Məhkəmə qərarları › İş №2(018)-1405/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1405/2023

14.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1405/2023 14.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (oğlu) Nümayəndə Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “paylı ümumi mülkiyyətdə olan əmlakda payların müəyyən edilməsi tələbinə dair” iddiası mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “paylı ümumi mülkiyyətdə olan əmlakda payların müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı ümumi mülkiyyətdə olan əmlakda onun və uşaqlarının paylarının ayrılıb, ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək paylı ümumi mülkiyyətdə olan əmlakda onun və uşaqlarının paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib izahat verərək bildirdi ki, o, Cavabdeh ilə 22 aprel 1974-cü il tarixdə rəsmi nikah qeydiyyatdan keçməklə evlənmişlər. Onların birgə nikahlarından 5 nəfər uşaqları olmuşdur. Onlardan 1975-ci il təvəllüdlü X7, 1976-cı il təvəllüdlü X8 (1998-ci ildə Qarabağda şəhid olmuşdur.), 1981-ci il təvəllüdlü X5, 1983-cü il təvəllüdlü X9 və 1985-ci il təvəllüdlü Nümayəndədur. Cavabdeh qanunu pozaraq Astara rayonu Sığaloni kəndi ərazisində 0,10 hektar həyətyanı torpaq sahəsinə və həmin 0,10 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə öz adına çıxarış almışdır. Bundan başqa Cavabdeh 0,10 hektar həyətyanı torpaq sahəsindən əlavə olaraq 1 hektar da torpaq sahəsini də zəbt etmiş, orada ailə üzvüləri ilə birlikdə 100-ə yaxın feyxoa, 350-yə yaxın narıngin, limon ağaclar əkmişlər. Cavabdeh onlarla kobud davranmaqla mülkiyyət hüquqlarını pozmuşdur. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi (oğlu) Nümayəndə da İddiaçı izahatına uyğun izahat verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etdilər. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədi məhkəmə iclasında göstərdi ki, iddia tələbini qismən qəbul edir. Belə ki, onun mülkiyyətində Astara rayonu Sığaloni kəndi ərazisində 0,10 hektar həyətyanı torpaq sahəsinə və həmin 0,10 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi vardır. Həmçinin onun və ailə üzvülərinin mülkiyyətinə Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli 01 saylı qərarına əsasən Astara rayonu Siyəkü kəndi ərazisində 0,65 hektar kənt təsərrüfatı mallarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin 0,65 hektar kənt təsərrüfatı mallarının istehsalı üçün torpaq sahəsində payın müəyyən edilməsini tələb etmir. Ona görə də iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləməklə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğindəki dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və arayışdan məlum olur ki, İddiaçı xx xxxxxx 1952-ci il tarixdə anadan olmaqla, Astara rayonu Vaqo kəndində yaşayır. Mülki işə əlavə edilmiş Astara rayonu Qeydiyyat şöbəsinin 26 sentyabr 2023-cü il tarixli arayışından məlum olur ki, Cavabdeh İddiaçı 22 aprel 1974-cü il tarixdə evlənmişlər. Mülki işə əlavə edilmiş “Ölüm haqqında şəhadətnamənin” surətindən məlum olur ki, X8 1998-ci ilin yanvar ayının 01-də ölmüşdür. Mülki işə əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli şıxarışdan məlum olur ki, Babayev X6 mülkiyyətində Astara rayonu Sığaloni kəndi ərazisində 0,10 hektar həyətyanı torpaq sahəsinə və həmin 0,10 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi vardır. Mülkiyyət hüququnun qeydiyyat tarixi 26 yanvar 2018-ci ildir. Mülki işə əlavə edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN:0480 (KOD:********) nömrəli Dövlət Aktından görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli 01 nömrəli qərarı ilə Cavabdeh, Nümayəndə, İddiaçı, X2, X3 və X4 mülkiyyətinə Astara rayonu Siyəkü kəndi ərazisində 0,65 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahəsi verilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, tərəflər 22 aprel 1974-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli 01 nömrəli qərarı Cavabdeh, Nümayəndə, İddiaçı, X2, X3 və X4 mülkiyyətinə Astara rayonu Siyəkü kəndi ərazisində 0,65 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahəsi verilmişdir. X1 ölmüşdür. Bundan başqa Cavabdeh İddiaçı ilə rəsmi nikahda olduğu zaman mülkiyyətinə Astara rayonu Sığaloni kəndi ərazisində 0,10 hektar həyətyanı torpaq sahəsinə və həmin 0,10 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi əldə etmişdir. Ona görə də məhkəmə hesab edir ki, 0,65 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahəsində payçıların payı 1/6 (altıda bir) hissədə müəyyən ediməlidir. Həmçinin 0,10 hektar həyətyanı torpaq sahəsinə və həmin 0,10 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində İddiaçı 1/2 (ikidə bir) hissədə payı müəyyən edilməlidir. Ancaq İddiaçı iddia tələbində qeyd edilən həyətyanı torpaq sahəsində və evdə övladlarının da payının müəyyən edilməsini, tələb etsədə tələbinin əsası kimi hər hansı subutu məhkəməyə təqdim etməmişdir. Ona görə də iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 6.1-ci maddəsinin 7, 8 və 9-cu bəndlərinə müvafiq olaraq mülki hüquqların maneəsiz həyata keçirilməsinəşərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarının 3-cü hissəsində qeyd edilir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MM-in 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin məcəllənin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təəbi qismən təmin edildiyindən, iddia qaldırılması üçün İddiaçı ödədiyi 100 (bir yüz) manat dövlət rüsumuna görə 50 (əlli) manat pul onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “paylı ümumi mülkiyyətdə olan əmlakda payların müəyyən edilməsi tələbinə dair” iddiası qismən təmin edilsin. Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli 01 nömrəli qərarı ilə mülkiyyətə verilmiş, “Torpağa mülkiyyət hüququna dair” JN:0480 (KOD:********) nömrəli Dövlət Aktında qeyd edilən, Astara rayonu Siyəkü kəndi ərazisində yerləşən 0,65 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahəsində Cavabdeh, Nümayəndə, İddiaçı, X2, X3 və X4 hər birinin paylarının ayrı-ayrılıqda 1/6 (altı da bir) hissədə olması müəyyən edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli şıxarışda qeyd edilən, Astara rayonu Sığaloni kəndi ərazisində 0,10 hektar həyətyanı torpaq sahəsinə və həmin 0,10 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində Babayev X6 İddiaçı hər birinin paylarının ayrı-ayrılıqda 1/2 (iki də bir) hissədə olması müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumuna görə Cavabdeh 50 (əlli) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar