Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-230/2025 19.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin Lənkəran ərazi İdarəsi 3-cü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı «ümumi birgə mülkiyyətdəki torpaq sahəsindən payların müəyyən olunması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin Lənkəran ərazi İdarəsi 3-cü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı «ümumi birgə mülkiyyətdəki torpaq sahəsindən payların müəyyən olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavadeh ilə birgə mülkiyyətlərində olan, JN-437 KOD 80109048 saylı dövlət aktı əsasında Astara rayonu Giləkəran kəndində verilmiş 0,42 ha torpaq sahəsindən onların payına düşən hissənin müəyyən olunması və dövlət reyestrində qeydə alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ailə üzvləri ilə birlikdə Astara rayonunda yaşayır. Azərbaycan Respublikası ərazisində aparılmış torpaq islahatları ilə bağlı ailə üzvlərinin sayına uyğun olaraq yaşadıqları Astara rayonu Giləkəran kəndində 0,42 ha torpaq sahəsi JN 437 kod 80109048 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı ilə birgə mülkiyyətlərinə verilmiş, ailə üzvləri kimi onlar ümumi mülkiyyətdə olan torpaq sahəsində birlikdə istifadə edərək əldə etdikləri gəlirləri ailənin ümumi təlabatına sərf etmişlər. Onlara verilmiş birgə mülkiyyətdə olan torpaq sahəsinin şəhadətnaməsində qeyd edilən arvadı X4 xx.xx.2006-cı ildə vəfat etmişdir. Vəfat etmiş şəxslərin torpaq payına düşən miras torpaq sahəsini faktiki o qəbul etmiş və hazırda onun istifadəsindədir. Cavabdeh könüllü dövlət orqanlarına gəlmədiyi üçün ona düşən payların ayrılması barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizsəinə uyğun izahat verərək, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh və 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin Lənkəran ərazi İdarəsinin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materialında olan “JN-437, KOD 80109048 nömrəli” nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin sənədinin surətindən görünür ki, Astara rayon Aqrar İslahat komissiyasının qərarı ilə 0,42 ha torpaq sahəsi ailə üzvləri İddiaçı, Cavabdeh, X7 və X5 olmaqla İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZE0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1931-ci il tarixdə Astara rayonu Giləkəran kəndində anadan olmuşdur. İş materiallarında olan AA5187473 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1971-ci il tarixdə Astara rayonu Giləkəran kəndində anadan olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli nikah haqqında arayışdan görünür ki, X8 ilə X5 xx.xx.1955-ci il tarixdə nikahaha daxil olmuş, nikaha daxil olduqdan sonra arvada Rəhmanova soyadı verilmiş, X1 xx.xx.2006-cı il tarixdə ölməsi ilə bağlı nikah qeydinə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ölüm haqqında arayışdan görünür ki, X4 xx.xx.2006-cı il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ölüm haqqında arayışdan görünür ki, X9 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materialında olan 1587 nömrəli xx.xx.2024-cü il tarixli Astara RİHB-nın Astara şəhər İƏDÜN-nin arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. İş materialında olan 1586 nömrəli xx.xx.2024-cü il tarixli Astara RİHB-nın Astara şəhər İƏDÜN-nin arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında yaşayır. İş materialında olan 1452 nömrəli xx.xx.2024-cü il tarixli Astara RİHB-nın Astara şəhər İƏDÜN-nin arayışından görünür ki, X6 vəfatına qədər ünvan 1 ünvanında yaşamışdır. Məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçı, yəni ümumi mülkiyyətin birgə mülkiyyətçisi paylarının müəyyən edilməsini istəyir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Həmin Məcəllənin 238.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində cöstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. İşin qeyd olunan hallarını və maddi hüquq normalarını əsas götürən məhkəmə hesab edir ki, JN-437, KOD 80109048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə” əsasən Astara rayonu Giləkəran kəndində yerləşən 0,42 ha torpaq sahəsi üzərində həmin torpaq sahəsinin ümumi birgə mülkiyyətçləri - İddiaçı payı ¼ hissə, Cavabdeh payı ¼ hissə, mərhum X3 payı ¼ hissə, mərhum X2 payı ¼ hissə olmaqla müəyyən edilməlidir. Müəyyən olunmuş payların dövlət reyestrində qeydə alınması tələbinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 may 2014-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə DƏDRX üçün Çıxarışın verilməsi vəzifəsini yaratmadan payların dövlət reyestrində qeydə alınması üçün əsas sayılacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. JN-437, KOD 80109048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə” əsasən Astara rayonu Giləkəran kəndində yerləşən 0,42 ha torpaq sahəsi üzərində həmin torpaq sahəsinin ümumi birgə mülkiyyətçləri - İddiaçı payı ¼ hissə, Cavabdeh payı ¼ hissə, mərhum X3 payı ¼ hissə, mərhum X2 payı ¼ hissə olmaqla müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Bu qətnamə qanuni qüvvəyə mindikdən sonra payların dövlət reyestrində qeydə alınması üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №2(018)-230/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-230/2025
19.02.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver