Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1646/2025 26.11.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həsənzadə Rəfiqə Azər qızının katibliyi, Ərizəçinın iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə «şəxsin qohumluq münasibətlərinin müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə «şəxsin qohumluq münasibətlərinin müəyyən edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, 01 mart 1936-cı il tarixdə anadan olmuş xx.xx.2013-cü il tarixdə ölmüş X4 və 01 yanvar 1938-ci il tarixdə anadan olmuş və xx.xx.2021-ci il tarixdə ölmüş X10 anası 20 iyul 2005-ci il tarixdə vəfat etmiş X15 olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, mərhum X15 anasının doğma anasıdır. O, 20 iyul 2005-ci il tarixdə vəfat etmişdir. Həmçinin xx.xx.1936-cü il tarixdə anadan olmuş X13 anası və xx.xx.1938-ci il təvəllüdlü X17 isə onun doğma xalasıdır. X21 xx.xx.2023-cü il tarixdə və xalası Yusra Əhmədova isə xx.xx.2021-ci il tarixdə vəfat etmişlər. Xalası Yusranın və anası Kifayətin atası X14, nənəsi isə X11r. Məhrum nənəsi X5 mülkiyyətinə 1511,4 kvadratmetr həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi miras qalmışdır. Məhrum nənəsi X5 qalmış mirası qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə almaqdan ötrü Astara rayon Notariat ofisinə ərizə ilə müraciət etmişdir. X1 mərhum X15 ilə qohumluq münasibətini sübut edən sənəd təqdim edə bilmədiyi üçün Astara rayon Notariat ofisi 10 sentyabr 2025-ci il tarixli 223 nömrəli məktubları ilə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Tövsiyə olunmuşdur ki, X15 ilə X4 qohumluq faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi məqsədə müvafiqdir. Ərizəyə əlavə etdiyi Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 316/5-8-46/2025 saylı məktublarından görünür ki, 1938-ci il təvəllüdlü X7 və 1936-ci il təvəllüdlü X6 doğumu barəsində Maraqlı şəxs arxivində akt qeydi aşkar edilməmişdir. Beləliklə doğum akt qeydlərini başqa qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib ərizəsində göstərdikləri xüsusatları təsdiq edərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs məhkəməyə məktub göndərərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəyə məhkəmə iclasına gəlməmiş maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şahid1 ərizəçinin qonşusu olduğunu qeyd edərək, ərizəçinin mərhum X4 oğlu olduğunu, mərhum X13 ilə X7 bacı olduqlarını, analarının isə X15 olduğunu bildirmişdir. Məhkəmə iclasında Şahid2 mərhum X13 və X7 onun əmisi qızları olduğunu, atalarının mərhum əmisi X14, analarının isə mərhum əmisi arvadı X15 olduğunu bildirmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Astara rayonu, Siyaku kəndində qeydiyyatdadır. İş materiallarında olan Astara rayon İHB-nin Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli, 697 saylı arayışdan görünür ki, həqiqətən də, Ərizəçi Astara rayonu, Siyaku kəndində yaşayır. İş materiallarında olan Maraqlı şəxsndən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X15 20 iyul 2005-ci ildə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxsndən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X17 28 iyun 2021-ci ildə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxsndən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X13 12 iyun 2023-cü ildə ölmüşdür. İş materiallarında olan Ərizəçi ünvanlanmış Maraqlı şəxs 10 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1938-ci il təvəllüdlü X10 doğumu barəsində Maraqlı şəxs arxivində akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Ərizəçi ünvanlanmış Maraqlı şəxs 10 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1936-cı il təvəllüdlü X4 doğumu barəsində Maraqlı şəxs arxivində akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Ərizəçi ünvanlanmış Astara rayon Notariat Ofisinin 10 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2005-ci il tarixdə vəfat etmiş X5 miras qalmış əmlaka dair Ərizəçi irsi transmissiya qaydasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün sonuncu ilə Kifayət Əhmədovanın qohumluq münasibətlərini sübut edən sənəd təqdim edilmədiyindən, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarında olan Astara Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(018)- 1284/2021 saylı qətnaməsindən görünür ki, ərizəçi X4 1938-ci ildə anadan olmuş, 28 iyun 2021-ci il tarixdə ölmüş X10 bacısı olması faktının müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Astara Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, 2(018)- 1586/2021 saylı qətnaməsindən görünür ki, X5 miras qalmış, Astara rayon Aqrar İslahat Komissiyasının 13 avqust 1998-ci il tarixli, 23 nömrəli qərarı ilə onun mülkiyyətinə verilmiş, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin “Torpaq sahəsinin planı və ölçüsü”-də qeyd edilən, Astara rayonu, Siyakü kəndində yerləşən 1511.4 kvadrat metr həyətyanı torpaq sahəsini ərizəçi X13 tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş İV-ЖГ 406232 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Ərizəçi Astara rayonu, Siyəkü kəndində doğulmuşdur. X2, anası X8r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Məhkəmə iş materialarını araşdıraraq müəyyən edir ki, Ərizəçi anası X8r. Ərizəçi anası X4 və xalası X10 X9 doğma qızları olması faktının müəyyən edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Ərizəçi X4 1-ci dərəcəli vərəsəsi olduğundan belə bir ərizə ilə məhkəməyə müraciət etmək hüququ müəyyən olunur. X9 X4 və X10 anası olmasına dair qohumluq münasibətinin müəyyən edilməsi ərizəçiyə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün lazım olmaqla hüquqi nəticə doğuracağından, ərizəçi isə, qohumluq münasibətini təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Həmçinin, məhkəmə iş materialarını araşdıraraq hesab edir ki, X9 X4 və X10 anası olmasına dair qohumluq münasibəti tam sübuta yetirilir. Belə ki, Astara rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(018)-1284/2021 saylı və 30 dekabr 2021-ci il tarixli, 2(018)-1586/2021 saylı qətnamələri ilə müvafiq olaraq X4 1938-ci ildə anadan olmuş, 28 iyun 2021-ci il tarixdə ölmüş X10 bacısı olması faktı və X5 miras qalmış əmlakın ərizəçi X13 tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilmişdir. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən isə başqa məhkəmə prosesində mübahisələndirilmədiyindən və yenidən sübut edilmədiyindən məhkəmə hesab edir ki, X9 X4 və X10 anası olmasına dair qohumluq münasibəti sözügedən qətnamələr və şahid ifadələri ilə tam təsdiqini tapır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 20 iyul 2005-ci il tarixdə vəfat etmiş X9 xx.xx.2023-cü il tarixdə ölmüş X4 və xx.xx.2021-ci il tarixdə ölmüş X10 anası olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №2(018)-1646/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1646/2025
26.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver