Məhkəmə qərarları › İş №2(018)-156/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-156/2025

23.01.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-156/2025 23.01.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X18 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadəyə qadağanın aradan qaldırılması və mənzilə köçürmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Astara şəhəri, S.Vurğun küçəsi, 10, mənzil 19 nömrəli mənzilə köçürülməsi və həmin mənzildən istifadə etməsinə Cavabdeh və qeyriləri tərəfindən göstərilən maneələrin aradan qaldırılması, həmçinin ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, xx.xx.2020-ci il tarixdə Xətai rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmışdır. Cəzasını çəkdikdən sonra qeydiyyatda olduğu ünvana gəlmiş, lakin cavabdeh onun həmin ünvanda yaşamasına mane olmuşdur. Odur ki, iddiasının təmin olunmasını xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1975-ci ildə Astara şəhərində anadan olmuşdur. Ailənin bərabər hüquqlu üzvü kimi ümumi təsərrüfat idarə etməklə valideynlərilə birlikdə Astara şəhəri, Səməd Vurğun küçəsi 10, mənzil 19-da yerləşən üç otaqdan ibarət mənzildə birlikdə yaşamışdır. Valideynləri vəfat etmişlər, özü isə 2020-ci il tarixdə 4 il 6 ay müddətə həbs edilmişdir. Həbsdə çıxdıqdan sonra vəfat etmiş qardaşının arvadı Cavabdeh uzun illər ailənin üzvü kimi yaşadığı mənzili kirayə vermiş, onu isə qeydiyyatda olduğu mərhum atasına məxsus mənzilə buraxmamışdır. Yaşamağa başqa yeri olmadığı üçün küçədə yaşayır. Onun Astara şəhəri, S.Vurğun küçəsi, 10, mənzil 19 nömrəli mənzilə köçürülməsi və onun həmin mənzildən istifadə etməsinə Cavabdeh və qeyriləri tərəfindən göstərilən maneələrin aradan qaldırılması, həmçinin ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, mənzil onun şəxsi mülkiyyətindədir. X4 övladı İddiaçı öz adına olan digər bir mənzili bağışlamışdır. X1 vəfat etdikdən sonra qanuna uyğun olaraq qeyd olunan mənzili öz adına rəsmiləşdirmişdir. Həmin mənzilin X5 verilməsinə dair orderdə iddiaçının adı yoxdur. Bundan başqa İddiaçı atası tərəfindən verilmiş başqa bir evi o, satmışdır. Odur ki, iddia əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyərək, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialında olan Astara rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2008-ci il tarixli 48 saylı sərəncamı əsasında verilmiş xx.xx.2008-ci il tarixli Astara rayon İcra Hakimiyyətinin 419 saylı orderindən görünür ki, X5, arvadı- X16, oğlu- X10, gəlini- Cavabdeh, nəvəsi - X14, nəvəsi- X11 ünvan 1 ünvanında yerləşən 46.2 m2 sahəsi olan 03 otaqlı mənzil sahəsini tutmaq hüququ verilmişdir. İş materialında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış sənədinin surətindən görünür ki, Astara şəhəri S.Vurğun küçəsi ev 10, mənzil 19 ünvanında yerləşən 74 m2 sahəsi olan əmlak Cavabdeh xüsusi mülkiyyətindədir. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Reyest Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********51-0510101-093021 reyestr nömrəli texniki pasportdan görünür ki, Cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış sənədinin əsasında Astara şəhəri S.Vurğun küçəsi ev 10, mənzil 19 ünvanında yerləşən əmlak üçün texniki pasport verilmişdir. İş materialında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞL-01368 nömrəli arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. İş materialında olan xx.xx.2019-cu il tarixli 8İ-6779 reyestr nömrəli vəsiyyətnamə sənədinin surətindən görünür ki, Astara şəhəri S.Vurğun küçəsi ev 10, mənzil 19 ünvanında qeydiyyatda olan X2 Elşən Məmməd oğlunun və X12 şahidliyi ilə ölən günədək ona məxsus olan harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını o cümlədən bütün hüquqlarını Astara şəhəri S.Vurğun küçəsi ev 10, mənzil 19 ünvanında qeydiyyatda olan oğlu İddiaçı vəsiyyət etmişdir. İş materialında olan Astara RİHB-nın Astara şəhər İƏDÜN-nin xx.xx.2020-ci il tarixli 392 saylı arayışından görünür ki, X6 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, onu onunla bir təsərrüfatda yaşayan oğlu İddiaçı götürüb dəfn etmişdir. İş materialında olan Azərbaycan Respublikası Astara rayonu Mənzil Kommunal Tikinti X3 MMC-nin xx.xx.2024-cü il tarixli 73 saylı arayışından görünür ki, İddiaçı Astara şəhəri Nuru Paşa küçəsi (X24 küçəsi), ev 10, mənzil 19 ünvanında pasport qeydiyyatındadır. İş materialında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən Astara şəhəri S.Vurğun küçəsi ev 10, mənzil 19 ünvanında qeydiyyatdadır. İş materialında olan AA6551343 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdə anadan olmuşdur. İş materialında olan mədaxil qəbzlərindən görünür ki, İddiaçı iddia verilməsi üçün və mediasiya sessiyasında iştirak üçün 100 (yüz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmədə müəyyən olunmuşdur ki, Astara rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2008-ci il tarixli 48 saylı sərəncamı əsasında verilmiş xx.xx.2008-ci il tarixli Astara rayon İcra Hakimiyyətinin 419 saylı orderindən görünür ki, X5, arvadı- X16, oğlu- X10, gəlini- Cavabdeh, nəvəsi - X14, nəvəsi- X11 ünvan 1 ünvanında yerləşən 46.2 m2 sahəsi olan 03 otaqlı mənzil sahəsini tutmaq hüququ verilmişdir, xx.xx.2019-cu il tarixli 8İ-6779 reyestr nömrəli vəsiyyətnamədə X6 ona məxsus olan, harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını, o cümlədən bütün hüquqlarını Astara şəhəri S.Vurğun küçəsi ev 10, mənzil 19 ünvanında qeydiyyatda olan oğlu İddiaçı vəsiyyət etdiyini ifadə etmiş, lakin Astara şəhəri S.Vurğun küçəsi ev 10, mənzil 19 ünvanında yerləşən mənzil sahəsini tutmaq hüququnun verilməsi barədə xx.xx.2008-ci il tarixli Astara rayon İcra Hakimiyyətinin 419 saylı orderində ailə tərkibində İddiaçı adı qeyd edilməmiş, yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı xx.xx.2024-cü il tarixli arayışa əsasən İddiaçı həmin ünvanda xx.xx.2024-cü il tarixdən qeydiyyatda olduğu göstərilmişdir. Eləcə də, Astara şəhəri S.Vurğun küçəsi ev 10, mənzil 19 ünvanında yerləşən əmlak X4 xüsusi mülkiyyətində olmamış, həmin əmlaka xx.xx.2021-ci il tarixdə Cavabdeh xüsusi mülkiyyət hüququ ilə malik olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə iddia tələbini rədd edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.4 və 228.5-ci maddəsinə müdddəalarına görə, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmədə iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. İşin qeyd edilən halları və qanunvericiliyin müddəalarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı mənzildən istifadəyə qadağanın aradan qaldırılması və mənzilə köçürmə tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı mənzildən istifadəyə qadağanın aradan qaldırılması və mənzilə köçürmə tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar