Məhkəmə qərarları › İş №2(018)-240/2024

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-240/2024

22.04.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-240/2024 22.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, cavabeh Astara şəhəri F.Əliyarov adına 6 saylı tam orta məktəbin drektoru X1 iştirakı ilə, İddiaçıı cavabdeh Astara şəhəri F.Əliyarov adına 6 saylı tam orta məktəbinə qarşı «İntizam tənbehi töhməti verilməsinə dair əmrin ləğv edilməsi tələbinə dair» mülki iş üzrə keçirilən məhkəmə baxışı iclasında MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Astara şəhəri F.Əliyarov adına 6 saylı tam orta məktəbinə qarşı «İntizam tənbehi töhməti verilməsinə dair əmrin ləğv edilməsi tələbinə dair» iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində intizam tənbehi tətbiq edilməsi barədə olan 25 dekabr 2023-cü il tarixli 158 saylı əmrin qanunsuz və əsassız olmasına görə ləğv edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Cavabdeh Astara şəhəri F.Əliyarov adına 6 saylı tam orta məktəbin drektoru X4 izahatında mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirərək mülki işin baxılmamış saxlanılmasını Məhkəmədən xahiş etdi. Belə olan halda məhkəmə hesab edir ki, mülki iş baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 259.0.7-ci maddəsinə əsasən işə iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı X2 cavabdeh X3 qarşı «Nikahın pozulması və aliment tələbinə dair» iddia ərizəsi baxılmamış saxlanmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-cü maddəsinin göstərişini rəhbər turaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçıı cavabdeh Astara şəhəri F.Əliyarov adına 6 saylı tam orta məktəbinə qarşı «İntizam tənbehi töhməti verilməsinə dair əmrin ləğv edilməsi tələbinə dair» iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar