Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-182/2025 29.01.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri alınması” tələbinə dair mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonunun Şüvi kəndi ərazisində yerləşən onun xüsusi mülkiyyətində olan 0,01 hektar torpaq sahəsinin koordinatları daxilində Cavabdeh tərəfindən inşa edilmiş tikilinin (mişar daşı hasarı) cavabdehin öz vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək sahibliyinə qaytarılması, Cavabdeh özbaşınalıq hərəkətlərinə son qoyulması, habelə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Astara rayonunun Şüvi kəndində 0.01 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi çıxarış ilə təsdiqlənmişdir. Torpaq sahəsi üzərində onun artizan quyusu və 2 tonluq iki ədəd su çəni vardır, o həmin quyudan və su çənlərindən istifadə edə bilmir. Torpaq sahəsi mülkiyyətində olmasına baxmayaraq Cavabdeh həmin torpaq sahəsini zəbt etmişdir. Zəbt etdiyi torpaq sahəsinin üzərində qanunsuz olaraq tikililər (mişar daş hasar) tikdirmişdir. Belə olan halda onun həmin torpaq sahəsi üzərində mülkiyyət huququ pozulmuşdur. O, cavabdehlə mübahisəni məhkəmədən kənar həll etməyə çalışsa da, buna nail ola bilməmişdir. Cavabdeh tərəfindən pozulmuş mülkiyyət hüququ məhkəmə tərəfindən qorunmalı və müdafiə olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərdiklərini təsdiq edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o özünə məxsus torpaq sahəsində tikinti işləri aparmışdır. İddiaçının torpaq sahəsini zəbt etməmişdir. Ona görə də iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı və cavabdehi dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan, yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Astara rayonu Şüvi kəndində yerləşən 0,01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçının xüsusi mülkiyyətindədir. İş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 (yüz) manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Astara rayonu Şüvi kəndində yerləşən 0,0968 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X1 xüsusi mülkiyyətindədir. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/6048 saylı, 22 sentyabr 2025-ci il tarixli ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2- 2712/2025 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-437M nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında) və xx.xx.2024-cü il tarixli **********43 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı xüsusi mülkiyyətində olan Astara rayonu, Şüvi kəndi ərazisində yerləşən 0,01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən 0,01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən "Torpaq sahəsinin planı və ölçüsü sənədinin Torpaqlanın elektron kadastr uçotu informasiya sistemi məlumatlarına uyğun işlənilməsi müəyyən olunmuşdur. Bundan sonra torpaqlardan faktiki istifadə vəziyyətinin uçot məlumatları arasında mövcud olan uyğunsuzluqların yerquruluşu qaydasında aradan qaldınıması işinin icrası məqsədilə Astara rayonu, Şüvi kəndi ərazisində mütəxəssislər tərəfindən dürüstləşmə işləri aparılmışdır. Dürüstləşmə işləri nəticəsində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-437M nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında) və xx.xx.2024-cü il tarixli **********43 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı xüsusi mülkiyyətində olan Astara rayonu, Şüvi kəndi ərazisində yerləşən 0,01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində düzəliş olunaraq hazırda **********43 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarına uyğun iddia edilən torpaq sahəsindən kənarda (orta hesabla 10 m məsafədə aralıda) təsvir edilməsi müəyyən olunmuşdur. Sözügedən 0,01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən isə hazırda iddia edilən torpaq sahəsindən kənarda (orta hesabla 65 m məsafədə aralıda) öz əksini tapması müəyyən olunmuşdur (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). İddiaçı tərəfindən faktiki vəziyyətdə iddia edilən torpaq sahəsinin koordinatlarının həmin torpaq sahəsinə dair tərtib olunmuş xx.xx.2024-cü il tarixli **********43 reyestr nömrel Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatları ilə naturada üst-üstə düşməsi müəyyən olunmuşdur. Dövlət Kadastı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-2712/2025 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-4372 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında) və xx.xx.2020-ci il tarixli **********-42 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsünə əsasən Cavabdeh xüsusi mülkiyyətində olan Astara rayonu, Şüvi kəndi ərazisində yerləşən 0,08968 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatlan müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən 0,08968 ha kand təsərrüfatı təyinatlı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən "Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş ərazidə apanlan naturaya uyğun gəlməyən torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və bölgü layihəsindəki cizgilərə uyğun işlənilməsi müəyyən olunmuşdur. Cavabdeh tərəfindən faktiki vəziyyətdə istifadə edilen torpaq sahəsinin koordinatlarının həmin torpaq sahəsinə dair tərtib olunmuş xx.xx.2020-ci il tarixli **********42 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatları ilə tam həcmdə naturada üst-üstə düşməməsi müəyyən olunmuşdur. (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Sözügedən 0,08968 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun ümumi sahə ölçüsü saxlanılmaqla öz əksini tapmışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-2712/2025 saylı mütəxəssis rəyinə əsasən, əvvəlki sualların cavablarında qeyd olunduğu kimi İddiaçı tərəfindən faktiki vəziyyətdə iddia edilən torpaq sahəsinin koordinatlarının həmin torpaq sahəsinə dair tərtib olunmuş xx.xx.2024-cü il tarixli **********-43 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlan ilə naturada üst-üstə düşməsi müəyyən olunmuşdur. Cavabdeh tərəfindən faktiki vəziyyətdə istifadə edilən torpaq sahəsinin koordinatlanının həmin torpaq sahəsinə dair tərtib olunmuş xx.xx.2020-ci il tarixli **********42 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlan ilə tam həcmdə naturada üst-üstə düşməməsi müəyyən olunmuşdur. (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Sözügedən torpaq sahələri Torpaqların elektron kadastr uçotu informasiya sistemində ümumi sahə ölçüsü saxlanılmaqla öz əksini tapmışdır. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı tərəflərin mülkiyyətlərində olan sözügedən torpaq sahələrinin naturada üst-üstə düşməməsi, qonşu torpaq sahələri olması müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Masnalan Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastı ve Reyestri publik ružoçi şəxs, 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-2712/2025 saylı mütəxəssis rəyinə əsasən, araşdırma zamanı Hüquqlaın dövlət qeydiyyat hadigenda dasinmaz emlakın dövlət reyestrinden xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-437M nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və xx.xx.2024cü il tarixli **********43 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı xüsusi mülkiyyətində olan Astara rayonu, Şüvi kəndi ərazisində yerləşən 0,01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində Cavabdeh tərəfindən hər hansı tikinti işinin aparılmaması, torpaq sahəsinin üzərində Cavabdeh məxsus su çəninin mövcud olması müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3- 43/2-2712/2025 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənədici sənəd JN-437M nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında) və xx.xx.2024-cü il tarixli **********43 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı xüsusi mülkiyyətində olan Astara rayonu, Şüvi kəndi ərazisində yerləşən 0,01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən "Torpaq sahəsinin planı və ölçüsü sənədinin Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına uyğun işlənilməsi müəyyən olunmuşdur. Bundan sonra torpaqlardan faktiki istifadə vəziyyətinin uçot məlumatları arasında mövcud olan uyğunsuzluqların yerquruluşu qaydasında aradan qaldıılması işinin icrası məqsədilə Astara rayonu, Şüvi kəndi ərazisində mütəxəssislər tərəfindən dürüstləşmə işləri aparılmışdır. Dürüstləşmə işləri nəticəsində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənədici sənəd JN-437M nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında) və xx.xx.2024-cü il tarixli **********43 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı xüsusi mülkiyyətində olan Astara rayonu, Şüvi kəndi ərazisində yerləşən 0,01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində düzəliş olunaraq hazırda **********43 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarına uyğun iddia edilən torpaq sahəsindən kənarda (orta hesabla 10 m məsafədə aralıda) təsvir edilməsi müəyyən olunmuşdur. Araşdırma zamanı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənədici sənəd JN-437M nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında) və xx.xx.2024-cü il tarixli **********43 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı xüsusi mülkiyyətində olan Astara rayonu, Şüvi kəndi ərazisində yerləşən 0,01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (həm həmin torpaq sahəsinə dair tərtib olunmuş xx.xx.2024-cü il tarixli **********43 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarına uyğun və həm də həmin torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemindəki mövcud koordinatlarına uyğun) Cavabdeh faktiki istifadəsində olan (hər tərəfdən mişar daşı və metal torla hasarlanmış) torpaq sahəsinin sərhəd hududları daxilində yerləşməsi və sözügedən 0,01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin faktiki vəziyyətdə bütövlüklə Cavabdeh istifadəsində olması müəyyən olunmuşdur Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələrinin üzərində hüquqlar torpaq sahələrinin, sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativhüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatı, ekspert rəyi və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, Astara rayonu Şüvi kəndində yerləşən 0,01 ha torpaq sahəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında İddiaçı, Astara rayonu Şüvi kəndində yerləşən 0.08968 ha torpaq sahəsi isə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında cavabdeh X1 xüsusi mülkiyyətindədir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı tərəflərin mülkiyyətlərində olan sözügedən torpaq sahələrinin naturada üst-üstə düşməməsi, qonşu torpaq sahələri olması müəyyən olunmuşdur. İddiaçı məxsus 0,01 ha torpaq sahəsi faktiki vəziyyətdə Cavabdeh istifadəsindədir. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan, təmin olunmalı, Cavabdeh istifadəsində olan İddiaçı məxsus 0,01 ha torpaq sahəsi zəbtdən azad edilərək İddiaçı qaytarılmalıdır. Belə ki, sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin, istifadə hüququ isə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Qanunun mənasına görə mülkiyyətçinin (əmlak hüquqlarına malik olan sahibin) öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: əmlakın mülkiyyətçiyə məxsus olması, əmlakın başqa şəxsin sahibliyində olması və sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini (qanuni sahibi) MM-in 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, tərəflər ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmiş, ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edərək müəyyən etmişdir ki, hazırda cavabdehin faktiki istifadəsində olan 0.01 ha torpaq sahəsinin qanuni sahibi iddiaçıdır. Ona görə də, iddiaçı 0.01 ha torpaq sahəsinə münasibətdə hazırkı iddia tələbi ilə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüquqa malikdir. Cavabdehin isə faktiki istifadəsində olan 0.01 ha torpaq sahəsini istifadə etmək hüququ yoxdur. Cavabddeh iddiaçıya məxsus 0.01 ha torpaq sahəsini qanunsuz zəbt etmiş və ondan istifadə etmişdir. Bu səbəbdən də, cavabdehin həmin torpaq sahəsindən istifadə etməsi qanuni olmamış, qanuni sahibin mülkiyyət hüquqlarına qəsd etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin koordinatları daxilində inşa edilmiş tikili (mişar daşı hasarı) cavabdehin öz vəsaiti hesabına sökülməklə torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçının sahibliyinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 76-cı maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Həmçinin tikinti-texniki obyektlərin tədqiqi üçün hesablanmış 50 (əlli) manat rüsum Cavabdeh tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına köçürülməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh istifadəsində olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında İddiaçı məxsus Astara rayonu Şüvi kəndində yerləşən 0,01 ha torpaq sahəsi zəbtdən azad edilərək İddiaçı qaytarılsın. Cavabdeh tərəfindən İddiaçı məxsus torpaq sahəsinin koordinatları daxilində inşa edilmiş tikili (mişar daşı hasarı) Cavabdeh öz vəsaiti hesabına sökülməklə torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılsın. Cavabdeh 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı ödənilsin. Tikinti-texniki obyektlərin tədqiqi üçün hesablanmış 50 (əlli) manat rüsum Cavabdeh tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №2(018)-182/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-182/2025
29.01.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver