Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1489/2025 13.11.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X36 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və cavabdeh Astara rayonu X34 Vaqo kənd tam orta ümumtəhsil məktəbinin direktoru X5 iştirakları ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə cavabdeh Astara rayonu X34 Vaqo kənd tam orta ümumtəhsil məktəbinə qarşı «işdən çıxarma barədə əmrin ləğvi, işə bəroa və məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi» tələblərə dair iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Astara rayonu, X34 Vaqo kənd tam orta ümumtəhsil məktəbinə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, X34 Astara rayon Vaqo kənd ümumi orta məktəbinə qarşı işdən çıxarma barədə əmrin ləğv, işə bərpa və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi ödənilməsi barədə qətnamə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddiasını müdafiə edərək iddiasının tam tamin edilməsi barədə məhkəmədən qətnamə çıxarmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində göstərmişdir ki, iddiaçı X1 tam orta ümumtahsil maktəbinda ingilis dili müəllimi vəzifəsində işləmişdir. xx.xx.2008-ci ildən həmin məktəbdə ingilis dili müəllimi vəzifəsində çalışmışdır. İddiaçının ümumilikdə 17 il pedaqoji təerübəsi var.İddiaçı ilə cavabdeh Vaqo kənd tam orta ümumtəhsil məktəbi arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsaslanaraq xitam verilmişdir.Belə ki, xx.xx.2025-ci il tarixli “Əmək müqaviləsinin ləğv edilməsi barədə” Əmrlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasf’nm 5.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi rəhbər tutularaq təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə 20 iyun 2025-ci il tarixinda keçirilmiş takrar sertifikatlaşdırmada “Dövlət Ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsillverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) İşləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası" ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən Vaqo kənd tam orta ümumitəhsil məktəbin ingilis dili müəllimi İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 30 iyun 2025-ci il tarixdən ləğv edilmişdir. Qeyd olunanlanlardan görünür ki, Vaqo kənd tam orta ümumtəhsil məktəbin ingilis dili müəllimi İddiaçı ikinci dəfə təkrar sertifikasiya imtahanından keçmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi rəhbər tutularaq xitam verilmişdir. Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin normaları kobud şəkildə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70- ci maddəsinin “c” bəndi peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməsi nəticəsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğvini nəzərdə tutan əsas kimi müəyyən edilmişdir. Lakin Azərbaycan Respubliksaımn Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla ləğv edilməsinin qadağan olunduğu işçilərin dairəsi müəyyən edilmişdir. Bu kateqoriya şəxslərdən biri də öhdəsində 18 yaşınadak əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərdir. Belə ki, İddiaçı ailəsi özü da daxil olmaqla 7 nələrdən ibarətdir. İddiaçının qayınatası X6 birinci dərəcə müddətsiz əlildir. Ona daimi qulluq va müalicə tələb olunur. Astara rayon İcra Hakimiyyətinin başçısının Siyaku kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 iyun 2025-ci il tarixli arayışdan da görünür ki, X7 gəlini İddiaçı evində yaşayır. Yalnız yuxarıda qeyd olunanlar təsdiq edir ki, iddiaçının himayəsində birinci dərəcə əlilliyi olan şəxs olduğu halda, cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddələrinin tələbləri kobud şəkildə pozularaq onunla bağlanmış əmək müqaviləsinə əsassız olaraq xitam verilmişdir. İddiaçı işdən çıxarma barədə əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə ödənilməmiş əməkhaqqının ödənilməsi tələbi ilə Lənkəran 1 saylı Mediasiya Təşkilatına xx.xx.2025-ci il tarixində müraciət elmişdir. Lənkəran 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixində ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi harada Arayış verilmişdir. Odur ki. iddiaçı məhkəməyə müraciət etmak qərarına gəlmişdir və hesab edir ki, məhkəmə tərəfindən iddia təmin edilməli, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli "Əmək müqaviləsinin ləğv edilməsi barədə” Əmr ləğv edilərək işə bərpa edilməli və ona məcburi işburaxma üçün ödənilməyən əməkhaqqının ödənilməsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulmasına dair qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Astara rayon Məhkəməsindən İddiaçı işdən azad edilməsinə əsas olan "Əmək müqaviləsinin ləğv edilməsi barədə” xx.xx.2025-ci il tarixli, 55 nömrəli əmrin ləğv edilməsi, əvvəlki iş yeri olan Astara rayonu X34 Vaqo kənd tam orta ümumtəhsil məktəbində ingilis dili müəllimi vəzifəsinə bərpa edilməsi və məcburi buraxdığı iş günlərinə görə əmək haqqının Vaqo kənd tam orta ümumtəhsil məktəbindən tutaraq iddiaçı X10 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmədə cavabdeh Astara rayonu M.Abıyev adına Miki kənd Ümumi orta məktəbin direktoru X12 iddianı qəbul etməyərək, onlara qarşı verilmiş iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Astara rayonu M.Abıyev adına Miki kənd Ümumi orta məktəbin direktoru X12 etirazında bildirmişdi ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı işdən çıxarma barədə əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə ödənilməmiş əməkhaqqının ödənilməsi tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Astara rayonu X34 Vago kand tam orta umumi təhsil məktəbi aşağıda qeyd olunanlara əsasən iddiaçı X11 iddia ərizəsi etiraz edir. İddiaçı Astara rayonu X34 Vago kənd tam orta ümumi təhsil məktəbinin ingilis dili müəllimi İddiaçı 20 iyun 2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırma imtahanlarından keçməmişdir. Onunla bağlanmış əmək muqaviləəsi həmin məktəbin direktorunun 30 iyun 2025-ci il tarixli 55 nömrəli əmri ilə ləğv edilmişdir. İddiaçının işdən çıxarılması əmrinin verilməsinə əsas Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 25 iyun 2025-ci il tarixli 3-29-69-3-2-29F/2025 saylı əmri olmuşdur. Hesab edirik ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi cavabdeh şəxs qismində işə cəlb olunmalı və nümayəndəsi vasitəsilə işdə iştirakı təmin olunmalıdır. İddiaçı qeyd edir ki, özü də daxil olmaqla ailəsi 7 nəfərdən ibarətdir. Həmçinin iddiaçı orqanizmin funksiyalarının 81-100% pozulmasına görə əlilliyi müəyyən edilmiş qayınatası X3 onun himayəsində olmasını Astara rayon İcra Hakimiyyətinin Siyaku kənd İnzibati Ərazi dairəsi nümayəndəliyi tərəfidən verilmiş 25 iyun 2025-ci il tarixli arayışı ilə təsdiq olunan onların bir evdə yaşaması faktı ilə əsaslandırmışdır. Lakin onların bir evdə yaşaması faktı X3 İddiaçı rəsmi himayəsində olmasına əsas deyil. Həmçinin qeyd olunan arayışdan da görünür ki, İddiaçı əri və qayınanası da həmin evdə yaşayır. Həmçinin bildirinik ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən 2(102)-929/2024 nömrəli. xx.xx.2024-cu il tarixli 3 ulduzlu qərarında qeyd edilir ki, bir normanın tətbiqi digər normanın tətbiqini ümumiyyətlə mümkünsüz və əhəmiyyətsiz edə bilməz. Həmçinin bir normanın tətbiqi işəgöturənin hüquqdan əhəmiyyətli dərəcə pozulmasına və işçinin hüquqdan sui-istifadəsinə şərait yaratmamalıdır. Əmək Məcəlləsinin 79-cu maddəsində göstərilən hallar baş vermiş hadisə ilə səbəbli əlaqədə olmadığı halda 70-ci maddənin "c" bandinin tətbiqi məhdudlaşdırıla bilməz. Buna görə də, bildiririk ki, öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarni 81-100 faiz pozulmasına gora əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan içşilərin sertifikatlaşdırmada iştirakı və sertifikallaşdırmanın nəticələrinə əsasən əmək müqavilə ləğv edilməsi ilə onun öhdəsində əlilliyi olan uşağın olması və ya əlilliyi müəyyən edilmişdə digər ailə üzvünün olması arasında səbəbli əlaqə mövcud deyil. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd edilən qərarından göründüyü kimi bu halda Əmək Məcəlləsinin 79-cu maddəsinin tətbiq edilməsi işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcə pozulmasına işçinin hüquqdan sui-istifadəsinə şərait yaratmış olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli, 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın 5.3-cü bəndinə əsasən, təkrar sertifikatlaşdırmada bu qeyd müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Həmin qaydanın 5.4-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi nəzərdə tutulduğundan, iddiaçının təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edilməklə, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən xitam veriiması qanuna uyğundur. Göründüyü kimi, qanunvencilik təkrar sertifikatlaşdırmada bu qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən və iştirak edə bilməyən təhsilverənlər tərəfindən əmək müqaviləsinə xitam verilməsini konkret olaraq nəzərdə tutmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, İddiaçı işdən çıxarma barədə əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə ödənilməmiş əməkhaqqının ödənilməsi iddia tələbi əsassız olduğu üçun iddianın rədd edilməsi barədə qətnamə qəbul etməyinizi xahiş etmişdir. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Astara rayonu, M.Abiyev adına Vaqo kənd tam orta ümumtəhsil məktəbinin direktoru X8 dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialına əlavə edilmiş Astara rayonu, M.Abiyev adına Vaqo kənd tam orta ümumtəhsil məktəbinin direktor X16 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 55 nömrəli “əmək müqaviləsinin ləğv edilməsi barədə” əmrdən çıxarış sənədinin surətindən görünür ki, Azərbayan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət Ümumi Təhsil müəssisəsələrində (ümumi orta təhsil üzrə təhsil verənlərə münasibətdə digər dövlət müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndini rəhbər tutular, Təhsilverənlərin peşəkarlıq səviyyəsini və peşə yararlılığının yoxlanması məqsədilə 20 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırma “Dövlət ümumi təhsil müəssisəsələrində (ümumi orta təhsil üzrə təhsil verənlərə münasibətdə digər dövlət müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən Astara rayonu M.Abiyev adına Vaqo kənd Ümumi orta məktəbin ingilis dili müəllimi İddiaçı təkrar sertifikatlaşmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi xx.xx.2025-ci il tarixdə ləğv edilmişdir. İş materialına əlavə edilmiş direktor X12 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 70 nömrəli “əmək müqaviləsinin xitam verilməsi barədə” əmrin surətindən görünür ki, Astara rayon Vaqo kənd tam orta məktəb bölməsində “İngilis dili müəllimi” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış 25 iyun 2025-ci il tarixli 3-29-69-/3-2-29F/2025 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 70.”c”peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə” maddəsinə əsasən xx.xx.2025-ci il tarixdən xitam verilmiş, işçinin xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 44.03 məzuniyyət gününün haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Astara rayon İHB-nın Siyaku kənd inzibati ərazi dairəsi nümayəndəliyindən verilmiş arayışdan görünür ki, İddiaçı Astara rayonun Vaqo kəndində yaşayır və aşağıdakı ailə tərkibi vardır. Qayınatası : X7 (birinci qrup əlil),Qayınanası: X13 (təqaüdçü), əri: X22 uşaqları: X23, X24 və X17. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞL-00865 nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş lakin, Astara rayonu M.Abiyev adına Vaqo kənd ümumi orta məktəbi X2 iştirak etməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin V hissəsinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında qərarının 5.3-cü bəndinə əsasən, təkrar sertifikatlaşdırmada bu qeyd müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Həmin qərarın 5.4-cü bəndinə əsasən, təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə görə, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmçinin həmin maddənin qeyd hissəsində qeyd olunur ki, həmin maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Məhkəmə qeyd edilənləri nəzərə hesab edir ki, İddiaçı həyat yoldaşı və uşaqları ilə birlikdə qayınatası : X7 (birinci qrup əlil), və qayınanası: X13 ilə bir evdə yaşaması, birinci qrup əlil olan X3 İddiaçı rəsmi himayəsində olmasına əsas deyil. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə cavabdeh Astara rayonu Məhərrəm Əliyev adına Vaqo kənd tam orta ümumtəhsil məktəbinə qarşı «işdən çıxarma barədə əmrin ləğvi, işə bəroa və məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi» tələblərə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216- 220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə cavabdeh Astara rayonu Məhərrəm Əliyev adına Vaqo kənd tam orta ümumtəhsil məktəbinə qarşı «işdən çıxarma barədə əmrin ləğvi, işə bəroa və məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi» tələblərə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-1489/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1489/2025
13.11.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver