Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1874/2025 17.02.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, Ərizəçinın iştirakı ilə, Ərizəçi Astara Rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb edilməklə «şəxsin qohumluq münasibətlərinin müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Əliyev X12 Rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb edilməklə «şəxsin qohumluq münasibətlərinin müəyyən edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1905-ci il tarixdə anadan olmuş və xx.xx.1997-ci il tarixdə vəfat etmiş X5 onun əmisi olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, o, xx xxxxx 1961-ci il tarixdə anadan olmuşdur. Onun atası X16, anası isə X14 olmuşdur. Atası xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. X24 da vəfat etmişdir. X1 xx.xx.1905-ci ildə anadan olmuş və xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. Onun həyat yoldaşı X19 olmuş, o da vəfat etmişdir. Onların birgə nikahından X15 anadan olmuşdur. Onun əmisi Qədəmulla Əliyevin doğma qızı X9 valideynləri vəfat etdiyindən, Astara rayonunun Səncərədi kəndində yerləşən fərdi yaşayış evində tək yaşamışdır. Zeynəb Əliyevanın təkidi ilə o, ailəsi ilə birlikdə 1998-ci ildə həmin evə köçmüş və hazıradək orada yaşayır. Sağlığında əmisi qızı X15 mülkiyyətində olan Astara rayonu, Səncərədi kəndində yerləşən 0,149873 hektar torpaq sahəsində yerləşən 29,1 kvadratmetr sahəsi olan fərdi yaşayış evini və torpaq sahəsini ona bağışlamışdır. Həmin fərdi yaşayış evini və torpaq sahəsini xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata aldıraraq Çıxarış əldə etmişdir. Əmisi qızı X15 xx.xx.2021ci il tarixdə vəfat etmişdir. Onu dəfn etmiş və dəfnlə bağlı bütün xərcləri özü ödəmişdir. Mərhum əmisi X10 və onun qızı X7 Astara rayonu, Səncərədi kəndi ərazisində kənd təsərrüfatı təyinatlı 0,30 ha torpaq sahəsi miras qalmışdır. Vərəsə olduğuna görə həmin torpaq sahəsinin adına sənədləşdirilməsi məqsədilə mirası qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Astara rayon Notariat Ofisinə müraciət etmişdir. Miras qalmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsini faktiki qəbul etmiş və istifadə edir. Lakin Notariat Ofisi tərəfindən ondan X1 ilə qohumluq münasibətlərini sübut edən sənəd tələb olunmuşdur. Mərhum əmisi X5 doğum haqqında şəhadətnaməsini əldə etmək məqsədilə Astara rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Şöbə tərəfindən arxivdə və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış, lakin X5 doğumu haqqında akt qeydi aşkar edilməmişdir. Bununla əlaqədar Astara rayon Notariat Ofisi xx.xx.2025-ci il tarixli, 442 nömrəli məktubu ilə X3 miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmiş və qohumluq faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib ərizəsində göstərdikləri xüsusatları təsdiq edərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Astara Rayon Notariat Ofisini məhkəməyə məktub göndərərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəyə məhkəmə iclasına gəlməmiş maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əliyev X12 şəhəri, S.Vurğun küçəsi, ev 191 ünvanında qeydiyyatdadır. İş materiallarında olan ünvan 2i ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli, 1126 saylı arayışdan görünür ki, xx.xx.2021-ci ildə vəfat etmiş mərhumə X15 ölən günə qədər Astara rayonunun Səncərədi kəndində yaşamış və qeydiyyatda olmuşdur. Vəfat etmiş vərəsələri:- X2, X8r. Başqa digər vərəsələri yoxdur. İş materiallarında olan Astara rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi xx.xx.1961-ci ildə anadan olmuşdur. İş materiallarında olan Astara rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X16 12 noyabr 1993-cü ildə ölmüşdür. İş materiallarında olan Astara rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Əliyev Qədəmulla Şahpələng oğlu 05 iyun 1997-ci ildə ölmüşdür. İş materiallarında olan Astara rayon Qeydiyyat şöbəsindən verilmiş AZ-İİ seriyalı 207971 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2021-ci ildə ölmüşdür İş materiallarında olan Astara rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2025-ci il tarixli, 3- 16-5/8-4742-2025 nömrəli arayışdan görünür ki, 1905-ci ildə anadan olmuş X11 doğum haqqında məlumatın müəyyən edilməsi məqsədilə Astara rayon Qeydiyyat şöbəsinin arxivində saxlanılan ilkin doğum və doğum bərpa akt qeydləri, eləcə də “Vətəndaşlıqn vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X11 doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Astara rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2025-ci il tarixli, 3- 16-5/8-4743-2025 nömrəli arayışdan görünür ki, xx.xx.1905-ci ildə anadan olmuş X5 doğum haqqında məlumatın müəyyən edilməsi məqsədilə Astara rayon Qeydiyyat şöbəsinin arxivində saxlanılan ilkin doğum və doğum bərpa akt qeydləri, eləcə də “Vətəndaşlıqn vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X5 doğum haqqında akt qeydi aşkar olunmamışdır. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Astara rayonu Səncərədi kəndi ərazisində yerləşən 0,149873 ha kənd xüsusi torpaq sahəsi Ərizəçi tam mülkiyyətindədir. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli Astara rayon Notariat Ofisinin Ərizəçi ünvanlanmış məktubdan görünür ki, xx.xx.1997-ci il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaka dair ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün sonuncu ilə qohumluq münasibətlərini sübut edən sənəd tərəfindən təqdim edilməmiş, bu səbəbdən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarında olan, “Elektron notariat” avtomatlaşdırılmış X4 görünür ki, X9 vəsiyyətnamə üzrə vərəsəsi Ərizəçi xx.xx.2022-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Məhkəmə iş materialarını araşdıraraq müəyyən edir ki, Ərizəçi atası X13r. Ərizəçi X5 onun doğma əmisi olması faktının müəyyən edilməsini xahiş edir. X5 yeganə vərəsəsi X6 olmadığından və onun özünün də vərəsələri olmadığından məhkəmə hesab edir ki, Ərizəçi müəyyən edilməsini tələb etdiyi qohumluq münasibəti əsasında X5 2-ci dərəcəli vərəsəsi olacağından belə bir ərizə ilə məhkəməyə müraciət etmək hüququ müəyyən olunur. Belə ki, X5 ərizəçinin əmisi olmasına dair qohumluq münasibətinin müəyyən edilməsi ərizəçiyə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün lazım olmaqla hüquqi nəticə doğuracağından, ərizəçi isə, qohumluq münasibətini təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, X5 Ərizəçi əmisi olmasına dair qohumluq münasibəti iş materialları ilə tam təsdiqini tapır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 05 iyun 1997-ci il tarixdə vəfat etmiş X5 xx xxxxx 1961-ci il təvəllüdlü Ərizəçi əmisi olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №2(018)-1874/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1874/2025
17.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver