Məhkəmə qərarları › İş №2(018)-1827/2025

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-1827/2025

08.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-1827/2025 08.01.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 iştirakları ilə, Ərizəçi Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 maraqlı şəxs cəlb edilməklə “doğum akt qeydində düzəliş edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 maraqlı şəxs cəlb edilməklə “doğum akt qeydində düzəliş edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü X1 valideynləri səhvən olaraq atası Maraqlı şəxs3, anası Maraqlı şəxs2 yazıldığından doğum akt qeydində düzəliş edilib həqiqi atası X3 və həqiqi anası X4 olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X3 ilə nikahlarını 01 oktyabr 2010-cü il tarixdə Astara rayonu, Hamoşam kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində qeyd etdirməklə evlənmişlər. Birgə niakahdan 11 aprel 2013-cü il tarixdə Emin adlı uşağları anadan olmuşdur. Emin anadan olan gündən hal-hazıra kimi yanında yaşamışdır. Eminin artıq 12 yaşı vardır. Eminin doğma anası o, doğma atası isə məhrum X2r. Buna baxmayaraq xx.xx.2013-cü il tarixdə Astara rayon Hamoşam kənd ərazi nümayəndiliyində Astara RMX tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli ********** nömrəli tibbi şəhadətnamə əsasında xx.xx.2013-cü il tarixdə anadan olmuş kişi cinsli uşağın doğumu dövlət qeydiyyatına alınmış və uşağa "Səmədzadə soyadı, "Emin" adı, Ehtiram oğlu ata adı verilmiş, ata kimi Maraqlı şəxs3, anası isə X5 qeyd edilmişdir. Uşağın həqiqi valideynləri atası X7, anası isə o özüdür. Sənəd qarışdığından səhvən uşağın valideynləri başqa şəxslər yazılmışdır. Uşağın həqiqi atası X3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Qeyd edilən uyğunsuzluğu aradan qaldırmaq üçün Maraqlı şəxs1nə müraciət etmişdir. 17 oktyabr 2025-ci il tarixli 3-16-5/8-54- 2025 nömrəli məktubları ilə izah edilmişdir ki, Ailə Məcəlləsinin 47-ci maddəsinə əsasən doğum haqqında şəhadətnamə valideynlər barədə qeyd haqqında mübahisə yalnız həqiqi valideynin, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün tələbi əsasında açıla bilər. Odur ki, onlara tövsiyə olunmuşdur ki, atalığa və analığa dair mübahisə ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etsinlər. Onuda hörmətli Məhkəmənin nəzərinə çatdırır ki, səhvən uşağın valideynləri kimi yazılmış X6 və Maraqlı şəxs3 özləri də etiraf edirlər ki, uşağın həqiqi valideynləri onlar deyil, həqiqi valideynlər atası X3, anası isə Ərizəçidır. Ərizəyə əlavə edilmiş xx.xx.2025-ci il tarixli 353 nömrəli arayışdan görünür ki, xx.xx.2013-cü il təvəllüdlü Emin Səmədzadənin həqiqi atası Turan Səmədov anası isə Nurana Nusrətovadır. Doğum şəhdaətnaməsində səhvən olaraq atasının adı Maraqlı şəxs3, anasının adı Fərqanə Nusrətova yazılmışdır Məhkəmə iclasında Ərizəçi ərizəsində göstərilənləri təsdiq etdiyini bildirərək, xx.xx.2013-cü il təvəllüdlü X1 valideynlərinin səhv yazıldığından düzəliş edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 hər biri ayrı-ayrılıqda ərizənin təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmədiklərini bildirdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq, Maraqlı şəxs1 nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, ərizəçi ərizəsində xx.xx.2013-cü il təvəllüdlü X1 valideynlərinin səhvən olaraq atası Maraqlı şəxs3, anası Maraqlı şəxs2 yazıldığından doğum akt qeydində düzəliş edilməsi və həqiqi atası X3 və həqiqi anası Ərizəçi olması barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə iclasında da veridyi izahatında xx.xx.2013-cü il təvəllüdlü X1 valideynlərinin doğum haqqında akt qeydində səhv yazıldığından düzəliş edilməsi xahiş etmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu tarixli Qərarının 2.2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçi öz ərizəsində vətəndaşlıq vəziyyəti haqqında akt qeydində yol verilmiş səhvlərin aradan qaldırılmasını istəmişdir ki, qanunvericiliyə əsasən bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırılmalıdır. Belə olduğu təqdirdə isə hazırki tələbə mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. İş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göründüyü kimi, iş üzrə icraata xitam verilməsi qərara alındığından, Ərizəçi ödədiyi 100 manat məbləğində dövlət rüsumu da onun özünə qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçin Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 maraqlı şəxs cəlb edilməklə “doğum akt qeydində düzəliş edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara Rayon Məhkəməsinə (elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar