Məhkəmə qərarları › İş №2(018)-229/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-229/2025

22.01.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-229/2025 22.01.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2, Cavabdeh “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Cavabdeh iştirakları ilə, İddiaçı cavabdehlər “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs və Cavabdeh qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə Astara rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Cavabdeh imzaladığı xx.xx.2024-cü il tarixli 18-1-26/3-1-1018/2024 saylı əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə iş stajının bərpa olunması, əmək haqqının tam ödənilməsi və Astara rayon X10 hüquqi şəxsin İSX şöbəsinin Siyəkü ASM bölməsində tibb bacısı vəzifəsinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin İSX şöbəsinin Siyəkü ASM bölməsində tibb bacısı vəzifəsində 2004-cü ildən 2024cü ilədək 20 il qüsursuz işləmişdir. Heç vaxt işində nöqsanı olmamış, heç vaxt barəsində hər hansı tənbeh tədbiri olmamışdır.xx.xx.2024-cü il tarixdə işində olarkən Astara rayon Siyəkü kənd X13 rəhbərliyinin ona qarşı ədalətsiz münasibətsizliyi affekt vəziyyətə düşməyilə nəticələnmişdir. Belə ki, Siyəkü kənd ASM-nin rəhbəri Surxay Məmmədov həyat yoldaşı X3 pul borclu olduğu üçün aralarında mübahişə yaranmış, Astara rayon Siyəkü kənd X13 rəhbəri Surxay Məmmədov mübahisəni çalışdığı Dövlət müəssəsinə daşımaqla mübahisəyə balavasitə onu qarışdırmışdır. ASM-in rəhbərliyi bilərəkdən Dövlət müəssisəsində mübahisəni pik həddinə gətirərək qisas almaq məqsədilə yaratdığı vəziyyətdən faydalanmaqla onun məcburi işdən azad olunmağı barədə ərizə yazmağını tələb etmiş və yazdırmışdır. Həmin vaxt huşumu itirib yerə yıxıldığı üçün hadisə yerinə təcili tibbi yardım biriqadası cəlb olunmuşdur. xx.xx.2024-cü il tarixdə işdən azad olunmağı barədə yazdığı ərizədə səhətilə bağlı problemin yarandığınıda qeyd etmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən əmək münasibətləri əmək qanunvericiliyi ilə tənziməndiyindən Əmək Məcəlləsinin 69.4 cü maddəsini rəhbər tutaraq, xx.xx.2024-cü il tarixdə affekt vəziyyətdə yazmış olduğu ərizəsinin geri götürülməsini, daimi işinə davam etmək istədiyi barədə (növbəti iş günü) yǝni, xx.xx.2024-cü il tarixində işə götürənə yeni ərizəylə rəsmi poçt vasitəsilə müraciət ünvanlamışdır. İşə götürən yəni, Astara rayon X10 hüquqi şəxsin direktoru olan Cavabdeh isə dərhal yəni, həmin gün onun işdən azad edilməsi barədə heç bir xəbərdarlıq etmədən əmr imzalamış və onunla bağlanan əmək müqaviləsinə xitam vermişdir. O isə xx.xx.2024-cü, xx.xx.2024- cũ, xx.xx.2024-cü il tarixlərində işdə olmuş və işçilərin gündəlik işə davamiyyəti kitabına imza etmişdir. Vəzifəsinə hər hansı başqa şəxsin təyin olunması ilə bağlı ona rəsmi və ya qeyri rəsmi məlumat verilmədən işindən azad edilməsi faktı qanuna zidd xarakterizə olunur. Astara rayon X10 hüquqi şəxsin direktoru olan Cavabdeh xx.xx.2024-cü il tarixli ərizəyə xx.xx.2024-cü il tarixində cavab yazaraq bildirmişdir ki, onunla bağlanan müqaviləyə dərhal yəni, xx.xx.2024-cü il tarixində xitam verilmiş və yerinə X11 işə götürülmüşdür. Hesab edir ki, barəsində verilmiş qərar yolverilməzdir, əmək məcəlləsilə tənzimlənməlidir. Göründüyü kimi mövcud özbaşınalıq və qanunsuzluq korrupsiya əməllərinin mövcudluğundan xəbər verir. Belə ki, Astara rayon X10 hüquqi şəxsin direktoru olan Cavabdeh yazmış olduğu 12 avqust 2024-cü il tarixdə yenidən işə bərpa barədə ərizəsinə baxmayaraq, vəzifəsinə X4 tez tələsik təyin etməklə Azərbaycan Respublikası qanunlarını və mövcud qanunvericiliyin tələblərini qəsdən pozmuşdur. Cavabdeh və Surxay Məmmədov birləşərək Siyəkü ASM-də vakant yer yaratmaq məcburiyyətində qalıblar, çünki X1 veriblər ki, onu təbibə, yəni mənə məxsus yerə təyin edəcəklər. Bu iki rəhbər şəraitdən istifadə edərək, X4 onun vəzifəsinə təyin ediblər. Bundan başqa onu işdən çıxarmağı barədə xx.xx.2024-cü ildə ərizə yazanda həftənin 6-cı günü olmuşdur. Bazar günü xx.xx.2024-cü il və birinci gün yəni avqust ayın 12,13,14-də yenidən ərizə verməyi ilə bağlı işdə olmuş, Siyəkü kənd ASM-də davamiyyət kitabına imza atmışdır. Həmin imzalar Cavabdeh göstərişinə əsasən silinmişdir. Bu başqa qanun pozuntusudur. Göstərdiklərinə əsasən cavabdeh olaraq “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Cavabdeh imzaladığı xx.xx.2024-cü il tarixli 18-1-26/3- 1-1018/2024 saylı əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə iş stajının bərpa olunması, əmək haqqının tam ödənilməsi və Astara rayon X10 hüquqi şəxsin İSX şöbəsinin Siyəkü ASM bölməsində tibb bacısı vəzifəsinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək cavabdehlər olaraq “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi və Cavabdeh qoymaqla “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Cavabdeh imzaladığı xx.xx.2024-cü il tarixli 18-1-26/3-1-1018/2024 saylı əmrin ləğv edilməsi,məcburi iş buraxmaya görə iş stajının bərpa olunması, əmək haqqının tam ödənilməsi və Astara rayon X10 hüquqi şəxsin İSX şöbəsinin Siyəkü ASM bölməsində tibb bacısı vəzifəsinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X6 iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbini müdafiə etdiyini bildirərək, iddia tələbinə mahiyyəti üzrə baxılıb iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, İddiaçı xx.xx.2024-cü il tarixində işdən azad olunması barədə ərizə ilə yazılı müraciət etmiş, ərizəsində həmin tarixində əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixi (şənbə günü) onun iş günü hesab edilmədiyi üçün xx.xx.2024-cü il istirahət gününə təsadüf etdiyindən xx.xx.2024-ci tarixində İddiaçı əmək müqaviləsinə tərəfindən Əmək Məcəlləsinin 68.2.a (tərəflərdən birinin təşəbbüsü) maddəsinə əsasən xitam verilmişdir. İddiaçının qeyd etdiklərini doğru hesab etmir. İddiaçı ərizəsində işdən azad edilməsini özü xahiş edib. Təcili yardımla bağlı qeyd etdiyinə gəlincə isə bildirir ki, özü də səhhətində əvvəllər də problemlər olduğunu bildirmişdir. Buna affekt vəziyyəti demək olmaz. Çünki özünün də ərizəsində qeyd etdiyi kimi səhhətində problem yaranır, bunu isə affekt vəziyyəti kimi qiymətləndirməsi əsassızdır. İşlədiyi Siyəkü ASM-nin bölmə müdiri tərəfindən Astara rayon Mərkəzi Xəstəxanasına təqdimat daxil olmuşdur. Təqdimatda İddiaçı işə gəlmədiyi, işə gəlmədiyi ilə bağlı hər hansı üzürlü səbəbə dair sənəd təqdim etmədiyi və tədbir görülməsi xahiş edilmişdir. Hətta bölmə müdiri tərəfindən bununla bağlı Akt da tərtib edilmişdir. Tərəfindən məsələnin araşdırılması üçün İddiaçı Astara rayon Mərkəzi Xəstəxanasına dəvət edilmişdir. İzahat verməsi tələb edilməsinə baxmayaraq izahat verməkdən imtina etmişdir. xx.xx.2024-cü il tarixli, 223 nömrəli məktubla Astara SİHİ şurasının sədri Emin Məmmədova tərəfindən məktub ünvanlanmışdır ki, həmin işçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad edilməsi üçün münasibət bildirilsin. Astara rayon SİHİ şurası İddiaçı dəvət etməsinə baxmayaraq gəlməmişdir. Astara SİHİ şurasının sədri Emin Məmmədov tərəfindən xx.xx.2024-cü il tarixli 12 nömrəli qərarla həmin işçinin 70-ci maddənin ç bəndi ilə ilə deyil, digər inzibati tənbeh verilməsi ilə əvəz edilməsi barədə qərar qəbul edilmişdir. Tərəfindən humanist addım atılaraq bununla bağlı tədbir görməmiş, lakin, işçi özünün işə gəlmədiyini və bunun məsulliyət yaradacığını bildiyi üçün nə onun nə də Astara SİHİ şurasının sədrinin qəbuluna gəlməmişdir. İddiaçı işdən azad edildiyini bildiyi halda bir neçə gün ardıcıl olaraq öz iş yerinə gəldiyi görüntüsü yaratmaq üçün ASM-nin böyük tibb bacısına və digər işçilərə bildirmədən bilərəkdən davamiyyət kitabına imza etmişdir. Tərəfindən araşdırma aparıldıqda böyük tibb bacısının vəzifəsini layiqincə yerinə yetirmədiyi üçün humanist addım ataraq həmin işçiyə daha ağır inzibati tənbeh deyil yüngül tənbeh verilməsinə qərar vermişdir (Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndi il). İddiaçının ərizəsini geri götürməsi barədə ərizəsi 19 avqust 2024-cü il tarixində “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə daxil olmuşdur. İddiaçı ərizəsində Əmək Məcəlləsinin 69.4-cü maddəsinə əsaslanmışdır. Tərəfindən işçi işə qaytarılmamışdır. Çünki Əmək Məcəlləsinin 69.4-cü maddəsinə əsasən işdən azad olunması üçün ərizəsində konkret xx.xx.2024-cü il tarixində işdən azad olunmasını xahiş etmişdir. Belə olduğu halda 1 ay xəbərdarlıq müddəti nəzərə alınmır. Eyni zamanda İddiaçı işlədiyi müddətdə intizamsız işçi kimi tanındığına görə işə qəbul edilməsi tərəfindən məqsədəuyğun hesab edilməmişdir. İddiaçının iddiasında qeyd etdiyi tələblər əsassızdır. Ona görə də İddiaçı iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialında olan, xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, İddiaçı “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Cavabdeh ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixində səhhətində yaranan problemlə əlaqədar işdən azad olunmasını xahiş etmişdir. İş materialında olan, xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, İddiaçı “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Cavabdeh ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixli ərizəsinin əsassız hesab edilərək, müddətsiz müqavilə əsasında çalışdığı, yəni daimi iş yeri olan Siyaku ASM-də tibb bacısı olaraq müddətsiz əmək fəaliyyətini davam etdirməyinə razılıq verilməsini xahiş etmişdir. İş materialında olan, əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli 18- 1-26/3-1-1018/2024 nömrəli əmrin surətindən görünür ki, “Siyakü KHM” bölməsində “tibb bacısı” vəzifəsində işləyən X12 ilə bağlanmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 68.2. “a”-tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. İş materialında olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Lənkəran-Astara regional şöbəsinin İddiaçı müraciətinə dair 05 noyabr 2024cü il tarixli məktubundan görünür ki, İddiaçı qanunsuz işdən azad olunması barədə müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Lənkəran-Astara regional şöbəsində baxılmış, İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənin əmri ilə razılaşmadığı təqdirdə məhkəmə orqanına meüraciət etrmək hüququnun olaması izah edilmişdir. İş materialında olan, “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 29 avqust 2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixli ərizəyə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən 12 avqust 2024-cü il tarixində əmək müqaviləsinə xitam verilmiş, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 19 mart 2021-ci il tarixli PHŞ/1-2-2021-5020 saylı məktubuna əsasən əmək müqaviləsinə xitam verilməsi nəticəsində yaranmış vaxant tibb bacısı (qardaşı) vəzifəsinə Səhiyyə xidmətlərinin təşkili şöbəsində tibb bacısı (qardaşı) vəzifəsində çalışan X11 təyin edilmişdir. Hal-hazırda Siyakü ASM bölməsində tibb bacısı ixtisaslı vakant ştat olmadığı üçün onun işə bərpa edilməsi mümükün deyil. İş materialında olan, Astara RİHB-nın Siyakü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 18 noyabr 2024-cü il tarixli Arayışından görünür ki, İddiaçı həqiqətən Astara rayonunun Vaqo kəndində yaşayır. İş materialında olan, Əmək kitabçasının təhvil verilməsi haqqında xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı əmək kitabçası və əmək müqaviləsinə xitam verilməsi barədə bildirişi poçt vasitəsi ilə Astara rayonunun Vaqo kəndində yaşayan İddiaçı göndərilmişdir. İş materialında olan, Siyakü ASM-nin bölmə müdiri Surxay Məmmədov tərəfindən “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli Təqdimatdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixindən işə gəlməməsi, işə gəlmədiyi ilə bağlı hər hansı üzürlü səbəbə dair sənəd təqdim etməməsi üçün ciddi nəzarətə götürülməsi xahiş edilmişdir. İş materialında olan, “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Cavabdeh tərəfindən X7 ünvanlanmış 31 iyul 2024-cü il tarixli məktubdan görünür ki, “xx.xx.2024cü il tarixdən etibarən dəfələrlə telefon vasitəsi ilə İR şöbəsinin müdiri Süleymanova Natiqə tərəfindən xəstəxana direktorunun qəbuluna dəvət olunmağınıza baxmayaraq qəbula gəlməkdən imtina etməsi, xx.xx.2024-cü il saat 10:00-da “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Orxan Əmənullayevin qəbulunda olmasının vacib olduğu, gəlməyəcəyi təqdirdə haqqında ciddi tədbir görüləcəkdir” məzmunlu məktubla X8 çağırış edilmişdir. İş materialında olan “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Cavabdeh tərəfindən Astara rayon SİHİ şurasının sədrinə ünvanlanmış 07 avqust 2024-cü il tarixli məktubdan görünür ki, "Astara rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin İSX şöbəsinin Siyakü ASM bölməsində tibb bacısı (qardaşı) vəzifəsində çalışan Şirvanova (Ağalıyeva) Vüsalə Akif qızı xx.xx.2024-cü il tarixində tərtib olunmuş akta əsasən heç bir üzrlü səbəb göstərmədən xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək xəbərdarlıqlara və edilən çağırışlara baxmayaraq işə gəlməmişdir. Bu müddət ərzində Siyakü ASM bölməsinin bölmə müdiri Surxay Məmmədov işçi ilə əlaqə saxlamış, lakin Şirvanova (Ağalıyeva) Vüsalə Akif qızı xx.xx.2024-cü il tarixində xəstəliyi ilə əlaqədar işə çıxacağını bildirmişdir. Bu məsələ ilə bağlı işçidən izahat alınması üçün xəstəxanaya dəvət edilmişdir (xx.xx.2024-cü il tarixində göndərilmiş məktub və xx.xx.2024-cü il tarixində göndərilmiş teleqram). Lakin Şirvanova (Ağalıyeva) Vüsalə Akif qızı edilən çağrışlara önəm verməmişdir. Onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinə münasibət bildirilməsi xahiş edilmişdir. İş materialında olan Astara rayon SİHİ şurasının 10 avqust 2024-cü il tarixli, 12 nömrəli protokolundan Çıxarışın surətindən görünür ki, Astara RMX-nin direktoru Cavabdeh tərəfindən Siyakü ASM bölməsinin tibb bacısı (qardaşı) vəsifəsində işləyən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi, digər intizam tənbehi ilə əvəz olunmuşdur. İş materialında olan “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Cavabdeh tərəfindən imzalanmış 18 sentyabr 2024-cü il tarixli Əmrdən görünür ki, “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin İSX şöbəsinin Siyakü ASM bölməsində böyük tibb bacısı (qardaşı) vəsifəsində çalışan X9 davamiyyət jurnalında etdiyi pozuntuya görə şəxsi işinə əlavə edilməklə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən yazılı xəbərdarlıq edilmişdir. İş materialında olan praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən AT085728 nömrəli sertifikasiya şəhadətnaməsindən görünür ki, İddiaçı 26 iyul 2023-cü il tarixdə orta tibb işçilərinin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində tibb bacısı ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. İş materialında olan, videodiskdən görünür ki, iddiaçı 16 iyul 2024-cü il tarixdə Astara rayon Mərkəzi xəstəxanasının direktoru direktoru Cavabdeh qəbulunda olmuşdur. Həmin vaxt direktor və iddiaçının nümayəndəsi arasında mübahisə baş vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hisəsinə əsasən əmək münasibətləri əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Əmək Məcəlləsinin 9-cu maddəsinin a bəndinə əsasən sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq işçinin əsas hüquqlarından biri kimi müəyyən edilmişdir. Əmək Məcəlləsinin 11-ci maddəsinin a və b bəndinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqları kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsi, “a” bəndi). Əmək münasibətləri üzrə tərəflərdən biri qismində işəgötürən çıxış edir və işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları ƏM-nin 70-ci maddəsində nəzərdə tutulur. ƏM-nin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci və 2-ci hissəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 69-cu maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Əmək Məcəlləsinin 187-ci maddəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə, işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı “Siyakü KHM” bölməsində “tibb bacısı” vəzifəsində çalışmışdır. Onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndində əsasən, tərəflərdən birinin təşəbbüsü əsası ilə xitam verilmişdir. Sadalanan qanunvericilik normalarına əsasən, məhkəmə qeyd edir ki, təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, işçi ilə əmək müqaviləsinə xitam verilərkən qanunvericiliklə müəyyən olunmuş qaydaların tələblərinə əməl olunmamış, işəgötürən tərəfindən işçi ilə Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi üçün xəbərdarlıq müddəti gözlənilməmiş, həmçinin işəgötürən tərəfindən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq edilməmiş və edilməsi barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, işçi tərəfindən yazılan işdən azad olunması ilə bağlı ərizədə işçi xx.xx.2024-cü il tarixdə səhhətilə bağlı yaranan problemə görə əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Lakin, işəgötürən tərəfindən əmək müqaviləsinə 12 avqust 2024cü il tarixdə xitam verilməsi və işçinin vəzifəsinə digər işçinin götürülməsi ilə bağlı işçiyə heç bir yazılı xəbərdarlıq edilməmişdir. Halbuki, əmək qanununvericiliyi imperativ olaraq rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlığı vacib hesab edir və əks təqdirdə əmək müqaviləsinin ləğv edilməsinə yol vermir. Cavabdeh tərəfin əmək müqaviləsinə iddiaçının xahişi ilə ərizəsində qeyd edilən gündə xitam verilməsi iddiasına münasibətdə məhkəmə qeyd edir ki, bu, cavabdeh tərəfin özünümüdafiəməqsədilə istifadə etdiyi, söz oyunudur. Belə ki, ərizədən də görünür ki, iddiaçı 10 avqust 2024-cü il tarixdə səhhətində yaranan problemə görə işdən azad olunması ilə bağlı ərizə ilə müraciət edir və əmək müqaviləsinə xitam verilməsini xahiş edir. İş materiallarından da göründüyü kimi, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə 12 avqust 2024-cü il tarixdə işəgötürənə müraciət edərkən əmək müqaviləsinin ləğv edilməsindən xəbərsiz olmuş, hətta 12, 13, 14 avqust tarixlərdə iş yerində olmuş, davamiyyət jurnalına imza çəkmişdir. Cavabdeh tərəfin digər işçinin məsuliyyətsizliyi səbəbindən iddiaçı tərəfindən davamiyyət jurnalına qol çəkildiyini və buna görə də həmin işçinin barəsində yazılı xəbərdarlıq tətbiq edildiyi məsələsinə münasibətdə isə məhkəmə qeyd edir ki, hər nəqədər işəgötürən və işçi əmək münasibətlərinin bərabərhüquqlu tərəfləri olsalar da, işəgötürənlə işçi arasında tabeçilik münasibətləri mövcuddur ki, məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, iddiaçı ilə işəgötürən arasında mübahisəli vəziyyət mövcud olmuşdur, buna görə də, məhkəmə sözügedən yazılı xəbərdarlığı formal xarakterli hərəkət hesab edərək, işəgötürən tərəfindən öz işinin qüsursuzluğunu isbat etməyə çalışan addım kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə olunmuş videogörüntüdən, tərəfə ünvanlanmış məktublardan bir daha təsdiq olunur ki, iddiaçı ilə işəgötürən arasında mübahisəli vəziyyət mövcud olmuşdur. İşəgötürən tərəfindən iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndində əsasən işdən çıxarılmasına münasibət bildirilməsi ilə bağlı Astara rayon SİHİ şurasına müraciəti və 10 avqust 2024-cü il tarixli Astara rayon SİHİ Şurasının cavabından da bir daha təsdiq olunur ki, iddiaçıya iddia etdiyi kimi əmək müqaviləsinə məcburi xitam verilməsi ilə bağlı ərizə yazması ilə bağlı təziqlər edilməsi ağlabatandır. Beləliklə, əmək müqaviləsinə xitam verilməsinə səbəb olmuş hallar, hüquqi faktlar işəgötürən tərəfindən hər hansı yetərli sübutla əsaslandırılmamış, iddiaçıya işdən azad olunması ilə bağlı ərizə verdiyi üçün vəzifəsinin başqa bir işçiyə təklif olunması ilə bağlı yazılı xəbərdarlıq edilməsi ilə bağlı sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2024-cü il tarixli, 18-1- 26/3-1-1018/24 №-li “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrin ləğv edilməsi və İddiaçı Astara rayon X10 hüququi şəxsin “Siyakü KHM” bölməsində tibb bacısı vəzifəsinə bərpa edilməsi, İddiaçı xx.xx.2024-cü il tarixdən işə çıxdığı günə qədər məcburi işburaxma müddəti üçün hesablanmış əmək haqqının ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. İddiaçı bərpa edilməsini tələb etdiyi vəzifənin adını “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin İSX şöbəsinin Siyəkü ASM bölməsində “tibb bacısı” olaraq qeyd etsə də, xx.xx.2024-cü il tarixli, 18-1-26/3-1-1018/24 №-li “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrdə iddiaçının vəzifəsi “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin “Siyakü KHM” bölməsində “tibb bacısı” olaraq qeyd edildiyindən məhkəmə hesab edir ki, iddiaçı “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin “Siyakü KHM” bölməsində “tibb bacısı” vəzifəsinə bərpa edilməlidir. İddia tələbinin qalan hissədə təmin edilməməsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilir ki, Hüquq və azadlıqların müdafiəsinin ən mühüm elementi olan məhkəmə qarşısında iddiaçı və ya cavabdeh qismində iddia qaldırmaq və ya müdafiə olunmaq hüququnun realizəsi üçün, ilk növbədə, prosessual qaydalara dəqiq riayət olunması mütləqdir. Məhz bu məqsədlə Mülki Prosessual Məcəllə ilə qanunverici mülki məhkəmə icraatının ümumi qaydalarını, prinsip və şərtlərini təsbit etmiş, işdə iştirak edən şəxslərin, o cümlədən tərəflərin dairəsini və onlara qarşı irəli sürülmüş tələbləri, həmçinin hüquq və vəzifələrini müəyyən etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 2021-ci il 30 iyul tarixli Qərarında əmək münasibətləri baxımından qeyd etmişdir ki, hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filial və nümayəndəlikləri əmək hüquq münasibətlərinin bərabərhüquqlu subyektləridirlər. Bu cür yanaşma Əmək Məcəlləsinin və onun tənzimlədiyi əmək hüquq münasibətlərinin səciyyəvi xüsusiyyətlərindən irəli gəlir. Belə ki, mülki hüquq münasibətlərində hüquqi şəxs hər hansı müqavilənin bərabər hüquqlu subyekti olaraq istənilən tərəfi ola bildiyi halda, əmək hüquq münasibətlərində hüquqi şəxs yalnız işəgötürən qismində çıxış edir. Qanunvericinin Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsində işəgötürənə verdiyi anlayışa görə, işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Bununla da qanunverici həm hüquqi şəxs olan mülkiyyətçini, həm də onun təyin etdiyi müəssisə rəhbərlərini işəgötürən olaraq qəbul edir. Lakin filialın və ya nümayəndəliyin, eləcə də digər struktur vahidinin rəhbərinin işəgötürən kimi çıxış etməsini hüquqi şəxsin qəbul etdiyi əsasnamə və ya verdiyi etibarnamə ilə şərtləndirir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdeh qismində “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi qoymaqda haqlı olsa da, direktor Cavabdeh müstəqil cavabdeh olaraq qoymaqda haqlı olmamışdır. Belə ki, Cavabdeh yalnız “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru olaraq onun maraqlarından çıxış edə bilər. Bu səbəbdən Cavabdeh münasibətdə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.2-ci maddəsinə görə Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Odur ki, iddiaçı tərəfindən ödənilən 55 manat mediasiya xərci ödənildiyindən və iddiaçı məhkəməyə müraciət etmək üçün rüsum ödəməkdən azad olunduğundan, 45 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-26/3-1-1018/24 №-li “əmək müqaviləsinə xitam verilməsi barədə” əmri ləğv edilsin və İddiaçı “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin “Siyakü KHM” bölməsində “tibb bacısı” vəzifəsinə bərpa edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən işə çıxdığı günə qədər məcburi işburaxma müddəti üçün hesablanmış əmək haqqı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin iddia ərizəsinin verilməsinə görə 45 (qırx beş) manat məbləğində dövlət rüsumu cavabdeh “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar