Məhkəmə qərarları › İş №2(018)-18/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-18/2025

30.06.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-18/2025 30.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X21 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və cavabdeh X5 iştirakları ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil cavabdeh X10 qarşı zəbt olunmuş torpağın zəbtdən azad olunması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyənetdi: İddiaçı nümayəndəsi və vəkili Vəkil cavabdeh X10 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən İddiaçı istifadəsində olan 0,10 hektar torpaq sahəsinin Cavabdeh tərəfindən zəbtdən azad edilməsi barədə qətnamə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, 28 aprel 2025-ci il tarixli ekspert rəyi ilə razı olmadıqlarını bildirib, ekspert rəyinin tərtibi üçün əlavə ekpertizanın keçirilməsini və iddialarının təmin olunmasını xahiş etdi. İddiaçı oğlunun nümayəndəsi Vəkil iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı halhazırda Astara şəhərində yaşayır. Ona Astara şəhər İcra Hakimiyyəti Başçısının 10 yanvar 2004-cü il tarixli, 07 saylı sərəncamına əsasən, nənəsi X4 ərizəsinə uyğun olaraq, ona məxsus 0.39 ha həyətyanı torpaq sahəsindən fərdi yaşayış evi tikmək məqsədilə 0.10 ha torpaq sahəsi ayrılmışdır. 10 yanvar 2004-cü il tarixində həmin torpaq sahəsi Astara rayon Torpaq və Xəritəçəkmə şöbəsinin əməkdaşları tərəfindən yerində naturada ayrılmış, İddiaçı təhkim olunmuş və bu barədə torpaq ayırma aktı tərtib edilmişdir. Həmin akta əsasən, torpaq sahəsi şimaldan və şərqdən X4 həyəti, qərbdən və cənubdan isə ara yol ilə həmsərhəddir. Torpaq sahəsi İddiaçı nənəsinin həyəti ilə qonşu olduğu üçün, həmin torpaq qonşuluqda yaşayan əmisi Cavabdeh tərəfindən zəbt edilmiş və özbaşına istifadə olunmaqdadır. İddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evi tikmək niyyətində olmuş, lakin Cavabdeh dəfələrlə edilən müraciətlərə baxmayaraq, torpaq sahəsini boşaltmaqdan imtina etmiş və iddia etmişdir ki, həmin torpaq ona məxsusdur. Cavabdeh bu hərəkətləri İddiaçı torpaqdan istifadə hüququnu pozur, onun mülkiyyət hüququna dair sənəd almasına və torpaq üzərində faktiki istifadə etməsinə maneçilik törədir. Odur ki, ünvan 1 ünvanında yerləşən İddiaçı istifadəsində olan 0,10 hektar torpaq sahəsinin Cavabdeh tərəfindən zəbtdən azad edilməsi barədə qətnamə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə cavabdeh X12 bildirdi ki, onun özünün torpaq sahəsi var, qarşı tərəf qanunsuz sənəd əldə edib, Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı nümayəndəsi Vəkil və Cavabdeh dinləyərək, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materialında olan xx.xx.2019-cu il tarixli 1195 saylı Azərbaycan Respublikası Astara RİHBnın Astara şəhər İƏDÜN-nin arayışından görünür ki, İddiaçı Astara şəhəri, Nizami küç, 250 ünvanında yaşayır. İş materialında olan AZE 000***** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci ildə Astara şəhərində anadan olmuşdur. İş materialında olan xx.xx.2019-cu il tarixli vəkil orderinə əsasən, Vəkil İddiaçı hüquqi yardım göstərir. Mülki işə əlavə edilmiş xx.xx.2018-ci tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarış sənədinin surətindən görünür ki, Astara şəhəri, Kaverin küçəsi, dalan 2, ev 3-də yerləşən 0.2922 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 115.1 kvadratmetr fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/5621 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmiaki Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-561/2024 saylı mütəxəssis rəyinə əsasən aşağıda göstərilənlər müəyyən edilmişdir. Astara Rayon İcra Hakimiyyəti başçısının 10 yanvar 2004-cü il tarixli, 07 say sarancamindan cıxarısa əsasən X17 qizina məxsus olan 0.39 ha heyətyanı torpaq sahəsindən İddiaçı (alinağı oğluna fardi ev tikmekden ötrü ayrılmus 0.10 ha torpaq sahesine dair torpaqayırma sxemi mülki is senedlerine elave olunmadığından və ya mövcud olmadığından həmin 0.10 ha torpan sahəsinin sənəd üzrə sərhədlərini və dönge nöqtələrinin koordinatlarını mueyyen etmək mümkün olmamışdır Sözügedən torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzrə: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 31.10 2018-cl tarixli, ********** qeydiyyat nömrəli və **********82-10301 reyestr nömrəli X2 mülkiyyətində olan 0.2922 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin sərhədləri və dongə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə: Astara Rayon İcra Hakimiyyəti başçısının 10 yanvar 2004-cü il tarixli 07 saylı seren Astara Rayçıxarışa əsasən X16 (Əlinağı) oğluna rond ha revenyamı torpaq sahəsindən İddiaçı Əliağı (fərdi ev tikməkdən ötrü aynımış 0,10 ha torpaq sahəsinin sənəd üzrə sərhədlərini və donga nöqtələrinin koordinatlarını müəyyən elmək mümkün olmadığından həmin torpaq sahəsinin cavabdeh Tağızadə (Tağıyev) Əhməd Əliağa oğlu tərəfindən istifadə edilib. edilməməsini də müəyyənləşdirmək mümkün olmamışdır. İddiaçı torpaq sahəsinin faktiki vəziyyətdə cavabdeh Tağızadə (Tağıyev) Ohmad Əliağa oğlunun istifadəsində olması müəyyən edilmişdir. İddiaçı tərəfindən iddia edilən həmin 0,10 ha torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı 0.041 ha hissəsinin cavabdeh Tağızadə (Tağıyev) Əhməd Əliağa oğlunun Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlet reyestrindən 31 10.2018-cil tarixli, ********** qeydiyyat nömrəli və **********82-10301 reyestr nömrəli Çıxarışla xüsusi mülkiyyətində olan 0,2922 ha torpaq sahəsinin üzərinə düşməsi, qalan hissəsinin isə cavabdeh Tağızadə (Tağıyev) Əhməd Əliağa oğlunun istifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin üzərinə düşməsi müəyyən olunmuşdur. Qərardadın dördüncü sualı üzrə: Astara Rayon İcra Hakimiyyəti başçısının 10 yanvar 2004-cü il tarixli, 07 saylı sərəncamından çıxarışa əsasən X6 məxsus olan 0,39 ha həyətyanı torpaq sahəsindən İddiaçı (Əlinağı) oğluna fərdi ev tikməkdən ötrü ayrılmış 0,10 ha torpaq sahəsinin sənəd üzrə sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmadığından həmin torpaq sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********82 10301 reyestr nömrəli Çıxarışla Tağızadə əməd Əliağa oğlunun mülkiyyətində olan 0,2922 ha yaşayış məntəqələrinin torpaqlar təyinatlı torpaq sahəsinin sənəd üzrə üst-üstə düşüb-düşməməsini də müəyyən etmək mümkün olmamışdır. İş materialına əlavə edimiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/2208 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın RƏYLƏRİ Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 27.02 2025-ci il tarixli 3-21-3-43/2- 657/2025 saylı mütəxəssis rəyinə əsasən, Astara Rayon İcra Hakimiyyəti başçısının 10 yanvar 2004-cu il tarixli, 07 saylı sərəncamından çıxarışa əsasən X7 məxsus olan 0.39 ha həyətyanı torpaq sahəsinə dair torpaqayırma sxemi mülki is sənədlərinə əlavə olunmadığından və ya mövcud olmadığından hamin 0 10 ha torpaq sahəsinin saned üzrə sərhədlərini və donge nöqtələrinin koordinatiarını müəyyən etmək mümkün olmamışdır. Sozugedən torpaq sahesinin iddia olunan vəziyyətə uyğun sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 27 02 2025-85 taxli 3-21-3-43/2-657/2025 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 31 10.2018-ci il tarixli ********** qeydiyyat nömrəli və **********82-10301 reyestr nomrəli X1 mülkiyyətində olan 0.2922 ha yaşayış məntəqələrının torpaqlan təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatlan müəyyən olunmuşdur. Qərardadın üçüncü sualı üzrə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 27 02.2025-ci il tarixli, 3-21- 3-43/2-657/2025 saylı mütəxəssis rəyinə əsasən, Astara Rayon İcra Hakimiyyəti başçısının 10 yanvar 2004-cü il tarixli, 07 saylı sərəncamından çıxarışa əsasən X6 məxsus olan 0,39 ha həyətyanı torpaq sahəsindən İddiaçı (Əlinağı) oğluna fərdi ev tikməkdən ötrü ayrılmış 0 10 ha torpaq sahəsinin sənəd üzrə sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmadığından həmin torpaq sahəsinin cavabdeh Tağızadə (Tağıyev) Əhməu Olhaga ogra tərəfindən istifadə edilib-edilməməsini də müəyyənləşdirmək mümkün olmamışdır Mütəxəssis rərinə əsasən, İddiaçı (Əlinağı) oğlu tərəfindən iddia edilən 0 10 ha torpaq sahəsinin faktikı vəziyyətdə cavabdeh Tağızadə (Tağıyev) Əhməd Əliağa oğlunun istifadəsində olması müəyyən edilmişdir İddiaçı tərəfindən iddia edilən həmin 0.10 ha torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı 0.041 ha hissəsının cavabdeh Tağızadə (Tağıyev) Əhməd Əliağa oğlunun Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********82-10301 reyestr nömrəli Çıxarışla xüsusi mülkiyyətində olan 0,2922 ha torpaq sahəsinin üzərinə düşməsi, qalan hissəsinin isə cavabdeh Tağızadə (X8 istifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin üzərinə düşməsi müəyyən olunmuşdur. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 27.02 2025-ci il tarixli, 3-21-3-43/2-657/2025 saylı mütəxəssis rəyinə əsasən, Astara Rayon İcra Hakimiyyəti başçısının 10 yanvar 2004-cü il tarixli, 07 saylı sərəncamından çıxarışa əsasən X6 məxsus olan 0,39 ha həyətyanı torpaq sahəsindən X3 fərdi ev tikməkdən ötrü ayrılmış 0 10 ha torpaq sahəsinin sənəd üzrə sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmadığından həmin torpaq sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********82-10301 reyestr nömrəli X14 Əliaga oglunun mülkiyyətində olan 0,2922 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin sənəd üzrə üst-üstə düşüb-düşməməsi də müəyyən etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən, İddiaçı istifadəsində olan 0,10 hektar torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilməsi müəyyən edilmədi Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/2208 saylı, xx.xx.2025-ci il tarixli rəyi ilə təsdiq edilmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmədə iddiaçı tərəf iddialarını sübut edə bilmədi və o barədə sübutları təqdim etmədi. Məhkəmə iddia tələbini rədd edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Məhkəmədə iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Şərh edilənləri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/2208 saylı, xx.xx.2025-ci il tarixli rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı nümayəndəsi Vəkil cavabdeh X10 qarşı zəbt olunmuş torpağın zəbtdən azad olunması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı nümayəndəsi və vəkili Vəkil cavabdeh X10 qarşı zəbt olunmuş torpağın zəbtdən azad olunması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar