Məhkəmə qərarları › İş №2(018)-178/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-178/2025

17.03.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-178/2025 17.03.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X4 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı nümayəndəsi Vəkil Cavabdeh qarşı «evdən istifadə hüququna xitam verilməsi tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı “evdən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh təmsil İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 10 saylı binanın 19-cu mənzilində olan 3 otaqlı yaşayış mənzilində istifadə hüququna xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsində qeyd olunanları təsdiq edərək iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizisini onunla əsaslandırmışdır ki, təmsil etdiyi şəxs İddiaçı ünvan 2 ünvanında mülkiyyətində 3 otaqlı, ümumi sahəsi 74 kv/m, yaşayış sahəsi 47,9 kv/m olan yaşayış evi vardır. O, hərbi hissədə işlədiyi üçün xidməti işi ilə əlaqədar olaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, N nömrəli hərbi hissədə yaşayır. Həmin evə o, 19 aprel 2021 ci il tarixdə ********** saylı Çıxarış almışdır. Həmin ev tam mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh Astara şəhəri, S.Vurğun küçəsi 5 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişinin, 1-ci mərtəbəsində, 74.7 kv/m ümumi sahəsi, 51.7 kv/m yaşayış sahəsindən ibarət 4 otaqlı 27 nömrəli mənzil tam mülkiyyət hüququ ilə ona məxsusdur. Ona həmin mənzilə xx.xx.2008-ci il tarixdə ********* nömrəli çıxarış verilmişdir. Cavabdeh arvadı və iki oğlu ilə birlikdə həmin mənzildə yaşamışdır. 12 avqust 2008-ci il tarixdə Elnur Mrzəyev arvadı Əsmər Mirzəyevanın razılığı ilə onların mülkiyyətində olan evi 28000 (iyirmi səkkiz) minə X1. Həmin ildən də o və onun ailə üzvləri Astara şəhəri S.Vurğun küçəsi ev10.mənzil 19da yaşamır. Onun həmin evə necə qeydiyyata alındığı ona məlum deyildir, onun qeydiyyatı formal xarakter daşıyır, onun həmin evdə heç bir istifadə hüququ yoxdur. Təmsil etdiyi şəxs Cavabdeh öz evindən qeydiyyatdan çıxarmaq istəsə də, Astara rayon PŞ-nin qeydiyyat şöbəsi ondan qanunauyğun olaraq istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsi istəyir. Cavabdeh təmsil etdiyi şəxsin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 10 saylı binanın 19-cu mənzilində olan 3 otaqlı yaşayış mənzilində istifadə hüququna xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə iclasında iştirak edən zaman Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, qeyd olunan ev atasının mülkiyyətində olub və onun yeganə vərəsəsidir. Buna görə də həmin ev onun mülkiyyətində olmalıdır. İddiaçı həmin evdən istifadə hüququ verilmiş, o da bundan qanunsuz olaraq istifadə etmiş və həmin evi öz adına rəsmiləşdirmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, iş materiallarında olan hüquqların dövlər qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 74 m2 olan əmlak İddiaçı xüsusi mülkiyyətindədir. İş materialında olan Astara şəhər notariat kontorunun 42-02-284 nömrəli xx.xx.2008-ci il tarixli işindən görünür ki, Cavabdeh ona məxsus Astara şəhəri, Səməd Vurğun küçəsində istifadədə olan 0,0836 ha torpaq sahsində yerləşən, 5 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində 1-ci mərtəbəsində 74,7 m2 , ümumi 51,7 m2 yaşayış sahəsindən ibarət 27 nömrəli mənzili X1. İş materialında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, N nömrəli Hərbi Hissədə qeydiyyatdadır. İş materialında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 7E-16716 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı etibarnamədə qeyd edilən hüquqların həyata keçirilməsini 02 il müddətə Vəkil etibar etmişdir. İş materiallarında olan ******* nömrəli vəkil orderindən görünür ki, Vəkil İddiaçı hüquqi yardım göstərir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət edilməsi üçün 100 (yüz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, mənzilə və ya fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə mübahisələrə hüquqi qiymət verilərkən başlıca olaraq aşağıdakı əsas üç meyar tədqiq edilməlidir: 1) mübahisə obyektinin (yaşayış sahəsinin) hüquqi statusu; 2) İddiaçı Cavabdeh yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbində haqlıdırmı; 3) Cavabdeh mübahisə predmeti olan yaşayış sahəsində istifadə hüququ vardırmı. Məhkəmə yuxarıda göstərilən hallar üzrə gəlinəcək nəticənin anlaşılan olmasının təmin edilməsindən ötrü hesab edir ki, birinci hal üzrə ayrıca hüquqi dəyərləndirmə aparmalı, ikinci və üçüncü hallar bir-biri ilə əlaqəli olduğundan bu hallar üzrə isə iddiaçı və cavabdehin işin halları barədə izahatları, tərəflərin təqdim etdikləri sübutlar birlikdə əlaqəli şəkildə tədqiq edilərək hüquqi dəyərləndirmə aparılmalı və vahid yekun hüquqi nəticəyə gəlinməlidir. Çünki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 saylı qərarının 5-ci bəndində qeyd edilir ki, “Məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir.” Birinci hal (mübahisə obyektinin (yaşayış sahəsinin) hüquqi statusu) üzrə: Məhkəmə iclası zamanı müəyyən edildi ki, mübahisə predmeti olan fərdi yaşayış evi 1xx.xx.2021-ci il tarixdən xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyatdan keçməklə hazırda tam olaraq onun mülkiyyətindədir. İkinci və üçüncü hallar (İddiaçı Cavabdeh yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbində haqlıdırmı və Cavabdeh mübahisə predmeti olan yaşayış sahəsində istifadə hüququ vardırmı) üzrə; Məhkəmə iclası zamanı müəyyən edildi ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 152.3-cü maddəsinə görə, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məhkəmə iddiaçının cavabdehə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri və əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Mülki qanunvericilikdə tərəflər arasında razılaşma olmadan yaşayış binasının tərkib hissəsindən istifadə hüququ yaranmış şəxsin istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi nəzərdə tutulmamışdır. İddiaçı tərəfindən cavabdehə qarşı qoyulmuş tələbdən isə görünür ki, İddiaçı Cavabdeh yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini tələb etsə də, cavabdehə hər-hansı bir məbləğdə kompensasiya ödəməsini göstərməmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş subutların məcmusuna və iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda qeyd olunan qanun normalarının tələblərinə uyğun obyektiv və qərəzsiz qiymət verib belə nəticəyə gəlir ki, İddiaçı nümayəndəsi Vəkil Cavabdeh qarşı «evdən istifadə hüququna xitam verilməsi tələbinə» dair iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı nümayəndəsi Vəkil Cavabdeh qarşı «evdən istifadə hüququna xitam verilməsi tələbinə» dair iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar