Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-226/2023 18.01.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi X4, Ərizəçi X1 Maraqlı şəxsnə qarşı “hüquq əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyənetdi: Ərizəçi X3 Maraqlı şəxsnə qarşı “hüquq əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi X3 tərəfindən həmin faktın təstiqi ilə əlaqədar Maraqlı şəxsnə müraciət etməsi və ona imtina edilməsi barədə heç bir sənəd işə əlavə etməmişlər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1.-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və ərizəçi X2 ərizənin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 308, 152.1, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Ərizəçi X1 Maraqlı şəxsnə qarşı “hüquq əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçi X2 izah edilsin ki, iddia ərizəsinin qaytarlımasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-226/2023
Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-226/2023
18.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver