Xidməti tərəfindən "Əmək və məşğulluq" altsisteminə baxış keçirilərkən, fiziki şəxs X5 ilə iddiaçı arasında xx.xx.2020-ci il tarixdə "fəhlə" vəzifəsi üzrə əmək müqaviləsi bağlandığı müəyyən edilmişdir. Cavab məktubunda qeyd olunmuşdur ki, əmək müqaviləsinə xitam verilməsi X4 Xidmətinin səlahiyyətlərinə daxil deyil. Bu səbəbdən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra olunmursa və ya icra edilməsi mümkün deyilsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı halda, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilməsi hesab edilməli və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı "Əmək və Məşğulluq" alt sistemində müvafiq qeydlərin aparılması X4 Xidmətinə həvalə edilməlidir. İddiaçı nümayəndəsi Nümayəndə cavabdeh X2 və Maraqlı şəxsnə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, İddiaçı ilə fiziki şəxs X5 arasında xx.xx.2020-ci il tarixdə fəhlə vəzifəsi üzrə bağlanmış əmək müqaviləsinə xitam verilməsi hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş informasiya sisteminə daxil edilməsi hüququnun Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh X2 və Maraqlı şəxsnə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X2 və Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdeh X2 və Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı nümayəndəsi Nümayəndə dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialına əlavə edilmiş, xx.xx.2020-ci il tarixli xxxxxxx000100 saylı X1 Famil Fətta oğlu arasında vaxtamuzd əmək müqaviləsi xx.xx.2020-ci il tarixədək bağlanmışdır. İş materialına əlavə edilmiş Maraqlı şəxs İddiaçı göndərilmiş 06 fevral 2025-ci il tarixli məktubda qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olrnadığı məhkəmə tərəfindən müəyyən edilməklə ərnək müqaviləsi məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı "Əmək və Məşğulluq alt sistemində qeydlərin aparılması hüququ X4 Xidmətinə həvalə edilməlidir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞL-00540 nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı və onun nümayəndəsi Nümayəndə mediasiya sessiyasında iştirak etmiş lakin, X5 iştirak etməmişldir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin V hissəsinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə görə, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəssinə əsasən Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması səbəbindən əmək müqaviləsinə xitam verilir. Məhkəmədə müəyyən edildi ki, cavabdeh X5 ilə İddiaçı arasında vaxtamuzd əmək müqaviləsi xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək bağlandığından, tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. Məhkəmə qeyd edilənləri nəzərə hesab edir ki, İddiaçı nümayəndəsi Nümayəndə cavabdeh X2 və Maraqlı şəxsnə qarşı əmək müqaviləsinə xitam verilməsi və məlumatların Əmək və məşğulluq” altsisteminə daxil edilməsi tələblərə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216-220ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı nümayəndəsi Nümayəndə cavabdeh X2 və Maraqlı şəxsnə qarşı əmək müqaviləsinə xitam verilməsi və məlumatların Əmək və məşğulluq” altsisteminə daxil edilməsi tələblərə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar