Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-1534/2024 24.12.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Relaks” İstirahət Mərkəzinə qarşı hava elektrik xəttinin və qaz sayğaclarının mülkiyyətində olan torpaq sahəsindən kənara çıxarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Astara şəhəri Ziya Bünyadov küçəsində yerləşən mülkiyyətində olan 60 kv.metr torpaq sahəsindən hava elektrik xəttinin və qaz sayğaclarının çıxarılması öhdəliyinin Cavabdeh “Relaks” İstirahət Mərkəzinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında sözügedən torpaq sahəsinin Astara Bələdiyyəsinin 05 oktyabr 2007-ci il tarixli 40 saylı qərarı ilə sahibkarlıq məqsədilə onun mülkiyyətinə verildiyini, torpaq sahəsində “Relaks” İstirahət Mərkəzinə məxsus hava elektrik xətti və qaz sayğacları yerləşdiyindən torpağa çıxarış ala bilmədiyini, bu səbəbdən məhkəməyə müraciət etdiyini, həmin torpaqdan sahibkarlıq məqsədilə istifadə edəcəyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, iddia ərizəsinin dəlillərini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı mübahisəyə Astara Rayon Məhkəməsində baxıla bilməz. Belə ki, Məhkəmə iş materiallarını nəzərdən keçirərək müəyyən etmişdir ki, İddiaçı cavabdehlər “Azəriqaz” İB-yə, "xxxx" ASC-yə və "xxxx" MMC-yə (Relax istirahət Mərkəzi) qarşı mülkiyyətində olan torpaq sahəsindən hava elektrik xəttinin və qaz sayğaclarının kənara çıxarılması tələbinə dair iş üzrə Astara rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(018)-134/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-403/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, İddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınmaqla fərdi sahibkar statusuna malik olduğundan, “Azəriqaz” İB, "xxxx" ASC və "xxxx" MMC hüquqi şəxslər olduğundan və mübahisələndirilən iddianın predmeti təbii inhisar subyektlərinin ümumi hüquq sahəsindəki hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələr olduğundan işə Şirvan İnzibati Məhkəməsində baxılmalı idi. Hazırda isə iddiaçı yalnız “Relaks” İstirahət Mərkəzini ("xxxx" MMC-ni) cavabdeh olaraq qoymaqla eyni iddia tələbi və eyni sübutlarla Astara rayon Məhkəməsinə müraciət etmişdir. AR İN yanında Dövlət Vergi Xidmətinin internet vergi idarəsinin elektron bazasından əldə olunmuş məlumatla müəyyən edilir ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi uçotuna alınmış və o, ********** saylı VÖEN-ə malikdir, fəaliyyət istiqaməti isə “qreypfrutun və sair sitrus meyvələrinin becərilməsi” ilə bağlıdır. Astara Bələdiyyəsinin 05 oktyabr 2007-ci il tarixli 40 saylı qərarından görünür ki, sözügedən torpaq sahəsi kommersiya mağazasının tikintisi məqsədilə iddiaçıya verilmişdir. Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd edilən qanunvericilik normalarından göründüyü kimi, məhkəmə aidiyyət məsələsini həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və xarakteri dəqiq müəyyənləşdirilməlidir. Ümumi məhkəmələr və kommersiya məhkəmələri arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və mübahisənin xarakteri, eləcə də, bu meyarların hər üçünün qarşılıqlı bağlılığı rəhbər tutulmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 nömrəli Qərarında qeyd edilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir (13-cü bənd). Həmçinin, həmin Qərarda kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər) mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya məhkəmələrində baxılması qeyd edilmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı mülki işə baxılması ümumi yurisdiksiyalı məhkəmənin aidiyyətində olmadığından, iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 26, 31, 263-264 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh “Relaks” İstirahət Mərkəzinə qarşı hava elektrik xəttinin və qaz sayğaclarının mülkiyyətində olan torpaq sahəsindən kənara çıxarılması tələbinə dair iddiası üzrə mülki iş baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №2(018)-1534/2024
Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-1534/2024
24.12.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver