Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-19/2024 06.06.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X9 Aslan oğlunun sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, İddiaçı Quliyeva (Məmmədova) Günay Zakir qızının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar Nadirova (Məmmədova) Lalə Məmməd qızı, X3, İddiaçı1 və Quliyeva (Məmmədova) Günay Zakir qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən və zəbtdən azad edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçılar Nadirova (Məmmədova) Lalə Məmməd qızı, X3,İddiaçı1 və Quliyeva (Məmmədova) Günay Zakir qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən və zəbtdən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciıət etmişdir. Məhkəmədə iddiaçı Quliyeva (Məmmədova) Günay Zakir qızının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmədə iştirak edən zaman iddiaçı X3 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdi. Məhkəmədə iştirak edən zaman İddiaçı1 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdi. Məhkəmədə iştirak edən zaman iddiaçı Quliyeva (Məmmədova) Günay Zakir qızı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdi. İddiaçılar Nadirova (Məmmədova) Lalə Məmməd qızı, X3, İddiaçı1 və Quliyeva (Məmmədova) Günay Zakir qızı iddia ərizəsində göstərmişdilər ki, Astara Rayon Aqrar İslahat komissiyasının 13 avqust 1998-ci il tarixli, 10 saylı qərarı ilə bizə Astara rayonunun Vaqo kəndində yerləşən 0.56 hektar torpaq sahəsi verilmişdir. Bununla bağlı JN-040 A, Kod 80108038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir.Sözügedən torpaq sahəsi onların mülkiyyətində olsa da Cavabdeh1 və arvadı Cavabdeh2 qızı həmin torpaq sahəsini zəbt etmişdir. Biz hazırki mübahisələrini məhkəmədən kənar həll etməyə çalışsalar da buna nail ola bilməmişlər. Cavabdeh hazırda da onların mülkiyyət hüquqlarını pozmaqda davam edir. Yəni dəfələrlə onlar cavabdehlərə xəbərdarlıq etmişlər ki, torpaq sahələrini zəbtdən azad etsin, kəndin sahə inspektoru və bələdiyyə sədri də hazırki mübahisələrlə bağlı həmin toıpaq sahəsində olmuşlar. Lakin həmin qurumlar tərəfindən məsələnin həlli mümkün olmamışdır. Odur ki, məcbur olub, məhkəməyə müraciət etməli olmuşlar. Artıq uzun müddətdir ki, həmin torpaq sahəsi zəbt olunub və onlar onu istifadə edə bilmirlər.Torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir.Ümumı birgə mülkiyyətində olan Astara rayonunun Vaqo kəndində yerləşən 0.56 hektar torpaq sahəsinin cavabdeh X1 və onun arvadı Cavabdeh2 qızının qanunsuz sahibliyindən alınaraq onlara verilməsi və zəbtdən azad edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişlər. Məhkəmədə iştirak edən zaman Cavabdeh1 iddianı qəbul etmədiklərini bildirib, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmə iddiaçılar Quliyeva (Məmmədova) Günay Zakir qızının nümayəndəsi və vəkili Vəkil, iştirak edən zaman X3, İddiaçı1 və Quliyeva (Məmmədova) Günay Zakir qızını və Cavabdeh1 dinləyərək, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. İşə əlavə edilmiş JN-040 A, KOD 80108038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki,Astara rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə Nadirova (Məmmədova) Lalə Məmməd qızı, X3, İddiaçı1 və Quliyeva (Məmmədova) Günay Zakir qızının mülkiyyətlərinə Astara rayonunun Vaqo kəndində yerləşən fərdi yaşayış evi torpaqları olan 0.56 ha torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Cavabdeh1 Vaqo bələdiyyəsinin 29 mart 2007-ci il tarixli 03 saylı qərarı, alqı-satqı yolu əsasında mülkiyyətiə Astara rayonu,Vaqo kəndində yerləşən 0, 06 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nzirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3- 16-16/2-10/538 saylı, 22 fevral 2024-cü il tarixli ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-9/2024 saylı mütəxəssis rəyinə əsasən, Astara rayonu Vaqo bələdiyyəsinin 29 mart 2007-ci il tarixli 03 saylı qərarı ilə Cavabdeh1 Astara rayonu, Vaqo kəndi ərazisində həyətyani məqsədilə ayrılmış 0.06 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinin ayrılmaz hissəsi olan torpaqayırma sxemi sxematik tərtib olunduğundan, yəni kompleks yerquruluşu layihəsi əsasında tərtib olunmadığından həmin 0.06 ha torpaq sahəsinin sənəd üzrə sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Faktiki vəziyyətdə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-9/2024 saylı mütəxəssis rəyinə əsasən, iddiaçılar Nadirova (Məmmədova) Lalə Məmməd qızı, X3, İddiaçı1 və Quliyeva (Məmmədova) Günay Zakir qızının JN-040A KOD 80108038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətlərində olan 0.56 ha (faktiki 0.4639 ha) həyətyani torpaq sahəsi ilə Cavabdeh1 Astara rayonu Vaqo bələdiyyəsinin 29 mart 2007-ci il tarixli 03 saylı qərarı ilə həyətyani məqsədilə ayrılmış 0.06 ha torpaq sahəsinin naturada üst-üstə düşməməsi, qonşu (faktiki vəziyyətdə aralarında sərhəd xəttinin yol ilə olması müəyyən olunmuş) torpaq sahələri olması müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən, Astara rayonu Vaqo bələdiyyəsinin 29 mart 2007-ci il tarixli 03 saylı qərarı ilə Cavabdeh1 həyətyani məqsədilə ayrılmış 0.06 ha torpaq sahəsinin sənəd üzrə sərhədlərini və koordinatlarını müəyyən etmək mümkün olmadığından, həmin torpaq sahəsi ilə JN- 040A KOD 80108038 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə Nadirova (Məmmədova) Lalə Məmməd qızı, X3, İddiaçı1 və Quliyeva (Məmmədova) Günay Zakir qızının mülkiyyətlərində olan 0.56 ha (faktiki 0.4639 ha) həyətyani torpaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/538 saylı rəyindən məlum olur ki,- İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-9/2024 saylı mütəxəssis rəyinə əsasən, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı əsasında JN-040A KOD 80108038 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə Nadirova (Məmmədova) Lalə Məmməd qızı, X3, İddiaçı1 və Quliyeva (Məmmədova) Günay Zakir qızının və qeydlərinin mülkiyyətlərinə verilmiş Astara rayonunun Vaqo kəndində yerləşən 0.56 ha həyətyani torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçılar Nadirova (Məmmədova) Lalə Məmməd qızı və qeyrilərinin mülkiyyətlərinəverilmi. Sözügedən 0.56 ha həyətyani torpaq sahəsinin “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədindəki məkan göstəriciləri ilə onların faktiki istifadələrində olan torpaq sahəsinin məkan göstəriciləri arasında müəyyən qədər uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) mövcüddur. Mütəxəssis rəyinə əsasən, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına uyğun olaraq , Astara rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmişdir. Astara rayonu, Vaqo kəndinə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində sözügedən 0.56 ha torpaq sahəsi faktiki istifadə vəziyyətinə uyğun 0.4638 ha ölçüdə öz əksini tapmışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3- 43/2-9/2024 saylı mütəxəssis rəyinə əsasən, Astara rayonu Vaqo bələdiyyəsinin 29 mart 2007-ci il tarixli 03 saylı qərarı ilə Cavabdeh1 Astara rayonu, Vaqo kəndi ərazisində həyətyani məqsədilə ayrılmış 0.06 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinin ayrılmaz hissəsi olan torpaqayırma sxemi sxematik tərtib olunduğundan, yəni kompleks yerquruluşu layihəsi əsasında tərtib olunmadığından həmin 0.06 ha torpaq sahəsinin sənəd üzrə sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Faktiki vəziyyətdə istifadəsində olan torpaq sahəsinin ölçüsünün isə 0.32ha olması müəyyən olunmuşdur. Torpaq sahəsinin sənəd üzrə sərhədlərini və koordinatlarını müəyyən etmək mümkün olmadığından faktiki vəziyyətlə də müqayisəli təhlil aparmaq mümkün olmamışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi idarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3- 43/2-9/2024 saylı mütəxəssis rəyinə əsasən, iddiaçılar Nadirova (Məmmədova) Lalə Məmməd qızı, X3, X4 və Quliyeva (Məmmədova) Günay Zakir qızının JM-040A KOD 80108038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətlərində olan 0.56 ha (faktiki 0.4639 ha) həyətyani torpaq sahəsi ilə Cavabdeh1 Astara rayonu Vaqo bələdiyyəsinin 29 mart 2007-ci il tarixli 03 saylı qərarı ilə həyətyanı məqsədilə ayrılmış 0.06 ha torpaq sahəsinin naturada üst-üstə düşməməsi. qonşu fa н vəziyyətdə aralarında sərhəd xəttinin yol Jlə olması müəyyən olunmuş) torpaq sa ə ən olması müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sistemində və yerində araşdırma zamanı Torpağın mülkiyyətə verilməsinə dair 2002-ci il tarixli, JN- 040A KOD 80108038 qeydiyyat nömrəli Şəhadətnamə ilə iddiaçılar Nadirova (Məmmədova) Lalə Məmməd qızı, X3, İddiaçı1 və Quliyeva (Məmmədova) Günay Zakir qızının mülkiyyətində olan Astara rayonu, Vaqo kəndi ərazisində yerləşən 0.56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin faktiki olaraq bütövlükdə digər şəxs və ya şəxslərin istifadələrində olması müəyyən olunmuşdur. Belə ki, iddiaçı X2 mülkiyyətində olan sözügedən 0,447 ha torpaq sahəsinin 0,4038 ha hissəsinin cavabdeh X5 tərəfindən istifadə edilməsi, qalan 0,0432 ha hissəsinin isə mülki işdə adı çəkilməyən şəxs və ya şəxslər tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur İşə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Məhkəmə iddia tələbini təmin edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünəüstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Məhkəmədə iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Şərh edilənləri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/538 saylı rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçılar Nadirova (Məmmədova) Lalə Məmməd qızı, X3, İddiaçı1 və Quliyeva (Məmmədova) Günay Zakir qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən və zəbtdən azad edilməsi tələbinə dair iddiaları təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar Nadirova (Məmmədova) Lalə Məmməd qızı, X3, İddiaçı1 və Quliyeva (Məmmədova) Günay Zakir qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən və zəbtdən azad edilməsi tələbinə dair iddiaları təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-19/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-19/2024
06.06.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver