Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-26/2025 05.05.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X2 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3 və Cavabdeh4 qarşı «mənzildən çıxarma» tələbinə dair iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3 və Cavabdeh4 qarşı «mənzildən çıxarma» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızının, Cavabdeh4 və Cavabdeh3 Astara rayonu Maşxan kəndi ərazisində yerləşən mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddilarını müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 və Cavabdeh2 qızı mülkiyyətlərində olan Astara rayon Maşxan kəndində yerləşən ümumi sahəsi 87.5 kvadratmetr olan fərdi yaşayış evini və ümumi sahəsi 0.44 hektar olan torpaq sahəsinin 0.22 hektar hissəsini xx.xx.2023-cü ildə alqı-satqı müqaviləsinə əsasən 12000 (on iki min) manata ona satmışlar. Alqısatqı müqaviləsinə əsasən hüquqlarını dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət Reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə qeydiyyata aldırmaqla Çıxarış almışdır. Beləliklə fərdi yaşayış evi və 0.22 hektar torpaq sahəsinin mülkiyyətində olmasına baxmayaraq cavabdehlər könüllü olaraq fərdi yaşayış evindən dəfələrlə tələb etsədə çıxmırlar. Odur ki, pozulmuş mülkiyyət hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızının, Cavabdeh4 və Cavabdeh3 Astara rayonu Maşxan kəndi ərazisində yerləşən mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 məhkəmədə iştirak edən zaman bildirmişdi ki, o, ancaq torpağı satıb evi satmayıb. Ona görə onlara qarşı verilmiş iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh4 məhkəmədə iştirak edən zaman bildirmişdi ki, o, ancaq torpağı satıb evi satmayıb. Ona görə onlara qarşı verilmiş iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh2 qızı və Cavabdeh3 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh2 qızı və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlər Cavabdeh2 qızı və Cavabdeh3 iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı və məhkəmədə iştirak edən zaman cavabdehlər Cavabdeh1, Cavabdeh4 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materialına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin ********** reyestr nömrəli çıxarışından məlum olur ki, Astara rayonu, Maşxan kəndi ərazisində yerləşən ümumi sahəsi 87.5 kvadratmetr olan fərdi yaşayış evi və 0,22 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İşə əlavə edilmiş AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu ildə anadan olmuşdur. İşə əlavə edilmiş Astara RİHB-nın Hamoşam kənd İƏDÜN-nin 421 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Astara rayonu, Hamoşam kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3 və Cavabdeh4 evi İddiaçı satdıqdan sonra, İddiaçı məxsus olan Astara rayonu, Maşxan kəndində fərdi yaşayış evində qanunsuz yaşayırlar. Bu hal Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin ********** reyestr nömrəli çıxarışı bunu təsdiq edir. Məhkəmə iddia tələbini təmin edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünəüstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3 və Cavabdeh4 İddiaçı məxsus olan Astara rayonu, Maşxan kəndində fərdi yaşayış evindən çıxarımalıdırlar. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3 və Cavabdeh4 İddiaçı məxsus olan Astara rayonu, Maşxan kəndində fərdi yaşayış evindən çıxarılsın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-26/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-26/2025
05.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver