Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-2/2023 09.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Mülkiyyətdə olan torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri tələb edilməsi barədə” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “Mülkiyyətdə olan torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri tələb edilməsi barədə” məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mülkiyyətdə olan 0,18 hektar torpaq sahəsinin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib izahat verərək bildirdi ki, Astara rayon Aqrar İslahat Komissiyasının 18 oktyabr 1997-ci il tarixli 88 nömrəli qərarı ilə ona və ailə üzvülərinin mülkiyyətlərinə Astara rayonu Təngərüd kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,35 hektar torpaq sahəsi verilmişdir. Mülkiyyətlərində olan həmin torpaq sahəsi barədə “Torpağın mülkiyyət hüququna dair” JN- 354 (KOD:********) nömrəli Dövlət Aktı verilmişdir. Mülkiyyətlərində olan 0,35 hektar torpaq sahəsinin cavabdehlər zəbt edərək qanunsuz olaraq tutmuşdur. Nəticədə onlar torpaq sahəsindən uzun müddətdir ki, istifadə edə bilməmişlər. Onların mülkiyyət hüquqları kobud şəkildə pozulur. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, o, iddia tələbini qəbul etmir. Belə ki, o, 04 noyabr 2011-ci il tarixli, AN-İ ******* “Daşınmaz əmlakın alqısatqı müqaviləsi”nə əsasən o, Astara rayonu Maşxan kənd sakini X1 Astara rayonu Təngərüd kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,3082 hektar torpaq sahəsini 1200 (bir min iki yüz) manata almışdır. O, həmin vaxtanda həmin 0,3082 hektar torpaq sahəsindən istifadə etməklə İddiaçı ailə üzvülərinin mülkiyyətlərində olan Astara rayonu Təngərüd kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,35 hektar torpaq sahəsini tutmamışdır. Buna baxmayaraq iddiaçı əsassız olaraq məhkəməyə müraciət etmişdir. Ona görə də, o, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahalartını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və arayışdan məlum olur ki, İddiaçı 13sentyabr 1967-ci il tarixdə anadan olmaqla ailə üzvüləri ilə birlikdə Astara rayonu Təngərüd kəndində yaşayır. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı Məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğindəki dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Mülki işə əlavə edilmiş “Torpağın mülkiyyət hüququna dair” JN-354 (KOD:********) nömrəli Dövlət Aktıdan məlum olur ki, İddiaçı və ailə üzvülərinin mülkiyyətlərinə Astara rayonu Təngərüd kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,35 hektar torpaq sahəsi verilmişdir. Mülki işə əlavə edilmiş 04 noyabr 2011-ci il tarixli, AN-İ ******* “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən məlum olur ki, Cavabdeh Astara rayonu Maşxan kənd sakini X1 Astara rayonu Təngərüd kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,3082 hektar torpaq sahəsini 1200 (bir min iki yüz) manata almışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 06 fevral 2023-cü il tarixli, 10/8652 saylı rəyindən məlum olur ki, İddiaçı məxsus torpaq sahəsinin elektron kadastr uçotu informasiya sisteminə əsasən cavabdehin torpaq sahəsi ilə qonşu olmadığı tərəflərin torpaq sahələrinin arasında JN-353 nömrəli Dövlət Aktı ilə verilmiş pay torpaq mülkiyyətçilərinin torpaq sahəsinin yerləşməsi müəyyən edilmişdir. Eyni zamanda İddiaçı iddia etdiyi torpaq sahəsinin elektron kadastr uçotu məlumat bazasına əsasən Cavabdeh məxsus torpaq sahəsi olması müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi idarəsinin 11 noyabr 2022-ci il tarixli, **********37 saylı mütəxəssis rəyinə əsasən, TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu nəlumat bazasına əsasən İddiaçı və ailə üzvülərinə məxsus mübahisəli ərazidə yerləşən 0,17 hektar (ilkin hüquqmüəyyənedici sənəddə 0,2466 hektar) pay torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olundu ki, Astara rayon Aqrar İslahat Komissiyasının 18 oktyabr 1997-ci il tarixli 88 nömrəli qərarı ilə İddiaçı və ailə üzvülərinin mülkiyyətlərinə Astara rayonu Təngərüd kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,35 hektar torpaq sahəsi verilmişdir. Bu barədə “Torpağın mülkiyyət hüququna dair” JN-354 (KOD:********) nömrəli Dövlət Aktı verilmişdir. Həmin 0,35 hektar torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilməmiş və istifadə edilmir. Odur ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. Məhkəmə iddia tələbinin “qanunsuz tutulmuş (zəbt edilmiş) torpaq sahəsinin azad edilməsi” barədə iddia tələbini rədd edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir.
1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
2. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
4. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
6. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
7. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarının 3-cü hissəsində qeyd edilir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 124.2-ci maddəsinə müvafiq olaraq iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “Mülkiyyətdə olan torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri tələb edilməsi barədə” iddiası əsassız olmasına görə rədd olunsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Mübariz Məmmədov