Məhkəmə qərarları › İş №2(018)-191/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-191/2023

30.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-191/2023 30.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi «Doğum faktının müəyyən edilməsinə dair» ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi «Doğum faktının müəyyən edilməsinə dair» ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 iyun 2022-ci il tarixdə Astara rayonu, Hamuşam kəndində anadan olmuş X1 doğum faktının müəyyən olmasına, atası X4, anası Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək göstərdi ki, o, X4 ilə 25 iyun 2021-ci il tarixdə faktiki nikah münasibətlərinə daxil olub evlənmişlər. Bu münasibətlərindən 13 iyun 2022-ci il tarixdə Rüqayyə adlı uşaqları doğulmuşdur. Lakin, uşağa doğum haqqında şəhadətnaməsi götürülməmişdir. Uşağın doğulmasını onun ailə üzvlərinin təsdiq edə biləcəyini bildirmişdir. Ona görə də, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Maraqlı şəxssinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməməsi səbəbi barədə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPMin 185.6-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərdi ki, o, ərizəçinin xalasıdır. 13 iyun 2022-ci il təvəllüdlü X3 adlı uşağın Astara rayonu, Hamuşam kəndində anadan olduğunu təsdiq etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki işə əlavə edilmiş Astara rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsi tərəfindən verilmiş 29 dekabr 2022-ci il tarixli, 9558 nömrəli arayışdan görünür ki, 13 iyun 2022-ci il təvəllüdlü X3 həkim tərəfindən müayinə olunmuş və praktiki sağlamdır. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, ərizəçi Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, 13 iyun 2022-ci il təvəllüdlü Ş Rüqayyə adlı uşaq anadan olmuşdur. Lakin Rüqayyə adlı uşağa “Doğum haqqında şəhadətnaməsi” götürülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Sadalanan qanunvericilik aktı normalarını hazırki mülki işə tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 13 iyun 2022-ci il təvəllüdlü Rüqayyə adlı uşağa doğum haqqında şəhadətnaməsi başqa qaydada alına bilmədiyindən onun barəsində doğum akt qeydi müəyyən edilməli və doğum akt qeydində Rüqayyə adlı uşağın doğum tarixi 13 iyun 2022-ci il, doğum yeri Astara rayonu, Hamuşam kəndi qeyd edilməklə, doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 adlı uşağın doğum tarixi 13 iyun 2022-ci il, doğum yeri Astara rayonu, Hamuşam kəndində anadan olması, soyadı «Şəmsizadə», atasının adı «X4», anasının adı «Ərizəçi» müəyyən edilsin. X3 adlı uşağın doğum tarixi 13 iyun 2022-ci il, doğum yeri Astara rayonu, Hamuşam kəndində qeyd edilməklə, doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim:Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar