Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-14/2023 01.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi (oğlu) X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh, X2 qarşı “Fərdi yaşayış evinə gedən avtomobil yolunun zəbtdən azad edilməsi və özbaşınalıq hərəkətlərinə son qoyulması barədə” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh, X2 qarşı “Fərdi yaşayış evinə gedən avtomobil yolunun zəbtdən azad edilməsi və özbaşınalıq hərəkətlərinə son qoyulması barədə” məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mülkiyyətində olan 0,15 hektar həyətyanı torpaq sahəsinə gedən, cavabdehlər Cavabdeh və X3 tərəfindən zəbt edilmiş, ümumi istifadədə olan, avtomobil yolunun zəbtdən azad edilməsi və onların özbaşanalığına son qoyulması barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi (oğlu) X9 iddianı müdafiə edib izahat verərək bildirdi ki, İddiaçı onun anasıdır. Astara rayon Aqrar İslahat Komissiyasının 18 oktyabr 1997-ci il tarixli, 88 saylı qərarı ilə onların ailə üzvülərinin mülkiyyətlərinə 0,15 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə onlara torpağın mülkiyyətə verilməsinə dair JN-154A (KOD:********) saylı Şəhadətnamədə verilmişdir. Mülkiyyətimizdə olan 0,15 hektar həyətyanı torpaq sahəsində fərdi yaşayış evi inşa etmişik. Mülkiyyətimizdə olan 0,15 hektar həyətyanı torpaq sahəsinə gediş-gəliş avtomobil yolu olmuş və onlar uzun müddət ərzində həmin yoldan istifadə etmişlər. Lakin son vaxtlar cavabdehlər Cavabdeh və X3 gediş-gəliş avtomobil yolunu tamamilə zəbt etmişlər və onlar ancaq ensiz piyada keçidi ilə evlərinə gedib, gəlirlər. Onların evlərinə avtomobilin keçməsi isə mümkün deyildir. Ona görə də, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahat verərək iddia tələbini qəbul etmədiyini bildirmişdir. Belə ki, o iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən yolu gedən yolu zəbt etməmişdir. Odur ki, o, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etdi. Mülki iş üzrə cavabdehlər Cavabdeh və X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər və gəlməmələri səbəbi barədə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və Astara şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlardan görünür ki, İddiaçı 18 iyun 1956-cı il tarixdə Astara rayonu Maşxan kəndində anadan olmaqla, ailə üzvüləri ilə birlikdə Astara rayonu Təngərüd kəndində yaşayır. Mülki işə əlavə edilmiş “Doğum haqqında şəhadətnamənin surətindəndən” məlum olur ki, X6 25 yanvar 1963-cü ildə anadan olmuşdur. Mülki işə əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-154A (KOD:********) saylı Şəhadətnamənin surətindən məlum olur ki, Astara rayon Aqrar İslahat Komissiyasının 18 oktyabr 1997-ci il tarixli, 88 saylı qərarı ilə onların ailə üzvülərinin mülkiyyətlərinə Astara rayonu Təngərüd kəndi ərazisində 0,15 hektar həyətyanı torpaq sahəsi X4 ailə üzvülərinin ümumi mülkiyyətlərinə verilmişdir. Mülki işə əlavə edilmiş Astara Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(018)-815/2021 saylı qətnaməsindən məlum olur ki, İddiaçı cavabdehlər Cavabdeh, X1 və X2 qarşı “özgənin sahibliyində olan torpaq sahəsindən piyada və nəqliyyat vasitələrinin keçməsi üçün servitut qoyulması” tələbi barədə iddiası əsassız olmasına görə təmin edilməmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2023-cü il tarixli, 10/8307 nömrəli ekspert rəyindən məlum olur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Astara rayonu, Təngərüd kəndi ərazisində Astara Rayon Aqrar İslahat Komissiyasının 18 oktyabr 1997-ci İİ tarixli, 88 saylı qərarı əsasında JN-154A (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə Xamradova (Cəfərova) Mehparə Əlibala qızı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0,15 ha həyətyanı torpaq sahəsinin sərhədləri və döngə nöqtələri yerdə (naturada) və xəritədə müəyyən edilmişdir. İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş həmin 0,15 ha həyətyanı torpaq sahəsinin “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədindəki məkan göstəriciləri ilə onların faktiki istifadələrində olan torpaq sahəsinin məkan göstəriciləri arasında müəyyən qədər uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) mövcuddur, (bu da islahat zamanı hazırlanmış texniki sənədlərdəki xətalara görədir). Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Astara rayonu, Təngərüd kəndi ərazisində Astara Rayon Aqrar İslahat Komissiyasının 18 oktyabr 1997-ci il tarixli, 88 saylı qərarına əsasən JN-209A (kod 80110018 saylı) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə X3 və ailə üzvlərinin mülkiyyətlərinə 0,09 ha həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair əvvəl yaranmış hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Ərazi İdarəsinə təqdim edilən ərizə icraata qəbul edilərək sözügedən torpaq sahəsinə (üzərində yerləşən fərdi yaşayış evi ilə birlikdə) daşınmaz əmlakın dövlət reyestrindən 04 mart 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli müvafiq Çıxarış sənədi tərtib olunmuşdur. X3 və ailə üzvlərinin daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışla mülkiyyətlərində olan həmin 0,09 ha torpaq sahəsinin sərhədləri və döngə nöqtələri müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, yol kimi mübahisələndirilən torpaq sahəsi “Təngərüd kəndi ərazisində həyətyanı torpaq sahələrinin özəlləşdirilməsinə dair” tərtib olunmuş kompleks yerquruluşu layihəsində ümumi istifadədə olan yol kimi öz əksini tapmışdır. Layihədə həmin yolun son nöqtəsi İddiaçı (ailə üzvlərinə) JN-154A və cavabdeh X2 (ailə üzvlərinə) JN- 209A “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr ilə mülkiyyətlərinə verilmiş torpaq sahələrinin giriş hissəsinə qədər (tərəflərin torpaq sahələrinin birləşən istinad nöqtəsinə qədər) işlənilmiş və bu da faktiki vəziyyətə uyğun gəlmir. Yəni “həyətyanı torpaq sahələrinin özəlləşdirilməsinə dair” kompleks yerquruluşu layihəsi (sözügedən mübahisəli əraziyə aid hissəsində) o vaxtı texniki xətalara görə naturaya uyğun tərtib olunmamışdır (yuxarıda bu barədə məlumat verilmişdir). Başqa sözlə layihədə tərəflərin (İddiaçı və cavabdeh X3) həyətyanı torpaq sahələrinin birləşən istinad nöqtəsinə qədər işlənilən yolun faktiki vəziyyətlə müqayisəsi zamanı məlum oldu ki, həmin yolun son nöqtəsi İddiaçı və ailə üzvlərinin faktiki istifadələrində olan həyətyanı torpaq sahəsinə kimi gedib çatmır. İddiaçı və ailə üzvlərinin faktiki istifadələrində olan həyətyanı torpaq sahəsi isə layihədə nəzərdə tutulan yolun son nöqtəsindən təxminən 12- 14 m məsafədən sonra başlayır. Araşdırma zamanı kompleks yerqurluşu lahiyəsində öz əksini tapan həmin yolun (başlanğıc) hissəsidən başlayaraq bütövlükdə digər Cavabdeh tərəfindən qapı qoyularaq tutulması müəyyən olundu. Beləliklə, kompleks yerquruluşu layihəsində öz əksini tapan ümumi istifadə üçün nəzərdə tutulan həmin yolun giriş (başlanğıc) hissəsindən başlayaraq bütövlüklə digər Cavabdeh tərəfindən hasara alınaraq istifadə edilməsi müəyyən edildi. Layihədə nəzərdə tutulan həmin yolun cavabdeh X3 tərəfindən isə istifadə edilməməsi müəyyən olundu. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Astara Rayon Aqrar İslahat Komissiyasının 18 oktyabr 1997-ci il tarixli, 88 saylı qərarı əsasında verilmiş JN-154A (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə Xamradova (Cəfərova) Mehparə Əlibala qızı və ailə üzvlərinin mülkiyyətlərinə 0,15 ha həyətyanı torpaq sahəsinə baza məlumatlarında başqa avtomobil yolu mövcud deyildir. Faktiki vəziyyətdə də İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinə başqa yerdən yolun olması müşahidə edilmədi. Beləliklə, məhkəmə baxışı iclasında iddaçının nümayəndəsinin izahatına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçı Xamradova (Cəfərova) Mehparə Əlibala qızı və ailə üzvlərinin mülkiyyətlərində olan 0,15 ha həyətyanı torpaq sahəsinə gedən yol hesab edilən ərazi Cavabdeh tərəfindən hasara alınaraq istifadə edilir. Həmin həyətyanı torpaq sahəsinə baza məlumatlarında başqa avtomobil yolu mövcud deyildir. Faktiki vəziyyətdə də İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinə başqa yerdən yolun olması müşahidə edilməmişdir. Lakin iddiaçı Xamradova (Cəfərova) Mehparə Əlibala qızı və ailə üzvlərinin mülkiyyətlərində olan 0,15 ha həyətyanı torpaq sahəsinə gedən yolun cavabdeh X3 tərəfindən tutulması halı isə müəyyən edilməmişdir. Odur ki, iddia tələbi cavabdeh X2 nisbətdə yolun açılması hissəsində və “cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulması hissəsində təmin edilə bilməz. Çünki cavabdehlərin qanunsuz və özbaşınalıq hərəkətləri iddiaçıya qarşı davam edilməsi, nədən ibarət olması faktı məhkəmədə öz təsdiqini tapmamışdır. Ona görə də, iddia bu hissədə təmin olunmamalıdıdır. Məhkəmə iddia tələbini qismən təmin edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir. 1.Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
2. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
4. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
6. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
7. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarının 3-cü hissəsində qeyd edilir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində pul Cavabdeh alınmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 115-ci maddəsinə əsasən ekspertiza xərci məhkəmə xərclərinə aiddir. Qeyd olunan Məcəllənin 124.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun yarısı olan 50 (əlli) manat məbləğindəki pul Cavabdeh tutularaq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh, X2 qarşı “Fərdi yaşayış evinə gedən avtomobil yolunun zəbtdən azad edilməsi və özbaşınalıq hərəkətlərinə son qoyulması barədə” iddiası qismən təmin olunsun. Astara rayon Aqrar İslahat Komissiyasının 18 oktyabr 1997-ci il tarixli, 88 saylı qərarı ilə İddiaçı və ailə üzvülərinin mülkiyyətlərinə verilmiş, JN-154A (KOD:********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də qeyd edilən, Astara rayonu Təngərüd kəndi ərazisində yerləşən 0,15 hektar həyətyanı torpaq sahəsinə gedən və Cavabdeh tərəfindən hasara alınaraq istifadə edilən avtomobil yolu Cavabdeh tərəfindən açılsın. Mülki işə üzrə ekspertiza xərci olan 50 (əlli) manat pul Cavabdeh alınaraq dövlət hesabına ödənilsin. Ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsi Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi “cavabdeh X2 nisbətdə yolun açılması hissəsində” və “cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulması” hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Mübariz Məmmədov