Məhkəmə qərarları › İş №2(018)-19/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-19/2023

25.04.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-19/2023 25.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi X4 və Cavabdeh1 iştirakları ilə, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Mülkiyyətdə olan torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri tələbi, qanunsuz inşa edilmiş tikililərin sökülməsi tələbinə dair” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh1 və Cavabdeh2 qarşı “Mülkiyyətdə olan torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri tələbi, qanunsuz inşa edilmiş tikililərin sökülməsi tələbinə dair” iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək, onun və ailə üzvülərinin mülkiyyətində olan 0,47 hektar torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş tikililərin və qurğuların cavabdehlərin hesabına sökülərək əvvəlki vəziyyətinə gətirilərək onları sahibliyinə qaytarılması və cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib izahat verərək bildirdi ki, Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə onun və ailə üzvülərinin mülkiyyətnə Astara rayon Siyəkü kəndi ərazisində 0,47 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə “Torpağın mülkiyyət hüququna dair” JN-0765 saylı, 80108018 kodlu Dövlət Aktı da tərtib edilmişdir. Həmin 0,47 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onların mülkiyyətində olmasına baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmiş, orada tikililərin və qurğular inşa edilmişdir. Belə olan halda onun və ailə üzvülərinin həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları pozulmuşdur. Dəfələrlə cavabdehlərdən torpaq sahəsinin azad edilməsini tələb etsə də, bir nəticə əldə edə bilməmişdir. Ona görə də, o, iddianın təmin edilməsi barədə qətnaməçıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi X5 da əsasən İddiaçı ilə eyni məzmunlu izahat verdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirdi ki, o, iddia tələbini qəbul etmir. Belə ki, Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə onun və ailə üzvülərinin mülkiyyətnə Astara rayon Siyəkü kəndi ərazisində 0,28 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə “Torpağın mülkiyyət hüququna dair” JN-0764 saylı, 80108018 kodlu Dövlət Aktı da tərtib edilmişdir. O, İddiaçı mülkiyyətində olan torpaq sahəsini tutmamışdır. Odur ki, o, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Mülki iş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə işin baxılmasında iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və arayışdan məlum olur ki, iddiaşı İddiaçı 11 may 1969-cu il tarixdə Astara rayonu Miki kəndində anadan olmaqla, orada qeydiyyatdadır və yaşayır. Mülki işə əlavə edilmiş “Torpağın mülkiyyət hüququna dair” JN-0765 saylı, 80108018 kodlu Dövlət Aktının surətindən məlum olur ki, Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə İddiaçı və ailə üzvülərinin mülkiyyətnə Astara rayon Siyəkü kəndi ərazisində 0,47 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Mülki işə əlavə edilmiş “Torpağın mülkiyyət hüququna dair” JN-0764 saylı, 80108018 kodlu Dövlət Aktının surətindən məlum olur ki, Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə iddiaçı Cavabdeh1 və ailə üzvülərinin mülkiyyətnə Astara rayon Siyəkü kəndi ərazisində 0,28 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 17 mart 2023-cü il tarixli, 10/1163 saylı rəyindən məlum olur ki, “Torpağın mülkiyyət hüququna dair” JN-0765 saylı, 80108018 kodlu Dövlət Aktın qeyd edilən İddiaçı və ailə üzvülərinin mülkiyyətlərində olan 0,47 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və “Torpağın mülkiyyət hüququna dair” JN-0764 saylı, 80108018 kodlu Dövlət Aktında qeyd edilən iddiaçı Cavabdeh1 və ailə üzvülərinin mülkiyyətlərində olan 0,28 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri müəyyən edildi. “Torpağın mülkiyyət hüququna dair” JN-0765 saylı, 80108018 kodlu Dövlət Aktın qeyd edilən İddiaçı və ailə üzvülərinin mülkiyyətlərində olan 0,47 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,21 hektar hissəsinin Cavabdeh1 tərəfindən istifadə edilməsi, həmin 0,47 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh1 tərəfindən istifadə edilən 0,21 hektar hissəsində tikilinin (fərdi yaşayış evinin) olması müşahidə edilmişdir. Həmçinin Cavabdeh2“Torpağın mülkiyyət hüququna dair” JN-0765 saylı, 80108018 kodlu Dövlət Aktın qeyd edilən İddiaçı və ailə üzvülərinin mülkiyyətlərində olan 0,47 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,21 hektar hissəsinin Cavabdeh2 tərəfindən istifadə edilməməsi müəyyən edilmişdir. Mülki işəəlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manatməbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçının və onun ailə üzvülərinin mülkiyyətində olan 0,47 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,21 hektar hissəsi Cavabdeh1 tərəfindən zəbt edilməsi və orada tikilinin (fərdi yaşayış evinin) tikilməsi müəyyən edilmişdir. Cavabdeh2 tərəfindən isə iddiaçının və onun ailə üzvülərinin mülkiyyətində olan 0,47 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə edilməməsi müəyyən edilmişdir. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 17 mart 2023-cü il tarixli, 10/1354 saylı rəyinə əsasən də təsdiq edilmişdir. Ona görə də Məhkəmə belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddia tələbini qismən təmin edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir.

1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

2. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünəüstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

4. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

6. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

7. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarının 3-cü hissəsində qeyd edilir ki, torpaq sahəsi iləəlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödədiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınır. Ona görə də, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumuna görə 50 (əlli) manat pul Cavabdeh1dan alınıb iddiaçıya verilməlidir. Həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi idarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95 (doxsan beş) manat məbləğindəki rüsuma görə 40 (qırx) manat pul Cavabdeh1dan alınıb iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində olan pula görə iddiaçının Cavabdeh1 hər birindən 25 (iyirmi beş) manat pul alınaraq dövlət büdcəsinə - Az MEM VÖEN **********, AZ34 CTRE ******************** X2, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 115ci maddəsinə əsasən ekspertiza xərci məhkəmə xərclərinə aiddir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan RespublikasıMPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə QƏT ETDİ: İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Mülkiyyətdə olan torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri tələbi, qanunsuz inşa edilmiş tikililərin sökülməsi tələbinə dair” iddiası qismən təmin olunsun.

1. Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə İddiaçı və ailə üzvülərinin mülkiyyətnə verilmiş, Astara rayon Siyəkü kəndi ərazisində yerləşən və “Torpağın mülkiyyət hüququna dair” JN-0765 saylı, 80108018 kodlu Dövlət Aktında qeyd edilən 0,47 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,21 hektar hissəsi Cavabdeh1 qanunsuz sahibliyindən azad edilsin və İddiaçı qaytarılsın.

2. Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə İddiaçı və ailə üzvülərinin mülkiyyətnə verilmiş, Astara rayon Siyəkü kəndi ərazisində yerləşən və “Torpağın mülkiyyət hüququna dair” JN-0765 saylı, 80108018 kodlu Dövlət Aktında qeyd edilən 0,47 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,21 hektar hissəsi Cavabdeh1 tərəfindən tikilmiş tikili (fərdi yaşayış evi) onun öz hesabına sökülsün.

3. Cavabdeh1 ödənilmiş dövlət rüsumuna görə 50 (əlli) manat, ödənilmiş mütəxəssis rəyinin rüsumuna görə 40 (qırx) manat pul alınıb, İddiaçı verilsin.

4. Ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində olan pula görə İddiaçı və Cavabdeh1 hər birindən hər birindən 25 (iyirmi beş) manat pul alınaraq dövlət büdcəsinə - Az MEM VÖEN **********, AZ34 CTRE ******************** X2, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilsin.

5. İddia tələbi Cavabdeh2 ilə bağlı hissədə və 0,26 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz zəbtindən azad edilməsi hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsiləŞirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar