Məhkəmə qərarları › İş №2(018)-170/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-170/2025

26.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-170/2025 26.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı Pəncəli qızının və Cavabdeh iştirakları ilə İddiaçı Pəncəli qızının Cavabdeh qarşı mənzilə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Pəncəli qızı iddia ərizəsi ilə məhkəməyə müraçiət edərək, Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinə onun 25 oktyabr 2012-ci il təvəllüdlü X3 və 07 iyul 2014-cü il təvəllüdlü X1 ilə birlikdə köçürülmələri və həmin evdən istifadə etmələrinə Cavabdeh və qeyriləri tərəfindən göstərilən maneələrin aradan qaldırılması, habelə ödənilmiş 205 (iki yüz beş) manat rüsumun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə iş üzrə İddiaçı Pəncəli qızı iddiasını müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiacı İddiaçı Pəncəli qızı iddia ərizəsində göstərmişdir ki, o, 01 noyabr 2011-ci il tarixdə Cavabdeh ilə rəsmi nikah munasibətinə girməklə ailə qurmuş və onun valideynlərinə məxsus Astara rayonu, Sım kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Nikahlarını isə 14 may 2012-ci il tarixdə rəsmləşdirmişlər. Bu münasibətdən onların 25 oktyabr 2012-ci il təvəllüdlü Əfraim və 07 iyul 2014-cü il təvəllüdlü Ənvər adlı iki uşaqları doğulmuşdur. Bir müddət yaşadıqdan sonra Astara rayonun Kijəbə qəsəbəsində özlərinə fərdi yaşayış evi tikdirərək cavabdehlə birlikdə ora köçmüşlər. Cavabdehlə ər-arvad münasibətləri pisləşmiş və nikahları məhkəmə qaydasında pozulmuşdur. Uşaqlar onun himayəsindədir. Uzun illər ailənin üzvü kimi yaşadığı evdən uşaqları ilə birlikdə qovulduğu üçün və yaşamağa başqa yeri olmadığından məcbur qalıb qardaşının himayəsinə sığınmışdır. Mübahisəli fərdi yaşayış evinə dair sənədlər cavabdehdə olduğu üçün həmin sənədi məhkəməyə təqdim edə bilmir. Onun da mübahisəli olan evdən istifadə hüququ vardır. Mübahisəli evin inşa edilməsində zəhməti vardır, həmçinin onun yaşayış yeri olmuşdur. Cavabdehin onu və birgə nikahdan doğulmuş uşaqları həmin evdə yaşamaqdan məhrum etmək səlahiyyəti yoxdur və onun hüququna bu cür müdaxilə qanunsuzdur. Onun qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ vardır. Cavabdeh tərəflər adı çəkilən evə onlardan üstün hüququna malik deyildir. Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinə onun 25 oktyabr 2012-ci il təvəllüdlü X3 və 07 iyul 2014-cü il təvəllüdlü X1 ilə birlikdə köçürülmələri və həmin evdən istifadə etmələrinə, Cavabdeh və qeyriləri tərəfindən göstərilən maneələrin aradan qaldırılması, habelə ödənilmiş 205 (iki yüz beş) manat rüsumun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə iş üzrə Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, düzdür həmin evi birgə nikah dövründə tikmişlər.İddiaçı Pəncəli qızı özbaşına evdən çıxıb getmişdir, onu heç kim məcburi evdən çıxarmamışdır. Onun həmin evə dair heç bir hüququ yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə İddiaçı Pəncəli qızını və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli MŞL-01397 saylı “İlkin mediasia sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, İddiaçı Pəncəli qızı və Cavabdeh mediasiya prosesində iştirak etmiş, lakin barışıq əldə edilməmişdir. İş materiallarında olan AZ-İİİ 328896 seriya və nömrəli doğum haqqında şəhadətnamə sənədinin surətindən görünür ki, X1 xx.xx.2014-cü ildə andan olmuş, atası- Cavabdeh, anası- İddiaçı Pəncəli qızı qeyd olmuşdur İş materiallarında olan AZ-İİ 983225 seriya və nömrəli doğum haqqında şəhadətnamə sənədinin surətindən görünür ki, X3 xx.xx.2012-ci ildə andan olmuş, atası- Cavabdeh, anası- İddiaçı Pəncəli qızı qeyd olmuşdur İş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Pəncəli qızı xx.xx.1985-ci ildə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Pəncəli qızı tərəfindən mediasiya sessiyasında iştirak üçün 205 (iki yüz beş) manat rüsum ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ bəndinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində təsbit olunmuşdur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Qeyd olunan mübahisə ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququna nəzər yetirmək lazımdır. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci maddəsinə müvafiq olaraq iddiaçı qeyd olunan mənzildə yaşamaq hüququ barədə əsaslı və “qanuni gözləntiyə” malik olduğu üçün onun bu marağı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “mülkiyyət” anlayışına daxildir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Gənciyeva X2 rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinə iki azyaşlı övladları ilə birlikdə köçürülməli, Cavabdeh mediasiya üçün ödənilmiş 205 (iki yüz beş) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı Pəncəli qızına verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Gənciyeva X2 rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinə iki azyaşlı övladları ilə birlikdə köçürülsün. Cavabdeh mediasiya üçün ödənilmiş 205 (iki yüz beş) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı Pəncəli qızına verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1(bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar