Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-1464/2025 11.09.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X1 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı mirasın qəbul edilməsi faktının və miras əmlaka mülkiyyət hüqunun müəyyən edilməsi haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı mirasın qəbul edilməsi faktının və miras əmlaka mülkiyyət hüqunun müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə Ərizəçi ərizəsini və ərizəsinə əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etdi. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi məhkəmənin hazırlıq iclasına gəlməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı mirasın qəbul edilməsi faktının və miras əmlaka mülkiyyət hüqunun müəyyən edilməsi haqqında ərizəsi qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, hazırki 2(018)-1464/2025 saylı mülki iş üzrə iddia ərizəsi qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1-cı, 263- 264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı mirasın qəbul edilməsi faktının və miras əmlaka mülkiyyət hüqunun müəyyən edilməsi haqqında ərizəsi qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün) müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-1464/2025
Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-1464/2025
11.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver