Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-172/2024 19.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil2, cavabdehlər X1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı «Azyaşlı uşaqları ilə birlikdə mənzilə köçürülmə tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı «Azyaşlı uşaqları ilə birlikdə mənzilə köçürülmə tələbinə dair» iddia ərizəsi ilə iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X7 ilə birgə nikahdan doğulmuş uşaqları 20 avqust 2011-ci il təvəllüdlü X4 və 07 iyun 2013-cü il təvəllüdlü X5 ilə birlikdə Astara rayonu Maşxan kəndində yerləşən qaynanası Cavabdeh2n sahibliyində olan 2 mərtəbəli yataqxana tipli evin, 2 otaqlı mənzilinə köcürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib izahat verərək bildirdi ki, o, cavabdeh X7 ilə 2010-cu il tarixdə faktiki nikah münasibətlərinə daxil olub evlənmişlər. Bu münasibətlərindən 20 avqust 2011-ci il təvəllüdlü X4 və 07 iyun 2013-cü il təvəllüdlü X5 adlı iki uşaqları anadan olmuşdur. Nikahlarını isə 12 yanvar 2012-ci il tarixdə rəsmiləşdirmişlər. Onlar evləndikdən sonra cavabdeh X1 atası Fəraim Məmmədovun atasına məxsus olan Astara rayonu Maşxan kəndində yerləşən fərdi yaşayış evində yaşamış olsalarda, sonra Astara rayonu Maşxan kəndində yerləşən qaynanası Cavabdeh2n sahibliyində olan 2 mərtəbəli yataqxana tipli evin, 2 otaqlı mənzildə yaşamışlar. Cehiz əşyaları da həmin mənzildədir. Ancaq son vaxtlar aralarında baş vermiş narazılıqlardan sonra ayrılmışlar. Cavabdeh X7 və Cavabdeh2 onu uşaqları ilə birlikdə evdən çıxartmışlar. Onun isə başqa yerdə yaşamağa imkanı yoxdur. O, məcbur olub, öz valideyinlərinə məxsus olan evdə yaşayır. Hazırda başqa bir yerdə yaşamağa yeri olmadığından o, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etmədi, verdiyi izahatında isə bildirdi ki, İddiaçı onun oğlu X7 ilə evləndikdən sonra əri X3 mülkiyyətində olan evdə yaşamışlar. Aralarındakı münasibətlər pozulduğundan ayrılmışlar. İddiaçı öz istəyi ilə atası evinə getmişdir. Onların bir yerdə yaşamları mümkün deyildir. İddiaçı əri X3 mülkiyyətində olan evdə yaşamaq hüququ yoxdur. Onun sahibliyində isə Astara rayonu Maşxan kəndində 2 mərtəbəli yataqxana tipli evin, 2 otaqlı mənzil yoxdur. Ona görə də, o, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh X7 da Cavabdeh2 ilə eyni məzmunlu izahat verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etdi. Mülki iş üzrə əlavə cavabdeh X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsi səbəbi barədə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və Astara RİHB-nın Astara rayonu Kijəbə qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx xxxxxxxx 1985-ci il tarixdə anadan olmuş və Astara rayonu Kijəbə qəsəbəsində yaşayır. Mülki işə əlavə edilmiş Astara RİHB-nın Astara rayonu Təngərüd kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 22 fevral 2023-cü il tarixə kimi Astara rayonu Maşxan kəndində, Çay fabriki ərazisində yerləşən 2 mərtəbəli yataqxana tipli evin, 2 otaqlı mənzildə yaşamışdır. Mülki işə əlavə edilmiş Astara RİHB-nın Astara rayonu Kijəbə qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı boşandıqdan sonra atasına məxsus ooan evdə yaşyır. Mülki işə əlavə edilmiş Astara RİHB-nın Astara rayonu Təngərüd kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, cavabdeh X1 atası X6 məxsus Astara rayonu Maşxan kəndində fərdi yaşayış evi vardır. Astara rayonu Maşxan kəndində 2 mərtəbəli yataqxana tipli evin, 2 otaqlı mənzilin kimə məxsus olması müəyyən edilməmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikasının İN yanında ƏMDX DƏDK və reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran ərazi idarəsi tərəfindən verilmiş 26 fevral 2024-cü il tarixli, məktubdan görünür ki, X1 və Cavabdeh2 mülkiyyətində yaşayış sahəsi (fərdi ev və mənzil) aşkar olunmamışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikasının İN yanında ƏMDX DƏDK və reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran ərazi idarəsi tərəfindən verilmiş 01 aprel 2024-cü il tarixli, məktubdan və məktuba əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********67-10301, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 26 may 2023-cü il olan çıxarışdan məlum olur ki, görünür ki, əlavə cavabdeh X3 mülkiyyətində Astara rayonu Maşxan kəndində ümumi sahəsi 96,9 kvadrat metr olan fərdi yaşayış evi vardır. Mülki işə əlavə edilmiş Bakı şəhəri Yasamal rayonu 52 saylı tam orta məktəbinin 25 yanvar 2024-cü il tarixli arayışlarından məlum olur ki, 20 avqust 2011-ci il təvəllüdlü X4 və 07 iyun 2013-cü il təvəllüdlü X5 22 fevral 2022-ci il tarixə kimi qeyd edilən məktəbdə təhsil almışlar. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı köcmək istədiyi, Cavabdeh2 sahibliyində olmasını iddia etdiyi Astara rayonu Maşxan kəndində 2 mərtəbəli yataqxana tipli evin, 2 otaqlı mənzil mövcud deyildir. Cavabdeh X1 atası, əlavə cavabdeh X3 mülkiyyətində isə Astara rayonu Maşxan kəndində ümumi sahəsi 96,9 kvadrat metr olan fərdi yaşayış evi vardır. İddiaçı isə onunla həmin evdə yaşamasına dair hər hansı notarial qaydada müqavilə bağlamamışdır. İddiaçı isə uşaqları ilə birlikdə Astara rayonu Maşxan kəndində yerləşən 2 mərtəbəli yataqxana tipli evin, 2 otaqlı mənzilinə köcmək istəyir. Qeyd edilən mənzilin mövcud olması və kimə məxsus olması məlum deyildir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı həmin evə köçürülə bilməz. Məhkəmə iddia tələbini rədd edərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 1.Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
2. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
3. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.
4. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
5. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
6. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutların məcmusuna və iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda qeyd olunan qanun normalarının tələblərinə uyğun obyektiv və qərəzsiz qiymət verib belə nəticəyə gəlir ki, İddiaçı mənzilə köçürülməsi ilə bağlı iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı «Azyaşlı uşaqları ilə birlikdə mənzilə köçürülmə tələbinə dair» iddiası əsassız olmasına görə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Mübariz Məmmədov.