Məhkəmə qərarları › İş №2(018)-251/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-251/2025

20.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-251/2025 20.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X9 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 22 may 1996-cı il tarixdə Astara rayonun Xıçəsə kəndində doğulmuş X1 doğumunun qeyd edilməsi fakının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, o, 1975-ci il tarixdə X5 ilə rəsmi nikah münasibətinə girməklə evlənmişdir. Bu nikahdan onların doqquz uşağı doğulmuşdur. X10 ünvanlı sosial yardım almaq üçün DSMİ-nia Astara rayon şöbəsinə müraciət etmişdir. Bunun üçün torpağa mülkiyyət hüququna dair Dövlət aktı ondan tələb edilmişdir, həmin aktın JN-0006, 80102078 saylı kod nömrəsinin qeydiyyatı aparılsın. Adı çəkilən aktda adı qeyd edilən qızım 1996-cı il təvəllüdlü X3 2 yaşında vəfat etmişdir. Lakin qızın Aynur Ağayeva doğum barədə heç bir sənəd verilməmişdir. Bu səbəbdən də uşağı doğum haqqında şəhadətnamə ala bilməmişdir. Uşağın doğumunun təsdiq edən sənəd olmadığından və həmin sənədi digər vasitələrlə almaq mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmış sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМnin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X2 bildirdi ki, X3 onun qardaşı qızıdır. Qardaşı qızı X3 1998-ci ildə 2 yaşında dünyasını dəyişmiş və mərhum Astara Rayon, Kijəbə qəsəbə icra nümayəndəliyinə daxil olan Xıçəso kənd məzarlığında dəfn edilmişdir. Məhkəmə ərizəçini və şahidi dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ№ 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1954-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan 8623 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, Ərizəçi 100 (yüz) manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Astara rayon İHB-nın Kijəbə qəsəbə İƏDÜN-nin 06.2020-ci il tarixli 1320 nömrəli aryış sənədindən görünür ki, Ağayev X4 rayonu Ovala kəndində yaşayır. İş materiallarında olan Astara rayon, Kijəbə qəsəbə bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 38 № arayışından görünür ki, X3 28 may 1996-cı il tarixində anadan olmuş və 2508.1998-ci il taixində vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2008-ci il tarixli, 357342 № nikah kitabından çıxarışından görünür ki, Ərizəçi ilə X5 arasında xx.xx.1976-cı il tarixdə Astara rayonu, Kijəbə qəsəbə icra nümayəndəliyində nikah bağlanmış və 33 nömrə ilə nikah qeydi aparılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, X1 22 may 1996-cı il tarixdə Astara rayonu Xıçəso kəndində doğulması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. X1 22 may 1996-cı il tarixdə Astara rayonu Xıçəso kəndində doğulması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində AStara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar