Məhkəmə qərarları › İş №2(018)-2074/2025

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-2074/2025

23.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-2074/2025 23.12.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızı, Ərizəçi nümayəndəsi Nümayəndə Maraqlı şəxs qismində cəlb edilməklə “doğum akt qeydinə düzəliş edilməsi” barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi nümayəndəsi Nümayəndə Maraqlı şəxs qismində cəlb edilməklə “doğum akt qeydinə düzəliş edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxx 1963-cü il tarixdə Astara rayonunun Səncərədi kəndində doğulmuş Ərizəçi doğumunun qeyd edilməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1 və 152.1.2-ci maddələrinə əsasən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Ərizəçi nümayəndəsi Nümayəndə ərizəsində qeyd etmişdir ki, bacısı Ərizəçi doğumunun qeyd edilməsi faktının təsdiq edilməsini xahiş edir. İşin hallarından da görünür ki, ərizə doğum faktının müəyyən edilməsi ilə bağlıdır. Doğum faktı müəyyən edilməli olan şəxsin adından isə məhkəməyə bacısı müraciət edir. Halbuki, Ərizəçi ilə Nümayəndə bacı olmasını təsdiq edən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 19-cu maddəsinin Qeyd hissəsinə əsasən “qohum” dedikdə, babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər-arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ögey qardaş və bacının, uşağın, övladlığa götürülənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumları nəzərdə tutulur. Yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə qeyd edir ki, mülki prosessdə nümayəndə qismində yalnız yaxın qohum və ya vəkil iştirak edə bilər. Hazırki ərizə isə doğum faktının müəyyən edilməsini istəyən ərizəçinin nümayəndəsi olan bacısı tərəfindən imzalanmış və məhkəməyə verilmişdir. Belə olduğu təqdirdə isə ərizəçinin doğum faktı təsdiq edilmədən ərizəçinin bacısının onun adından ərizə vermək və ya ərizəni imzalamaq səlahiyyəti yoxdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alındığından, ərizəçinin ödədiyi 100 manat məbləğində dövlət rüsumu da onun özünə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 306.1, 149, 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Ərizəçi nümayəndəsi Nümayəndə Maraqlı şəxs qismində cəlb edilməklə “doğum akt qeydinə düzəliş edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Nümayəndə tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Ərizəçiyə qərardadın təsviri hissəsində göstərilən çatışmazlıq aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququnun olması izah olunsun. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara Rayon Məhkəməsinə (elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar