Məhkəmə qərarları › İş №2(018)-18/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-18/2024

01.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-18/2024 01.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 və Maraqlı şəxs2 sədri X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qonşuluq münasibətlərində süni şəkildə yaradılan problemin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsiylə məhkəməyə müraciət edərək, Cavabdeh ona və ailə üzvlərinə qarşı mütəmadi olaraq işlətdiyi təhqiramiz ifadələrə son qoyması, evinin pəncərsi yaxınlığına axıtdığı kanalizasiya xəttini uzaqlaşdırması, həyətinə gələn yola problem yaradan darvazanı götürməsi və bu günə qədər onlara qarşı etdiyi qanunsuzluqlara görə barəsində tədbir görülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafə edərək iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia tələbini belə əsaslandırmışdı ki, çəpər qonşum, Cavabdeh və övladı X2 bir neçə ildir ki, həyətimə gələn yola görə mənə və ailə üzvlərimə qarşı müxtəlif təhqiramiz ifadələr işlədərək gərginlik yaradırlar. Onu da qeyd edim ki, həyətimə gələn yolun eni ən azı 4 metr olmalı halda qonşum tərəfindən yaradılan maneənəticəsində yolun eni 3 metrə qədər azalaraq buradan avtomobilin keçməsini cətinləşdirib. O, ömrünün böyük hissəsini vətəndaşlarla kollektivlərdə çalısan bir bir qanunsevər şəxs olaraq bir neçə dəfə qonşusu ilə bu problemi dinc yolla həll etməyə çalışmış. Lakin heç bir nəticəsi olmayıb. Xüsusi ilə qonşu Gülağanın övladı Famil Quliyev böyükkiçik bilmədən onların ünvanlarına kobud ifadələr işlədib, hətta iki dəfə həyətinin daş hasarini da söküb. Bu ailənin onlara qarşı etdikləri qanunsuzluqlara son verilməsini xahiş etsə də, nəticəsi olmayıb. Axırda məcbur qalıb Astara rayon İcra Hakimiyyəti Başçısının Astara şəhəri üzrə nümayəndəsinin müavini İslam Rəsulovu və Astara şəhər Bələdiyyəsinin sədri Anar İbadovu həyətinə dəvət etdi ki, baş verənləri gözləri ilə görsünlər. Baxış üçün həyətlərinə gələn rəsmi şəxslər qonşularının etdiklərinin qanunsuz olduğunu və Famil Quliyevin sökdüyü hasarın bərpa edilməsini onların nəzərinə çatdırıb müvafiq akt da tərtib etdilər. Əks halda onların qanun qarşısında məsuliyyət daşıdıqlarını bildirdilər. Təəssüf ki, bütün bunların heç bir nəticəsi olmadı. Amma qonşuları onlara qarşı nalayiq ifadələri və təhdidləri hələ də davam edir. Bütün bunlarla yanaşı qonşu Cavabdeh həyətinə gediş- gəliş yolunun başqa istiqamətdən olmasına baxmayaraq ona və ailə üzvlərinə problem yaratmaq məqsədi ilə həyətinə gələn yola tərəf olan çəpərini sökərək oraya böyük bir darvaza da qoyub. Eyni zamanda məkrli məqsədlərinin davamı olaraq evinin tullantı məişət sularını onun evinin pəncərəsinə yaxın əraziyə buraxıb ki, onlar çirkab suların qoxusundan əziyyət çəksinlər. Azərbaycan Respublikasının mövcud qanunlarını rəhbər tutaraq həyət qonşusu Cavabdeh ona və ailə üzvlərinə qarşı mütəmadi olaraq işlətdiyi təhqiramiz ifadələrə son qoyması, evinin pəncərsi yaxınlığına axıtdığı kanalizasiya xəttini uzaqlaşdırması, həyətinə gələn yola problem yaradan darvazanı götürməsi və bu günə qədər onlara qarşı etdiyi qanunsuzluqlara görə barəsində tədbir görülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh nümayəndəsi X2 onlara qarşı verilmiş iddianı qəbul etməyərək bildirdi ki, iddia əsassızdır. Həqiqətə uyğun deyil. Belə ki, iddiaçı özü qanunu pozaraq onlara məxsus həyətyani torpaq sahəsini zəbt etmişdir. Onlar müsəlmanlığı nəzərə alaraq hardasa susurdular. Amma iddiaçının son vaxtlar qərəzli və sair mövqelərindən istifadə edir. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə Maraqlı şəxs2 sədri X4 bildirdi ki, Cavabdeh tərəfindən quraşdırılan darvaza Astara Bələdiyyəsinə məxsus olan torpaq sahəsində yerləşir. İddianın həlli məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə tərəfləri dinləyib, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, 0,4 ha torpaq sahəsi Astara şəhər sakini İddiaçı mülkiyyətinə verilib. İş materiallarında olan Astara RİHB-nın Astara şəhər üzrə nümayəndəliyinin 11 noyabr 2022ci il tarixli, aktdan görünür ki, Cavabdeh və X2 qonsusu İddiaçı məxsus hasarı sökmüşlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 yanvar 2024-cü il tarixli, 3-16-16/2-10/9700 nömrəli ekspert rəyinin nəticəsinə görə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 28.11,2023-cü il tarixli, 3-21-3-43/2-3349/2023 saylı mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********34-10301 reyestr nömrəli “Texniki Pasporta” əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,04 ha yaşayış məntəqələri torpaqları təəyinatlı torpaq sahəsinə giriş- çıxış üçün quraşdırılmış darvazanın həmin torpaq sahəsinin sərhəd hüdudları daxilində yerləşməməsi müəəyyən olunmuşdur. Darvaza İddiaçı faktiki istifadəsində olan, bələdiyyə mülkiyyötinə aid torpaq-sahəsində yerləşməsi müəyyən olunmuşdur.İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3349/2023 saylı mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********92-10301 reyestr nömrəli “Texniki Pasporta” əsasən Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.04 ha yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsinin sənəd üzrə koordinatları ilə naturadakı koordinatların üst-üstə düşməsi müəyyən olunmuşdur.İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3349/2023 saylı mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, İddiaçı tərəfindən istifadəsində olan torpaq sahəsində quraşdırılmış darvazanın yanında cavabdeh Gülağa Əzizağa oğlu tərəfindən quraşdırılmış darvazanın Cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla mülkiyyətində olan sözügedən 0.04 ha torpaq sahəsinin sərhəd hüdudlarından kənarda, onun istifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində yerləşməsi müəyyən olunmuşdur. Mütəxəssis rəyində qeyd olunanlara və rəyə əlavə edilmiş yerquruluşu planında göstərilənlərə əsasən, tərəflərin mülkiyyətlərində olan torpaq sahələrinin ölçülərinin 0.04 ha olmasına baxmayaraq, faktiki istifadələrində olan torpaq sahələrinin ölçülərinin isə 0,23 ha (iddiaçının) və 0,21 ha (cavabdehin) olması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılır. Şərh edilənləri və Azərbaycan Respublikası ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 yanvar 2024-cü il tarixli, 3-16-16/2-10/9700 nömrəli ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, İddiaçı həyətinə gedən yolda Cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılmalı və Cavabdeh tərəfindən quraşdırılan darvaza götürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı həyətinə gedən yolda Cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılsın və Cavabdeh tərəfindən quraşdırılan darvaza götürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar