Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-226/2025 05.05.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, İddiaçı, nümayəndəsi X7, Cavabdeh, Astara RİHB yanında Qəyyumluq və Himayə komissiyasının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı X8 görə yaranmış aliment borcunun silinməsi, 03 iyun 2014cü il təvəllüdlü X5 yanında qalmasının müəyyən edilməsi və onun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 230 manat sabit pul məbləğində aliment tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin faktiki halları:
1. Tərəflər 2013-cü il tarixdə ailə həyatı qurmuşlar. xx.xx.2015-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2014-cü il tarixdə X9 və xx.xx.2016-cı il tarixdə X10 adlı uşaqları anadan olmuşdur.
2. Tərəflərin nikahı Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(018)- 447/2024 saylı qətnaməsi ilə pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2014-cü il tarixdə anadan olmuş X9 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X10 iddiaçının yanında saxlanılması, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 180 (yüz səksən) manat olmaqla, iki uşağa görə cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin İddiaçı alınıb Cavabdeh verilməsi qət edilmişdir.
3. Hazırda yetkinlik yaşına çatmayan uşaqlardan xx.xx.2016-cı il tarixdə anadan olmuş X10 anası Cavabdeh ilə, xx.xx.2014-cü il tarixdə anadan olmuş X9 isə atası İddiaçı ilə birlikdə yaşayırlar.
4. Astara RİHB yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2025-ci il tarixli rəyində X5 yaşı və mənafeyi nəzərə alınaraq, anası Cavabdeh yanıda qalması məqsədəmüvafiq hesab edilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
5. İddiaçı 06 sentyabr 2024-cü il tarixli 2(018)-447/2024 saylı qətnaməsinə dəyişiklik edilməklə X8 görə yaranmış aliment borcunun silinməsi, 03 iyun 2014-cü il təvəllüdlü X5 yanında qalmasının müəyyən edilməsi və onun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 230 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq xeyrinə verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı iddia ərizəsində bildirmişdir ki, Cavabdeh ilə faktiki olaraq 2013-cü il tarixdə ailə həyatı qurmuşlar. xx.xx.2015-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2014-cü il tarixdə X9 və xx.xx.2016-cı il tarixdə X10 adlı uşaqları anadan olmuşdur. Cavabdeh ilə xx.xx.2024-cü il tarixə kimi bir təsərrüfatda yaşamışlar. Ər-arvad münasibətlərinin pozulması üçün heç bir əsaslı səbəblər olmadan Cavabdeh xx.xx.2024-cü il tarixdə xx.xx.2016-cı il təvəllüdlü Nazlı Məmmədovanı özü ilə apararaq evdən çıxmışdır. Cavabdeh və uşaqlar xx.xx.2024-cü il tarixə kimi onun yanında yaşamışlar. Onların bütün xərcini özü ödəmişdir. Hazırda ona məlum olur ki, birgə yaşadıqları müddətdə Cavabdeh onun xəbəri olmadan nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(018)-447/2024 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş və uşaqların saxlanılması üçün hər ay hər uşağa 180 manat olmaqla iki uşağa görə 360 manat sabit pul məbləğində alimentin ondan alınaraq cavabdehə verilməsi qət edilmişdir. Məhkəmə iştirakı və xəbəri olmadan işə baxmış, uşaqlardan xx.xx.2024-cü il təvəllüdlü X5 yanında yaşamasına və onların bütün xərclərini ödəməsinə baxmayaraq əsassız olaraq aliment tutulmasının əvvəlini xx.xx.2024-cü il tarixdən hesab etmişdir. Həqiqətən xx.xx.2014-cü il təvəllüdlü X9 yanında, digər övladı xx.xx.2016-ci il təvəllüdlü X10 isə xx.xx.2024-cü il tarixdən anası Cavabdeh ilə yaşayır. Hesab edir ki, Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(018)447/2024 saylı qətnaməsində dəyişiklik edilməli xx.xx.2014-cü il təvəllüdlü X5 yanında saxlanılması müəyyən edilməli və onun saxlanılması üçün aliment qət edilməlidir.
7. İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, X8 görə yaranmış aliment borcunun silinməsi, 03 iyun 2014-cü il təvəllüdlü X5 yanında qalmasının müəyyən edilməsi və onun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 230 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq xeyrinə verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, Cavabdeh Astara rayon İcra və Probasiya X1 görə yığılmış aliment borcun silinməsi barədə ərizə verdiyini, bu səbəbdən iddia tələbinə X8 görə yaranmış aliment borcunun silinməsi hissəsində xitam verilməsini məhkəmən xahiş etmişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
7. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
8. İddiaçı məhkəmə baxışı zamanı izahat verərək iddianın X8 görə yaranmış aliment borcunun silinməsinə dair hissəsindən imtina etdiyini, iddia tələbini qalan hissədə müdafiə etdiyini bildirmişdir.
9. İddiaçının nümayəndəsi X12 məhkəmə iclasında İddiaçı ilə eyni məzmunlu izahat vermişdir.
10. Məhkəmə iclasında Astara RİHB yanında Qəyyumluq və Himayə komissiyasının nümayəndəsi X2 iştirakı ilə fikri dinlənilən X9 izahat verərək bildirmişdir ki, onun 11 yaşı var. Hal-hazırda atası ilə qalır. Anası ilə az-az görüşür. Həm atası həm də anası ilə qalmaq istəyir. Məmmədova Nazlı onun bacısıdır. Uzun müddətdir ki bacısı ilə görüşmür. Bacısı üçün çox darıxır.
11. Cavabdeh məhkəmə baxışı zamanı izahat verərək bildirmişdir ki, X8 görə yaranmış aliment borcunun silinməsi hissəsində Astara Rayon İcra və Probasiya Şöbəsində ərizə yazaraq bugünədək yığılan aliment pulundan imtina etmişdir. İddia tələbini qalan hissədə qəbul etmir, iddia tələbinin təmin edilməməsini xahiş edir.
12. Məhkəmə iclasında Astara RİHB yanında Qəyyumluq və Himayə komissiyasının nümayəndəsi X3 izahat verərək Astara RİHB yanında Qəyyumluq və Himayə Komisiyasının rəyini müdafiə edərək uşağın ananın yanında qalmasının məqsədəmüvafiq olduğunu bildirdi.
Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi
13. Maddə 49.2 Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir.
14. Maddə 49.3 Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir.
15. Maddə 52 Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır.
16. Maddə 60.4 Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərindən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə alınmaqla həll edilir.
17. Maddə 60.3 Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
21. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsinin, cavabdehin Astara RİHB yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsinin izahatını, habelə yetkinlik yaşına çatmamış uşağın fikirini dinləyib, iddianın dəlillərini, eləcə də iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir.
22. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və ədalətli həll edilməsi baxımından ilk növbədə, yetkinlik yaşına çatmayan uşağın hüquq və mənafelərinin qorunması və daha üstün tutulması, tərəflərin maddi və həyat şəraiti, ailədə davranışı, valideynlərin uşaqla münasibəti, uşağın təhsili, mənzil şəraiti ilə bağlı olan hallar araşdırılmaqla mübahisəyə qiymət verilməlidir.
23. Uşağın hansı valideyinin yanında qalmasının onun hüquq və mənafeyinə daha uyğun olmasının müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən iş Astara rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmişdir. Komissiya tərəfindən tərəflərin həyat şəraiti yoxlanılmış, uşağın cavabdehlə birlikdə qalması üçün əlverişli şəraitin olması müəyyən edilmişdir.
24. Astara rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2025-ci il tarixli Müayinə aktında qeyd edilmişdir ki, Rayon İcra hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaq və ailələrlə iş üzrə məsləhətçi-psixoloqu X2 iştirakı ilə Astara şəhər sakini İddiaçı həyat şəraitinin öyrənilməsi ilə əlaqədar hal-hazırda yaşadığı mənzildə olmuşlar. İddiaçı yaşadığı mənzil bir otaqdan ibarətdir. Ev normal kommunal şəraitə malikdir. İddiaçı övladı ilə birlikdə yaşayır. İddiaçı maşın ustasıdır. Ailənin maddi vəziyyəti qənaətbəxşdir.
25. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 8-2/2016 saylı, 28 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum Qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar.
26. Beləliklə, məhkəmə işin hallarını və iş materiallarında olan sübutları məcmu halda qiymətləndirərək, habelə azyaşlı uşağın hüquq və mənafelərini nəzərə alaraq hesab edir ki, hazırki iddia tələbi ilə bağlı Astara rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilmiş, uşaqların yaşayış yeri və aliment məsələsi həll edilmişdir. Hazırda iddiaçı X5 yanında qalmasını əsas gətirərək məhkəmədə iddia qaldırsa da məhkəmə qətnaməsi qəbul edilən zaman uşaqların yaşayış yerinin ananın yanı olması barədə dəyişilmiş əsasların nədən ibarət olmasını məhkəməyə bildirməmiş, bu barədə sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin, iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına mane olmaqla uşağı anasına verməmiş, yanında saxlamış və hazırki iddia üzrə əsas yaratmağa çalışmışdır. Məhkəmə uşağın ana qayğısıyla bacısı ilə birlikdə böyüməli olduğunu və uşağın üstün mənafeyini nəzərə alaraq hesab edir ki, X5 anası iş üzrə cavabdeh olan Cavabdeh yanında saxlanılması məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən iddia tələbi rədd edilməlidir.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Bəxtiyar Məmmədov