Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1485/2023 26.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X7 Aslan oğlunun sədrliyi , Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraçiət edərək, CavabdehAğacan qızına məxsus olan, Astara rayonu Şiyəkəran kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümuı sahəsi 115 kv.m olan evə istifadə hüququmun tanınması və 3 otaqlı yaşayış evinin otaqlardan birinə köçürülməyi barədə qətnamə cıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı iddiasını müdafiə edərək, iddiasının təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İddiacı İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, o, X3 xx xxxx 1971-ci ildə Astara rayonu Şiyəkəran kəndində anadan olmuş. X1 və anası Cavabdehdır. O, valideynlərinə məxsus torpaq sahəsində yerləşən onlara məxsus 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 115 kv.metr olan yaşayış evində yaşamış. Sonradan atası dünyasını dəyişdi və qeyd olunan evdə anası ilə birlikdə yaşamağa davam etmiş. Qeyd etmək istəyir ki, yaşayış evinin yerləşdiyi torpaq sahəsi anasının mülkiyyəti olduğundan yaşayış evi qanuni gözlənti nəticəsində onun mülkiyyəti sayılır. Əvvəllər anası Cavabdeh ilə çox mehriban olsaq da, yaxın vaxtlara kimi davam etdi. Sonradan bəzi ailəvi məsələlərə görə aralarında narazılıqlar yaranmağa başladı. İş o həddə gəlib çatdı ki, anası ilə aralarında böyük mübahisə yarandı. Bu hallara dözə bilməyib və yaşadığı evdən ayrıldı. Amma fikrini dəyişib yaşadığı evə qayıtmaq istəyir amma anası ona imkan vermir ki, boş olan otaqlardan birində məskunlaşsın. Həm də təsərrüfatının anası ilə birgə olmasını istəmir. Odur ki, hüquqlarının müdafiəsindən ötrü məhkəməyə müraciət etmək məcburiyyətində qalır.Yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəllələrində (1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş və 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan) və Mülki Məcəllədə əks olunmuşdur.2009-cu ilin oktyabr ayının 1-dən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.CavabdehAğacan qızına məxsus olan, Astara rayonu Şiyəkəran kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümuı sahəsi 115 kv.metr olan evə istifadə hüququmun tanınması və 3 otaqlı yaşayış evinin otaqlardan birinə köçürülməyi barədə qətnamə cıxarılmasını məhkəmədən xahiş etmişdi. İş üzrə Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədə iştirak edə bilməyəcəyini və iddianı qəbul etdiyini bildirmişdir. Məhkəmə İddiaçı dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, söbutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Astara rayon İHB-nın Şiyəkəran kənd İƏD-si tərəfindən verilmiş arayışdan görünür ki, Astara rayon İHB-nın Şiyəkəran kənd İƏD-si nümayəndəliyinin 116 nömrəli təsərrüfatbaşı 7-ci səhfəsində Şiyəkəran kəndində 1958-ci il tarixdə Astara rayon Şiyəkəran kənd sakini X5 və Cavabdeh birgə nikah vaxtında inşa edilmiş 1 mərtəbəli, 3 otaqlı ümumi sahəsi 115 kv.metr yaşayış evi vardır. Hal-hazırda fərdi yaşayış evi istismara yararlıdır. İş materiallarında olan Astara rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx xxxx 1971-ci il tarixdə Astara rayon,Şiyəkəran kəndində anadan olmuşdur. İş materiallarında olan Astara rayon İHB-nın Şiyəkəran kənd İƏD-si tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı anası Cavabdeh adlı tərkibi vardır. İş materiallarında olan Astara rayon İHB-nın Şiyəkəran kənd İƏD-si tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Astara rayon,Şiyəkəran kəndində yaşayır. İş materiallarında olan Astara rayon Şiyəkəran kənd bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, onun mərhum X1nun birgə mülkiyyətində olan JN-354 saylı Torpağa Mülkiyyət Hüququna Dair Şəhadətnaməsinə əsasən 0,20 ha həyətyanı torpaq sahəsi vardır. Bundan əlavə olaraq həmin şəhadətnamə əsasən anası Cavabdeh da həyətyanı torpaq sahəsində payı vardır. . İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, İddiaçı xx xxxx 1971-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Şərh edilənləri, Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malik olmalarını və iddiaçının köçürülməli olan evdə qeydiyyatda olmasını nəzərə alaraq, məhkəmə iddianın qismən təmin edilməsini, İddiaçı Cavabdeh məxsus olan Astara rayonu, Şiyəkəran kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 115 kv.metr olan yaşayış evinə köçürülməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh məxsus olan Astara rayonu, Şiyəkəran kəndində yerləşən yaşayış evinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1(bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-1485/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1485/2023
26.12.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver