Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-151/2024 29.02.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, İddiaçı və cavabdeh SOCAR “Qaz İxracı” İdarəsi X10 Kəmərləri sahəsinin nümayəndəsi X1, nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı və cavabdeh SOCAR “Qaz İxracı” İdarəsi X10 Kəmərləri sahəsinə qarşı «15 oktyabr 2018-ci il tarixli əmrin ləğv edilməsi əvvəlki iş yerinə, SOCAR «Qaz İxracı» İdarəsi X10 Kəmərləri sahəsinin nasos qurğularının maşinisti vəzifəsinə bərpa olunması tələbi barədə» iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı və cavabdeh SOCAR “Qaz İxracı” İdarəsi X10 Kəmərləri sahəsinə qarşı «15 oktyabr 2018-ci il tarixli əmrin ləğv edilməsi əvvəlki iş yerinə, SOCAR «Qaz İxracı» İdarəsi X10 Kəmərləri sahəsinin nasos qurğularının maşinisti vəzifəsinə bərpa olunması tələbi barədə» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı məhkəməyə vermiş olduğu iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verib göstərdi ki, o, 06 yanvar 2011-ci il tarixli, 183 saylı əmrə əsasən SOCAR «Qaz İxracı» İdarəsi X10 Kəmərləri sahəsinə nasos qurğularının 4-cü dərəcəli maşinist işinə qəbul olunmuşdur. Xəstəliyi ilə əlaqədar 15 oktyabr 2018-ci il tarixdən, 14 iyun 2019-cu il tarixə kimi Rusiya Federasiyasında müalicə almışdır. Buna baxmayaraq o, SOCAR “Qaz İxracı” İdarəsi X10 Kəmərləri sahəsinin rəisinin 14 iyun 2019-cu il tarixli, 33-K saylı əmrinə əsasən onun xəbəri və məlumatı olmadan işdən azad edilmişdir. Həmin əmrin surətini isə 18 sentyabr 2023-cü il tarixdə almaqla, ilk əvvəl mediasiya təşkilatına, sonra isə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, həmin əmr qanunsuz olmasına görə də ləğv edilməlidir. Belə ki, onun xəstəliyi ilə əlaqədar 15 oktyabr 2018-ci il tarixdən, 14 iyun 2019cu il tarixə kimi Rusiya Federasiyasında müalicə alması və bu barədə müvafiq sənədlər təqdim etməsinə baxmayaraq, bunlar nəzərə alınmamışdır. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh SOCAR “Qaz İxracı” İdarəsinin X10 Kəmərləri sahəsinin nümayəndəsi X5 iddianı qəbul etməyərək, verdiyi izahatında göstərdi ki, iddiaçı Astara MQKS-nin Astara Kompressor stansiyasının Nasos qurğularının maşinisti İddiaçı 12 oktyabr 2018-ci il tarixində 1(bir) günlük ödənişsiz məzuniyyətə getmiş, 15 oktyabr 2018-ci il tarixdə işə gəlməli olduğu halda uzun müddət işə çıxmamışdır. Onun işlədiyi sahə yəni kompressor stansiyasında istehsalat və qazın nəqli fasiləsiz həyata keçirildiyindən burada iş iki növbəlidir. İddiaçı də bu işə uyğun növbəli iş rejimində çalışmışdır. Hər hansı növbəli işçinin işə çıxmaması növbə rejiminin pozulması ilə nəticələnir. Bununla əlaqədar İddiaçı qrafiklə növbəyə təyinolunmuşdur. Lakin o, üzürlü səbəblər olmadan uzun müddət işə gəlmədiyidən bununla növbə qrafikində və istehsalatda müəyyən çətinliklər yaranmışdır. Halbuki işçi hər hansı bir səbəbdən bütün iş günü işə gələ bilmirsə bu barədə işəgötürənə məlumat verməli və buna uyğun müvafiq sənəd təqdim etməlidir. Bununla bağlı ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, heç bir sənəd təqdim etməmişdir. İddiaçı bu hərəkəti strateji cəhətdən dövlət əhəmiyyətli obyekt olan Kompressor stansiyasının istehsalatına müəyyən problemlər yaratmaqla bərabər işçilər arasında da intizamın zəifləməsinə gətirib çıxarda bilərdi. İddiaçı uzun müddət işə çıxmaması nəticəsində onun işi Sahənin digər işçilərinə həvalə olunmuşdur. Bu istehsalatda işçi qüvvəsinin çatızmamazlığına və iş həcminin tam yerinə yetirilməsində çətinliklər yaratmışdır. İddiaçı Rusiya Federasiyasının Surqut X7ndan “Əmək qabiliyyətsizliyi vərəqəsini” təqdimetmişdir.Həmin vərəqənin həqiqiliyini təyin etməkdən ötrü Astara MQKS-nin tabe olduğu baş İdarə olan “Qaz İxrac” İdarəsi tərəfindən İddiaçı həmin xəstəxanadan “Əmək qabiliyyətsizliyi ilə bağlı xəstəlik vərəqəsinin verilibverilməməsi və sənədi imzalayan “Şayaxov” soyadlı şəxsin həmin xəstəxanada həkim kimi işləyib-işiəməməsi ilə bağlı Rusiya Federasiyasının Surqut dairə xəstəxanasına 06 dekabr 2018-ci il tarixli SOCAR **********30490075X00782saylı sorğu göndərilmişdir. Həmin xəstəxanadan göndərilmiş 11 dekabr 2018-ci il tarixli xx-xx-6086 saylı cavab məktubunda İddiaçı 15 oktyabr 2018-ci il tarixdən 25 noyabr 2018-ci il tarixinədək olan dövrlərdə Rusiya Federasiyasının Surqut dairə xəstəxanasına müraciət etmədiyi və həmin xəstəxanada Şayaxov soyad lı həkimin işləmədiyi bildirilmişdir. Bununla məlum olur ki, iddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Rusiya Federasiyasının Surqut dairə xəstəxanasında müalicədə olmamış və onun təqdim etdiyi sənəd təsdiqini tapmadığı üçün heç bir hüquqi əsası yoxdur. Həmin sənədin saxta olduğu müəyyənləşdirilmiş və məlum olmuşdur ki, İddiaçı bilə-bilə Sahəyə saxta sənəd təqdim edərək işdə qalmağa cəhd etməklə yanaşı, qanunsuz əməkhaqqı gəliri əldə etməyə cəhd göstərmişdir. İddiaçının işə gəlmədiyinin səbəblərinin müəyyən edilməsi məqsədilə yaşadığı ünvana dəfələrlə (ZR-04/749 saylı xx.xx.2018-ci il tarixli, RM-04/777saylı ci il tarixli, ZR-04/20 saylı xx.xx.2019-cu il tarixli və ZR-04/124 saylı, 05 aprel 2019-cu il tarixli) məktublar göndərilmişdir. Ondan işə gəlmədiyi günlərin üzürlü səbəbdən olmasını təsdiq edən müvafiq sənədlərin Sahəyə təqdimedilməsitələb olunmağına baxmayaraq, o, heç bir əsaslı sənəd təqdim etməmişdir. Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndində işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması halı hesab edilir. Həmin Məcəllənin 70-ci maddəsinin ç) bəndininin tələblərinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 80-ci maddəsnin 1-ci bəndinə əsasən bu halda müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalıdır. Bunları nəzərə alaraq SOCAR “Qaz İxrac” İdarəsinin və Astara MQKS-nin Həmkarlar komitəsinin Qərarlarına əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi məqsədə uyğun hesab edilmişdir. Astara MQKS-nin 14 iyun 2019-cu il tarixli 33-K saylı əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Ona ünvanlanmış 14 iyun 2019-cu il tarixdə ZR-04/181 saylı məktubla Rüstəmzadə ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi bildirilmiş və əmək kitabçasının götürülməsi ilə bağlı Sahəyə dəvət olunmuşdur. Lakin İddiaçı Sahəyə gəlməmiş, ona göndərilmiş məktubu isə onunla eyni ünvanda yaşayan atası tərəfindən müvafiq sənədi imzalamaqla təhvilalmışdır.İddiaçı uzunmüddət ölkə xaricində olmasına görə heç bir üzürlü səbəb olmadan onun iş yerinə gəlməməsi, vaxtında əmrlə tanış olmaması və əmək kitabçasının götürməməsi ilə bağlı işəgötürən heç bir məsuliyyət daşımır. İddiaçı uzun müddətdən (4 ildən çox) sonra yalnız 2023-cü ilin sentyabrın 18-də Sahəyə gəlib əmək kitabçasını və işdən azad olunma əmrini təhvil almışdır. Fərdi əmək mübahisələrinin həlli araşdırılarkən iddia müddəti anlayışından istifadə edilir. İddia müddətinə Mülki Məcəllənin 372.2-ci maddəsində anlayış verilmişdir. Həmin maddəyə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. AR ƏM-nin 296-cı maddəsinin ikinci hissəsinə əsasən işçinin fərdi əmək mübahisəsinə baxan orqana müraciət etməsi halı istisna olmaqla, bütün hallarda fərdiəmək mübahisələrinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. AR Əmək Məcəlləsi iddia müddətinin başlanğıcını təyin edərkən konkret gün müəyyən etmişdir. Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsində həmin gün belə göstərilib: işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gündür. Bunları nəzərə alaraq, İddiaçı SOCAR “Qaz İxrac” İdarəsinin Astara MQKS-nə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən SOCAR “Qaz İxracı” İdarəsinin X10 Kəmərləri sahəsinin nümayəndəsi və vəkili X6 da məhkəmə iclasında əsasən X10 Kəmərləri sahəsinin nümayəndəsi X5 ilə eyni məzmunlu izahat verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etdi və həmçinin məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib tərəflərin təqdim etdikləri sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Mülki işə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən və arayışdan məlum olur ki, İddiaçı 24 avqust 1989-cu il tarixdə anadan olmaqla, Astara rayonu Səncərədi kəndində yaşayır. Mülki işə əlavə olunmuş SOCAR “Qaz İxracı” İdarəsinin X10 Kəmərləri sahəsinin rəisinin 11 oktyabr 2018-ci il tarixli 308M saylı əmrindən məlum olur ki, İddiaçı 01 təqvim günü müddətində ödənişsiz məzuniyyət verilmişdir. Mülki işə əlavə olunmuş Rusiya Federasiyası Surqut X3 həkim-onkoloqu Şayaxovun imzaladığı “Əmək Qabliyyətinin olmaması haqqında” vərəqdən və tibbi kartadan olan çıxarışdan məlum olur ki, İddiaçı 15 oktyabr 2018-ci il tarixdən 15 noyabr 2018-ci il tarixə kimi olan müddət ərzində əmək qabliyyətli olmamışdır. Mülki işə əlavə olunmuş SOCAR “Qaz İxracı” İdarəsinin X10 Kəmərləri sahəsinin rəisinin İddiaçı ünvanladığı 19 oktyabr 2018-ci il, 01 noyabr 2018-ci il, 18 yanvar 2019-cu il və 05 aprel 2019-cu il tarixli məktublardan məlum olur ki, İddiaçı işə çıxması bildirilmiş, əks halda işdən çıxarılacağı qeyd edilmişdir. Mülki işə əlavə olunmuş SOCAR “Qaz İxracı” İdarəsinin Həmkarlar Komitəsinin 27 may 2019-cu il tarixli 02 saylı iclas protokolundan məlum olur ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi məsələsi ilə əlaqədar X10 Kəmərləri sahəsinin SOCAR “Qaz İxracı” İdarəsi Həmkarlar İttifaqı Komitəsinə müraciət edilməsi qərara alınmışdır. Mülki işə əlavə olunmuş SOCAR “Qaz İxracı” İdarəsi Həmkarlar İttifaqı Komitəsinin Komitə İclasının 10 iyun 2019-cu il tarixli, 20-1ə nömrəli qərarından olan çıxarışdan məlum olur ki, Əmək Məcəlləsinin 80-ci maddəsnin 1-ci bəndinə əsasən SOCAR “Qaz İxrac” İdarəsinin və Astara MQKS-nin Həmkarlar komitəsinin Qərarına əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə etiraz edilməmişdir. Mülki işə əlavə olunmuş SOCAR “Qaz İxracı” İdarəsinin X10 Kəmərləri sahəsinin rəisinin 14 iyun 2019-cu il tarixli 33-K saylı əmrindən məlum olur ki, nasos qurğularının 4-cü dərəcəli maşinisti İddiaçı ilə bağanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində göstərilən əsasla ləğv edilmişdir. Mülki işə əlavə olunmuş Rusiya Federasiyası Surqut X7 Baş həkimi müavinin 11 deakbr 2018-ci il tarixli 6086 nömrəli məktubundan məlum olur ki, İddiaçı adında şəxs 15 oktyabr 2018-ci il tarixdən 15 noyabr 2018-ci il tarixə kimi olan müddət ərzində Kliniki Xəstəxanaya meraciət etməmiş, ona “Əmək Qabliyyətinin olmaması haqqında” vərəq verilməmiş və X4 soyadlı şəxs işləmir. Mülki işə əlavə olunmuş “xəbərnamədən” məlum olur ki, SOCAR “Qaz İxracı” İdarəsinin X10 Kəmərləri sahəsi tərəfindən İddiaçı 18 iyun 2019-cu il tarix göndərilmiş sənəd onun atası tərəfindən 24 iyun 2019-cu il tarixdə qəbul edilmişdir. Mülki işə əlavə olunmuş Beləliklə məhkəmə iclasında aydın oldu ki, İddiaçı 06 yanvar 2011-ci il tarixli, 183 saylı əmrə əsasən SOCAR «Qaz İxracı» İdarəsi X10 Kəmərləri sahəsinə nasos qurğularının 4cü dərəcəli maşinisti vəzifəsinə işə qəbul olunmuşdur. 12 oktyabr 2018-ci il tarixində 1(bir) günlük ödənişsiz məzuniyyətə getmiş, 15 oktyabr 2018-ci il tarixdə işə gəlməli olduğu halda uzun müddət işə çıxmamışdır. Ona işə çıxması ilə əlaqədar işəgötürən tərəfindən 19 oktyabr 2018-ci il, 01 noyabr 2018-ci il, 18 yanvar 2019-cu il və 05 aprel 2019-cu il tarixli məktublar göndərilmişdir. Ancaq İddiaçı işə çıxmamış, SOCAR “Qaz İxracı” İdarəsinin X10 Kəmərləri sahəsinin rəisinin 14 iyun 2019-cu il tarixli 33-K saylı əmrinə əsasən işdən çıxarılmış, onunla bağanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində göstərilən əsasla ləğv edilmişdir. Buna SOCAR “Qaz İxracı” İdarəsi Həmkarlar İttifaqı Komitəsinin Komitə İclasının 10 iyun 2019cu il tarixli, 20-1ə nömrəli qərar ilə etiraz etməmişdir. 14 iyun 2019-cu il tarixli 33-K saylı əmr 18 iyun 2019-cu il tarixdə İddiaçı göndərilmiş və onun özü Azərbaycan Respublikası ərazisində olmamasına görə 24 iyun 2019-cu il tarixdə atası tərəfindən qəbul edilmişdir. İddiaçı 18 sentyabr 2023-cü il tarixdə həmin əmrin surətini rəsmi qaydada almaqla hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, SOCAR “Qaz İxracı” İdarəsinin X10 Kəmərləri sahəsinin rəisinin 14 iyun 2019-cu il tarixli 33-K saylı əmri qanuni olmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə riayət edilməklə qəbul edilmişdir. Həmçinin İddiaçı hazırkı iddia ərizəsini qanunla müəyyən edilmiş müddəti buraxmaqla vermişdir. Ona görə də məhkəmə hesab edir ki, qeyd edilənlərə əsasən iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərdən birinin təşəbbüsüdür (maddə 68, hissə 2 “a”). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər (maddə 70 “ç”). Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır (maddə 72, bənd 2, 3). İşçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir (maddə 72, bənd “a”, “e”, “ə”). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci hissəsində qeyd edilir ki, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsindən məlum olur ki, bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, qanunvericilik əmək vəzifələrinin kobud şəkildə pozulması hallarından biri kimi işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin, təşkilatın qanuni mənafeyinə xələl gətirməsini göstərmişdir. Bu zaman müəssisənin, təşkilatın qanuni mənafeyinə xələl gətirən kobud səhvlər və hüquq pozuntuları əmək fəaliyyəti müddətində və əmək fəaliyyəti ilə bağlı olmalıdır. İşçi öz əmək fəaliyyətini iş vaxtı ərzində həyata keçirdiyi üçün və yalnız bu müddət ərzində ona əmək qanunvericiliyi şamil edildiyi üçün belə göstərmək olar ki, onun yol verdiyi kobud səhv, yaxud hüquqazidd hərəkətlər iş vaxtı ərzində baş verməlidir. İşçinin yol verdiyi kobud səhvlər və ya hüquqazidd hərəkətlər müxtəlif səbəblər və hallarla bağlı olmalıdır. Sadalanan qanunvericilik aktı normalarını və işin hallarını əsas götürən məhkəmə hesab edir ki, İddiaçı hərəkətləri əmək funksiyaları ilə əlaqədar olan öhdəlikləri yerinə yetirməməklə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Göründüyü kimi, İddiaçı nasos qurğularının 4-cü dərəcəli maşinisti vəzifəsində işlədiyi iş yerində əmək funksiyalarını yerinə yetirməməsi, işəgötürənlə bağladığı əmək müqaviləsinə əməl etməməsini məhkəmə İddiaçı əmək funksiyalarını kobud şəkildə pozması, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhv və əmək funksiyalarını yerinə yetirməməsi nəticəsində, müəssisənin iş rejimi pozulmuş və istehsalatda müəyyən çətinliklər yaranmışdır. Beləliklə, işəgötürən SOCAR «Qaz İxracı» İdarəsi X10 Kəmərləri sahə rəisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən düzgün olaraq işdən azad etmişdir və onu işdən azad edərkən həmin Məcəllənin 71 və 76-cı maddələrində nəzərdə tutulan qaydalara tam əməl etmişdir və işəgötürənin 14 iyun 2019-cu il tarixli 33-K nömrəli əmrinin ləğv edilməsi üçün işdə heç bir əsas yoxdur. Məhkəmə qeyd edilənləri yekunlaşdıraraq hesab edir ki, İddiaçı və cavabdeh SOCAR “Qaz İxracı” İdarəsi X10 Kəmərləri sahəsinə qarşı «15 oktyabr 2018-ci il tarixli əmrin ləğv edilməsi əvvəlki iş yerinə, SOCAR «Qaz İxracı» İdarəsi X10 Kəmərləri sahəsinin nasos qurğularının maşinisti vəzifəsinə bərpa olunması tələbi barədə» iddiası əsassızdır, ona görə də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq məhkəmə QƏT ETDİ: İddiaçı və cavabdeh SOCAR “Qaz İxracı” İdarəsi X10 Kəmərləri sahəsinə qarşı «15 oktyabr 2018-ci il tarixli əmrin ləğv edilməsi əvvəlki iş yerinə, SOCAR «Qaz İxracı» İdarəsi X10 Kəmərləri sahəsinin nasos qurğularının maşinisti vəzifəsinə bərpa olunması tələbi barədə» iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (ay) keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-151/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-151/2024
29.02.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver