Məhkəmə qərarları › İş №2(018)-206/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-206/2024

23.02.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-206/2024 23.02.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X10 katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nna qarşı “Torpaq sahəsindən istifadəyə yaradılan maneələrnin aradan qaldırılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması tələbi barədə” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “Torpaq sahəsindən istifadəyə yaradılan maneənin aradan qaldırılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması tələbi barədə” məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, istifadə etdiyi Astara rayonu Binəbəy kəndində yerləşən, payıbəlli kənt təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadəyə yaradılan aradan qaldırılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə gösərdi ki, o, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğulları X6 ilə 12 dekabr 2012-ci il tarixdə fakitiki nikah münasibətinə girməklə evlənmişlər və evləndkdən sonra 4 il müddətə qaynatası Cavabdeh1 məxsus olan evdə yaşamışlar. Onun valideyinlərinin maddi köməkliyi ilə həmin kənddə cavabdehlərin mülkiyyətlərində olan “Torpağın mülkiyyət hüququna dair” JN 0760 (KOD:********) nömrəli Dövlət Aktında qeyd edilən, Astara rayonu Binəbəy kəndində yerləşən, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 1 mərtəbəli 2 otaq və hamamdan ibarət olan fərdi yaşayış evi inşa etmişlər və onlar 2015-ci ildə həmin evə köçmüşlər, habelə təsərrüfatı birgə idarə etməklə ər-arvad kimi yaşamışlar. Birgə yaşadıqları dövrdə 12 aprel 2014-cü il tarixində X2, 26 avqust 2016-cı il tarixində isə X4 adlı uşaqları doğulmuşdur. Axırıncı dəfə 06 iyul 2019-cu il tarixində onu döymüş və azyaşlı uşaqları ilə birlikdə evdən qovmuşdur. İddiaçı bu barədə Astara rayon Polis şöbəsinə şikayət etmişdir və şikayəti üzrə araşdırma aparılmışdır. Polis şöbəsində cavabdeh Ruslan Namazov təqsirini etiraf etmişdir və iltizam vermişdir ki, bir daha iddiaçını döyməyəcəkdir. O, azyaşlı uşaqlarını nəzərə alıb əri ilə barışmışdır və sonuncu onu evə aparmışdır. Lakin cavabdeh 02 avqust 2019-cu il tarixində təkrarən onu döyərək azyşalı uşaqları ilə birlikdə evindən qovmuşdur. Astara Rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli, 2(018)-865/2019 saylı qətnaməsinə əsasən 12 aprel 2014-cü il təvəllüdlü X2, 26 avqust 2016-cı il təvəllüdlü X4 adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün X1 alimentin tutulması müəyyən edilmiş və Astara Rayon Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli, 2(018)- 863/2019 saylı qətnaməsinə əsasən onun uşaqları ilə birlikdə 02 avqust 2019-cu il tarixə kimi birlikdə yaşadıqları evə köcürülməsi və həmin evdən istifadə hüquqları müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra o, uşaqları ilə birlikdə həmin evə köcürülmüş və hal-hazırda da orada yaşayır. O, evə köcdükdən sonra həmin evin yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlərlə birlikdə istifadə etməklə orada mandarin ağacları əkmiş və ot biçini həyata keçirmişdir. Ancaq son vaxtlar cavabdehlər onun həmin torpaq sahəsindən istifadə etməsinə maneə yaradırlar. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etmədi və gösərdi ki, İddiaçı oğlu X6 ilə 12 dekabr 2012-ci il tarixdə fakitiki nikah münasibətinə girməklə evlənmişlər və evləndkdən sonra 4 il müddətə ona məxsus olan evdə yaşamışlar. Sonra isə onun və ailə üzvülərinin mülkiyyətlərində olan “Torpağın mülkiyyət hüququna dair” JN 0760 (KOD:********) nömrəli Dövlət Aktında qeyd edilən, Astara rayonu Binəbəy kəndində yerləşən, 0,80 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində təsərrüfatı işləri üçün inşa etdiyi 1 mərtəbəli 2 otaq və hamamdan ibarət olan evdə yaşamışlar. İddiaçı oğlu X6 ilə aralarında olan arazılığa görə ayrılmışlar və Astara Rayon Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli, 2(018)-863/2019 saylı qətnaməsinə əsasən onun uşaqları ilə birlikdə 02 avqust 2019-cu il tarixə kimi birlikdə yaşadıqları evə köcürülməsi və həmin evdən istifadə hüquqları müəyyən edilmişdir. Ancaq onun “Torpağın mülkiyyət hüququna dair” JN 0760 (KOD:********) nömrəli Dövlət Aktında qeyd edilən, Astara rayonu Binəbəy kəndində yerləşən, 0,80 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində istifadə hüquqları müəyyən edilməmişdir. Həmin 0,80 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onların mülkiyyətindədir. Odur ki, o, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 da iddia tələbini qəbul etmədilər və Cavabdeh1 izahatına uyğun izahat verməklə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etdilər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxxx 1991-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Astara Rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli, 2(018)-865/2019 saylı qətnaməsindən məlum olur ki, 12 aprel 2014-cü il tarixində X2, 26 avqust 2016-cı il tarixində isə X4 adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün X1 hər ay, hər uşağa görə 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) sabit pul məbləğindən alimentin İddiaçı xeyrinə tutulması müəyyən edilmişdir. Mülki işə əlavə edilmiş Astara Rayon Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli, 2(018)-863/2019 saylı qətnaməsindən məlum olur ki, İddiaçı 12 aprel 2014-cü il təvəllüdlü X2, 26 avqust 2016-cı il təvəllüdlü X4 adlı uşaqları ilə birlikdə 02 avqust 2019-cu il tarixə kimi birlikdə yaşadıqları X3 istifadəsində olan, Astara rayonu Binəbəy kəndində yerləşən evə köcürülməsi və həmin evdən istifadə hüquqları müəyyən edilmişdir. Mülki işə əlavə edilmiş “Torpağın mülkiyyət hüququna dair” 0760 (KOD:********) nömrəli Dövlət Aktıdan məlum olur ki, Cavabdeh1 və ailə üzvülərinin mülkiyyətlərinə Astara rayonu Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli 01 saylı qərarına əsasən Astara rayonu Siyəkü kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,80 hektar torpaq sahəsi verilmişdir. Mülki işə əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********46, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 17 iyun 2020-ci il olan çıxarışdan məlum olur ki, Cavabdeh3 mülkiyyətində Astara rayonu Siyəkü kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoruyasına aid 0,2067 hektar torpaq sahəsi vardır. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı Məhkəməyə müraciət etmək üçün 100 (yüz) manat məbləğindəki dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olundu ki, İddiaçı X6 ilə 12 dekabr 2012-ci il tarixdə fakitiki nikah münasibətinə girməklə evlənmişlər və evləndkdən sonra 4 il müddətə qaynatasına məxsus olan evdə yaşamışlar. Sonra isə cavabdehlərin ailə üzvülərinin mülkiyyətlərində olan “Torpağın mülkiyyət hüququna dair” JN 0760 (KOD:********) nömrəli Dövlət Aktında qeyd edilən, Astara rayonu Binəbəy kəndində yerləşən, 0,80 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində təsərrüfatı işləri üçün inşa etdiyi 1 mərtəbəli 2 otaq və hamamdan ibarət olan evdə yaşamışlar. Məhkəmə qətnaməsinə əsasən İddiaçı həmin evə köcürülməsi və həmin evdən istifadə hüquqları müəyyən edilmişdir. Ancaq onun “Torpağın mülkiyyət hüququna dair” JN 0760 (KOD:********) nömrəli Dövlət Aktında qeyd edilən, Astara rayonu Binəbəy kəndində yerləşən, 0,80 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində istifadə hüquqları müəyyən edilməmiş və həmin 0,80 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlərin mülkiyyətindədir. Həmçinin iddiaçı cavabdehlərin həmin torpaq sahələrindən sərbəst istifadələrinə maneəçilik yaradılması barədə olan özbaşınalıq hərəkətlərinə son qoyulmasını tələb etmiş olsalarda həmin özbaşınalıq hərəkətlərinin nədə ifadə olunmasını göstərməmişlər və bu halları təsdiq edən subutları işə əlavə etməmişlər. Məhkəmə iclasında dindirilən iddiaçılar da həmin halları əks etdirən fikirləri bildirmədilər. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. Məhkəmə iddia tələbinin “qanunsuz tutulmuş (zəbt edilmiş) torpaq sahəsinin azad edilməsi” hissəsini rədd edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir.

1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

2. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

4. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

6. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

7. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarının 3-cü hissəsində qeyd edilir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 124.2-cimaddəsinə müvafiq olaraq iddia rədd edildikdə işə baxılması iləəlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nna qarşı “Torpaq sahəsindən istifadəyə yaradılan maneələrnin aradan qaldırılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması tələbi barədə” iddiası əsassız olmasına görə rədd olunsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar