Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-22/2024 09.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X2 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 və Cavabdeh Xalıq oğlunun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh Xalıq oğluna qarşı “torpaq sahəsindən çıxarılma tələbinə dair” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Xalıq oğluna qarşı “torpaq sahəsindən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Astara rayonu, Çayoba kəndində (əvvəliki Telman kəndində) yerləşən və ona məxsus torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi Vəkil1 iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onun əsaslandırmışdır ki, onun Astara rayonu, Cayoba kəndində (əvvəliki Telman kəndi) torpaq sahəsi vardir. Bu barədə ona Azərbaycan Respubliksi Əmlak Məsələləri Dövlət Komitəsinin yaninda DƏDRX-nin Hüquqlarin Dövlət Qeydiyyati Haqqinda Daşinmaz Əmlakin Dövlat Reyestrindən ******* saylı çıxarış da verilmişdir.Lakin ona məxsus torpaq sahəsi basqa bir şəxs-Cavabdeh tərəfindən zəbt edilmişdir. Bu barədə Daşınmaz Əmlakin Dövlat Kadastri va Reyestri Publik Hüqiqi Səxsi 10 sayl·Lənkəran Ərazi İdarəsinin məktubundan aydın görünür (həmin məktubun surətini ərizəyə əlavə edir). O, Cavabdeh, ona məxsus torpaq sahəsindən cixmasi ilə əlaqədar müraciət etsədə, bu nəticəsiz qalmışdır. Bu da onların psixoloji və maddi vəziyyətlərinin pisləşməsinə səbəb olur. Bu barədə o, müxtalif orqanlara müraciət etsə də bunun məhkəməyə aid olunduğu ona bildirilmisdir. Bu səbabdən də Cavabdeh ona məxsus torpaq sahəsindən çixarılma tələbi ilə məhkəməyə müraciət etmək qərarina gəlmişdir. Ümudi ancaq məhkəməyədir. Cavabdeh Astara rayonu, Çayoba kəndində (əvvəliki Telman kəndində) yerləşən və ona məxsus torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh Xalıq oğlunun nümayəndəsi Vəkil2 iddianı qəbul etməyərək bildirdi ki, təmsil etdiyi Cavabdeh Xalıq oğlunun da həmin yerdə torpaq sahəsi var. Təkrar ekspertizanın keçirilməsini xahiş edir. Əlavə olaraq bildirdi ki, təmsil etdiyi şəxs torpaq sahəsini alqı-satqı nəticəsində alan zaman ona həmin torpaq sahəsini göstərmişlər. Odur ki, o, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı vəkili və nümayəndəsi Vəkil1 və Cavabdeh Xalıq oğlunun vəkili və nümayəndəsi Vəkil2 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin ******* kodlu çıxarışından məlum olur ki, Astara rayonu, Çayoba (keçmiş Telman) kəndi ərazisində yerləşən 0,447 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 30 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7569 saylı rəyindən məlum olur ki, torpaqların elektron kadastr uçotu informasiya sistemində və yerində araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ilə İddiaçı mülkiyyətində olan Astara rayonu, Çayoba (keçmiş Telman) kəndi ərazisində yerləşən 0,447 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin faktiki olaraq bütövlükdə digər şəxs və ya şəxslərin istifadələrində olması müəyyən olunmuşdur. Belə ki, İddiaçı mülkiyyətində olan sözügedən 0,447 ha torpaq sahəsinin 0,4038 ha hissəsinin Cavabdeh Xalıq oğlu tərəfindən istifadə edilməsi, qalan 0,0432 ha hissəsinin isə mülki işdə adı çəkilməyən şəxs və ya şəxslər tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur İşə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, İddiaçı xüsusi mülkiyyətində olan Astara rayonu, Çayoba (keçmiş Telman) kəndi ərazisində yerləşən 0,447 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,4038 ha hissəsinin Cavabdeh Xalıq oğlu tərəfindən istifadə edilir. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 30 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7569 saylı rəyi ilə təsdiq edilmişdir. Ona görə də Məhkəmə belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddia tələbini təmin edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünəüstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Heydərov X1 Ayna Adış qızına məxsus olan Astara rayonu, Çayoba kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,4038 ha hissəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Heydərov X1 Ayna Adış qızına məxsus olan Astara rayonu, Çayoba kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,4038 ha hissəsindən çıxarılsın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : İlqar Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-22/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-22/2024
09.01.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver