Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-23/2023 13.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı nümayəndəsi (bacısı) X2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Paylı mülkiyyətdə olan torpaq sahəsinin zəbtdən azad edilməsi və orada qanunsuz inşa edilmiş evin cavabdehlərin hesabına sökülməsi tələbinə dair” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Paylı mülkiyyətdə olantorpaq sahəsinin zəbtdən azad edilməsi və orada qanunsuz inşa edilmiş evin cavabdehlərin hesabına sökülməsi tələbinə dair” iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz olaraq zəbt etdikləri mülkiyyətlərində olan torpaq sahəsinin zəbtdən azad edilməsi və orada inşa edilmiş fərdi yaşayış evinin cavabdehlərin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib izahat verərək bildirdi ki, Astara rayon Aqrar İslahat Komissiyasının qərarı ilə onun və digər 3 nəfər ailə üzvlərinin mülkiyyətlərinə Astara rayon, Kijəbə qəsəbəsi ərazisində 0,39 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılaraq verilmişdir. Bu barədə qeydiyyat tarixi 16 dekabr 2015-ci il, qeydiyyat nömrəsi ********** olan RX seriyalı, ******* nömrəli çıxarış tərtib edilmişdir. Lakin mülkiyyətlərində olan 0,39 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilmiş və orada fərdi yaşayış evi tikilmişdir. Belə olan halda onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları pozulmuşdur. Dəfələrlə cavabdehlərdən torpaq sahəsinin azad edilməsini tələb etsə də, bir nəticə əldə edə bilməmişdir. Ona görə də, o, iddianın təmin edilməsi barədə qətnaməçıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirdi ki, o, iddia tələbini qəbul etmir. Belə ki, Astara rayon Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cu il tarixli qərarı ilə onun və digər ailə üzvlərinin mülkiyyətlərinə Astara rayon, Kijəbə qəsəbəsi ərazisində 0,07 hektar həyətyanıtorpaq sahəsi ayrılaraq verilmişdir. Onlar həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişlər. O və ailə üzvülərindən heç kim İddiaçı və ailə üzvülərinin mülkiyyətlərində olan torpaq sahəsini tutmamışdır. Həmçinin hesab edir ki, qeydiyyat tarixi 16 dekabr 2015-ci il, qeydiyyat nömrəsi ********** olan RX seriyalı, ******* nömrəli çıxarış qanunsuzdur. Ona görə də Şirvan İnzibati Məhkəməsinə qeyd edilən çıxarışın ləğv edilməsi ilə əlaqədar müraciət də etmişdir. Odur ki, o, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Mülki işüzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsi səbəbi barədə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və arayışdan məlum olur ki, iddiaşı İddiaçı 08 fevral 1965-ci il tarixdə Astara rayonu Kijəbə qəsəbəsində anadan olmaqla, orada qeydiyyatdadır və yaşayır. Mülki işəəlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi 16 dekabr 2015-ci il, qeydiyyat nömrəsi ********** olan RX seriyalı, ******* nömrəli çıxarışdan məlum olur ki, İddiaçı və onların ailə üzvülərinin mülkiyyətlərinə Astara rayonu Kijəbə qəsəbəsi ərazisində 0,39 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Mülki iş əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsi barədə olan” JN-344B (KOD:********) saylıseriyalı şəhadətnamədən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cu il tarixli, 03 saylı qərarı ilə Cavabdeh1 və onun ailə üzvülərinin mülkiyyətlərinə Astara rayonu Kijəbə qəsəbəsi ərazisində 0,07 hektar həyətyanıtorpaq sahəsi verilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 17 fevral 2023-cü il tarixli, 10/8817 saylı rəyindən məlum olur ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi 16 dekabr 2015-ci il, qeydiyyat nömrəsi ********** olan RX seriyalı, ******* nömrəli çıxarışda qeyd edilən İddiaçı ailə üzvülərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 0,39 hektar torpaq sahəsinin sərhədləri və döngə nöqtələri müəyyən edildi. İddiaçı ailə üzvülərinin faktiki istifadələrində olan torpaq sahəsinin ölcüsünün 0,13 hektar olması müəyyən edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi 16 dekabr 2015-ci il, qeydiyyat nömrəsi ********** olan RX seriyalı, ******* nömrəli çıxarışda qeyd edilən İddiaçı ailə üzvülərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 0,39 hektar torpaq sahəsinin 0,19 hektar hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilməsi müəyyən edilmişdir. Həmin 0,19 hektar torpaq sahəsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş yaşayış evinin bir hissəsinin düşməsi müəyyən edildi. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manatməbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilmiş və orada fərdi yaşayış evi tikilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 17 fevral 2023-cü il tarixli, 10/8817 saylı rəyinə əsasən İddiaçı ailə üzvülərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 0,39 hektar torpaq sahəsinin 0,19 hektar hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilməklə, onların tikdikləri fərdi yaşayış sahəsinin bir hissəsi də həmin 0,19 hektar torpaq sahəsinə düşür. Məhkəmə iclasında Cavabdeh1 qeydiyyat tarixi 16 dekabr 2015-ci il, qeydiyyat nömrəsi ********** olan RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi barədə Şirvan İnzibati Məhkəməsinə ərizə ilə müraciət etməsini və həmin məhkəmənin icraatında bu barədə iş olmasını bildirmiş olsa da bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etmədi. Məhkəmə iddia tələbini qismən təmin edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir.
1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
2. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünəüstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
4. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
6. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
7. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarının 3-cü hissəsində qeyd edilir ki, torpaq sahəsi iləəlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 124.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun 50 (əlli) manat hissəsi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməlidir. Həmçinin, ekspert rəyinin verilməsinə görə ödənilmiş 50 (əlli) manat məbləğindəki dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan RespublikasıMPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Paylı mülkiyyətdə olantorpaq sahəsinin zəbtdən azad edilməsi və orada qanunsuz inşa edilmiş evin cavabdehlərin hesabına sökülməsi tələbinə dair” iddiası qismən təmin olunsun.
1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi 16 dekabr 2015-ci il, qeydiyyat nömrəsi ********** olan RX seriyalı, ******* nömrəli çıxarışda qeyd edilən İddiaçı ailə üzvülərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 0,39 hektar torpaq sahəsinin 0,19 hektar hissəsi cavabdehlər - Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən azad edilsin.
2. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi 16 dekabr 2015-ci il, qeydiyyat nömrəsi ********** olan RX seriyalı, ******* nömrəli çıxarışda qeyd edilən İddiaçı ailə üzvülərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 0,39 hektar torpaq sahəsinin 0,19 hektar hissəsinə düşən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş yaşayış evinin bir hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz vəsaiti hesabına oradan sökülsün. 3.Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət rüsumunun 50 (əlli) manat hissəsi alınaraq İddiaçı ödənilsin. 4.Ekspert rəyinin verilməsinə görə ödənilmiş 50 (əlli) manat məbləğindəki dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsiləŞirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Mübariz Məmmədov.