Məhkəmə qərarları › İş №2(018)-1791/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1791/2025

26.01.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1791/2025 26.01.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı3 (eyni zamanda İddiaçı2 nümayəndəsi) iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və X4 qarşı «ümumi mülkiyyətdə olan həyətyanı torpaq sahəsindən payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və X4 qarşı «ümumi mülkiyyətdə olan həyətyanı torpaq sahəsindən payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonu, Bala Şahağacı kəndi ərazisində yerləşən ümumi mülkiyyətdə olan 0.13 ha həyətyanı torpaq sahəsindən hüquq sahibləri İddiaçı1, X6, İddiaçı2, İddiaçı3, X2 və Cavabdeh1 ayrı-ayrılıqda paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ümumi mülkiyyətlərində olan 0.13 hektar həyətyanı torpaq sahəsi varlarıdır. Hansı ki, hüquq sahibləri İddiaçı1, X9, İddiaçı2, X3, X2 və Cavabdeh1 soyadı, adı və ata adı qeyd edilməklə onlara mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Paylı mülkiyyətdə olan torpaq sahəsindən mülkiyyətçilər arasında payların müəyyən edilməsi zərurəti yaranmışdır. Belə ki, X2 və Cavabdeh1 ümumi torpaq sahəsində payların ayrılması üsülu və şərti ilə razılaşmırlar. Odur ki məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında İddiaçı1 iddia ərizsəinə uyğun izahat verərək, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı3, eyni zamanda İddiaçı2 nümayəndəsi iddia ərizsəinə uyğun izahat verərək, iddianın təmin edilməsini, mübahisəli torpaq sahəsi üzərində paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və X5 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materialında olan Astara RİHB-nın Kakalos kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli, 381 nömrəli arayışdan görünür ki, İddiaçı1 Astara rayonu Bala Şahağac kəndində yaşayır. İş materialında olan Astara RİHB-nın Kakalos kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli, 393/1 nömrəli arayışından görünür ki, İddiaçı3 Astara rayonu Bala Şahağac kəndində yaşayır. İş materialında olan Astara RİHB-nın Kakalos kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli, 393 nömrəli arayışından görünür ki, İddiaçı2 Astara rayonu Bala Şahağac kəndində qeydiyyatdadır, hal-hazırda Rusia Federasiyasında yaşayır. İş materialında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Astara rayonu Bala Şahağac kəndi 0.13 hektar torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 441.10 kvadratmetr olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında İddiaçı1, X6, İddiaçı2, İddiaçı3, X2 və Cavabdeh1 mülkiyyətindədir. İş materialında olan “JN-001A, KOD 80104038 nömrəli” Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının qərarı ilə 0,13 ha torpaq sahəsi ailə üzvləri X12, İddiaçı2, İddiaçı3, X5 və Cavabdeh1 olmaqla İddiaçı1 mülkiyyətinə verilmişdir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçı, yəni ümumi mülkiyyətin birgə mülkiyyətçisi paylarının müəyyən edilməsini istəyir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Həmin Məcəllənin 238.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə paylar bərabər sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində cöstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. İşin qeyd olunan hallarını və maddi hüquq normalarını əsas götürən məhkəmə hesab edir ki, iddia tələbi payın müəyyən edilməsi ilə bağlıdır və təmin edilməlidir. Belə ki, qanunvericiliyə əsasən ümumi mülkiyyətdə olan əşyanın ideal və real bölgüləri mümkündür. İdeal bölgü əşyanın fiziki cəhətdən bölünmədən əşya üzərində mülkiyyət hüququnda payların müəyyən edilməsini, real bölgü isə əşyanın fiziki cəhətdən mülkiyyətçilər arasında ideal paylarına müvafiq olaraq faktiki bölünməsini nəzərdə tutur. İdeal bölgüdən fərqli olaraq, real bölgüdə hər bir mülkiyyətçi (və ya ayrılan mülkiyyətçi) öz hissəsi üzərində tam mülkiyyət hüququna malik olmaqla, fərdi mülkiyyətçi halına gəlir. Paylı mülkiyyətdə olan əşyanın real bölgüsündən əvvəl bütün mülkiyyətçilərin mənafelərini nəzərə almaqla ideal bölgüsü həyata keçirilməlidir. İş materiallarından da göründüyü kimi, torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş ilə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Astara rayonu Bala Şahağac kəndi ev 0 (yeni qaydalarla: Astara rayonu Bala Şahağac kəndi, X17 küçəsi, giriş 4) ünvanında yerləşən 0,13 ha torpaq sahəsi iddiaçılar və cavabdehlərin ümumi mülkiyyətinə verilmiş, bu zaman hər birinin adları qeyd edilsədə paylar müəyyən edilməmişdir. Qanunvericiliyə əsasən isə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə paylar bərabər sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Astara rayonu Bala Şahağac kəndi ev 0 (yeni qaydalarla: Astara rayonu Bala Şahağac kəndi, X17 küçəsi, giriş 4) ünvanında yerləşən 0,13 ha torpaq sahəsi üzərində həmin torpaq sahəsinin ümumi paylı mülkiyyətçləri – İddiaçı1 payı 1/6 hissə, mərhum X6 payı 1/6 hissə, İddiaçı2 payı 1/6 hissə, İddiaçı3 payı 1/6 hissə, X1 payı 1/6 hissə, Cavabdeh1 Mikayıl qızının payı 1/6 hissə olmaqla müəyyən edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 may 2014-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə DƏDRX üçün Çıxarışın verilməsi vəzifəsini yaratmadan payların dövlət reyestrində qeydə alınması üçün əsas sayılacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrində iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı1 aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Astara rayonu Bala Şahağac kəndi ev 0 (yeni qaydalarla: Astara rayonu Bala Şahağac kəndi, X17 küçəsi, giriş 4) ünvanında yerləşən 0,13 ha torpaq sahəsi üzərində həmin torpaq sahəsinin ümumi birgə mülkiyyətçləri – İddiaçı1 payı 1/6 hissə, mərhum X6 payı 1/6 hissə, İddiaçı2 payı 1/6 hissə, İddiaçı3 payı 1/6 hissə, X1 payı 1/6 hissə, Cavabdeh1 Mikayıl qızının payı 1/6 hissə olmaqla müəyyən edilsin. Bu qətnamə qanuni qüvvəyə mindikdən sonra payların dövlət reyestrində qeydə alınması üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar