Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-1533/2024 04.12.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızı, İddiaçı Xosamir oğlunun cavabdehlər Cavabdeh3 Abdul oğlu, Cavabdeh2 Əbdulhüseyn qızı, Cavabdeh1 qarşı “fərdi yaşayış evindən çıxarılma və cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Xosamir oğlunun cavabdehlər Cavabdeh3 Abdul oğlu, Cavabdeh2 Əbdulhüseyn qızı, Cavabdeh1 qarşı “fərdi yaşayış evindən çıxarılma və cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə 03 dekabr 2024-cü il tarixdə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsi qəbul edilməkdən imtina olunmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı Xosamir oğlu cavabdehlər Cavabdeh3 Abdul oğlu, Cavabdeh2 Əbdulhüseyn qızı, Cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Astara Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2(018)-1453/2023 saylı qərardadı ilə həmin iş üzrə icraat Astara Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(018)-637/2023 saylı qətnaməsi qanuni qüvvəsini alanadək dayandırılmışdır. İddiaçı Xosamir oğlu cavabdehlər Cavabdeh3 Abdul oğlu, Cavabdeh2 Əbdulhüseyn qızı, Cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dair 2(018)-85/2024 saylı mülki işi hal-hazırda məhkəmənin icraatındadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göründüyü kimi, hazırki iş üzrə eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin icraatında olan iş vardır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: İddiaçı Xosamir oğlunun cavabdehlər Cavabdeh3 Abdul oğlu, Cavabdeh2 Əbdulhüseyn qızı, Cavabdeh1 qarşı “fərdi yaşayış evindən çıxarılma və cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №2(018)-1533/2024
Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-1533/2024
04.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver