Məhkəmə qərarları › İş №2(018)-27/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-27/2024

24.06.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-27/2024 24.06.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X7 Aslan oğlunun sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, İddiaçı1 və cavabdeh X1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh X2 qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi və həmin torpaq sahəsinə mütəxəssislər tərəfindən baxış keçirilməsi, mövcud texniki vəziyyəti əks etdirən müayinə aktının tərtib edilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X4 tərəfindən qanunsuz tutulmuş Astara rayon Aqrar İslahat Komissiyasınin xx.xx.1997-ci il tarixli 12 saylı qərarı ilə mülkiyyətimizə verilmiş 0.06 hektar hayətyani torpaq sahəsini zəbtdən azad edilməsi və həmin torpaq sahəsini baxış keçirmək vəmüayinə aktı tərtib edilməsinə cavabdeh tərəfindən törədilən maneə aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmədə İddiaçı1 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmədə iştirak edən zaman İddiaçı2 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdi. Məhkəmədə iştirak edən zaman İddiaçı4 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdi. İddiaçılar İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 iddia ərizəsində göstərmişdilər ki, Astara rayon Aqrar İslahat Komissiyasınin xx.xx.1997-ci il tarixli 12 saylı qərari ilə Astara rayonu Şiyəkəran kəndi ərazisində 0.06 hektar həyətyani torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Hansi ki, ailə üzvlərinin soyadı, adı və atasının adı qeyd edilməklə onlara JN-1093 B nömrəli 80112028 KOD-lu “torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Əvvəllər yaranmış hüquqların qeydiyyatı ilə əlaqədar Daşınmaz Əmlakın DövləKadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi idarəsinə müraciət etmişlər. Daşınmaz Əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyati üçün zəruri olan inventarlaşdirma işlərinin aparilmasi, mövcud texniki sənədlərin tərtib edilməsindən ötrü Xidmətin 10 sayli Lənkəran Ərazi İdarəsinin Astara rayon söbasinin aidiyyati mütəxəssisləri tərəfindən həyətyani torpaq sahəsinə baxiş kecirmak və müayinə akti tərtib edilmək istəyərkən cavabdeh Rasif Dadasov buna imkan verməmişdir. Bu səbəbdən Xidmətin 10 sayli Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cüil tarixli 3-21- 3-43/2-412-2023 sayli bildirişləri ilə mülkiyyət hüquqlarin dövlət qeydiyyatina alinmasindan imtina edilmişdir.Beləliklə Cavabdeh mübahisə edilən torpaq sahəsinin mülkiyyətlərində olmasina baxmayaraq həmin torpaq sahəsini zəbt etmiş və mütəxəssislər tərəfindən torpaq sahəsinə baxişkecirmək istərkən buna mane olmuşdur. Tərəflərindən dəfələrlə tələb edilsə də cavabdeh tutduğu torpaq sahəsini zəbtdən azad etməmişdir.Cavabdeh X4 tərəfindən qanunsuz tutulmuş Astara rayon Aqrar İslahat Komissiyasınin xx.xx.1997-ci il tarixli 12 saylı qərarı ilə mülkiyyətimizə verilmiş 0.06 hektar hayətyani torpaq sahəsini zəbtdən azad edilməsi və həmin torpaq sahəsini baxış keçirmək vəmüayinə aktı tərtib edilməsinə cavabdeh tərəfindən törədilən maneə aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmədə cavabdeh X5 bildirdi ki, əgər tələb edilən torpaq sahəsi qanuna əsasən iddiaçılara məxsusdursa o, etiraz etmir. İş üzrə iddiaçılar İddiaçı3 və İddiaçı5 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, iddiaçılar İddiaçı3 və İddiaçı5 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçılar İddiaçı3 və İddiaçı5 iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçılar İddiaçı1, İddiaçı2,İddiaçı4 və cavabdeh X3 dinləyərək, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. İşə əlavə edilmiş JN-1093 B, KOD 80112028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki,Astara rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 mülkiyyətlərinə Astara rayonunun Şiyəkəran kəndində yerləşən fərdi yaşayış evi torpaqları olan 0.56 ha torpaq sahəsi verilmişdir. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nzirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3- 16-16/2-10/912 saylı, 02 aprel 2024-cü il tarixli ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmla Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 15 yan 2024-cü il tarixli, 3-21-3-43/2-89/2024 saylı mütəxəssis rəyinə əsasən, Torpaq islahat dair kompleks yerquruluşu layihəsinə əsasən Astara rayon Aqrar İslahat Komissiyası xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı əsasında Jn-1093B KOD 80112028 nömrəli “Torpa mülkiyyətə vverilməsinə dair Şəhadətnamə” ilə İddiaçı1, Məmmə< Hacı Asif oğlu, İddiaçı3, İddiaçı4 və Məmmədov / Hacı oğlunun mülkiyyətlərinə verilmiş Astara rayonu, Şiyəkəran kəndində yerləşən 0,06 həyətyanı torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. “Torpağın mülkiyyətə verilməs dair Şəhadətnamə” sənədindəki məkan göstəriciləri ilə iddiaçıların faktiki vəziyyətdə id etdiyi torpaq sahəsinin məkan göstəriciləri arasında uyğunsuzluqlar (sərhəd, yerləşmə konfiqurasiya fərqləri) mövcuddur. Qeyd olunan uyğunsuzluqiara görə sözügedən 0,06 həyətyanı torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və koordinatlarını müəyyən etmək mümkün olmadığından, faktiki vəziyyətlə də müqayisəli təhlil aparmaq müml olmamışdır. İşə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1093B KOD 80112028 saylı Şəhadətnaməyə əsasən Astara rayon Aqrar İslahat Komissiyasınin xx.xx.1997-ci il tarixli 12 saylı qərari ilə Astara rayonu Şiyəkəran kəndi ərazisində 0.06 hektar həyətyani torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Hazırda, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1093B KOD 80112028 saylı Şəhadətnaməd sənədindəki məkan göstəriciləri ilə iddiaçıların faktiki vəziyyətdə iddia etdiyi torpaq sahəsinin məkan göstəriciləri arasında uyğunsuzluqlar mövcud olduğundan, qeyd edilən uyğunsuzluqlara görə sözügedən 0,06 ha he həyətyani torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yeri və koordinatlarını müəyyən etmək mümkün olmamışdır və faktiki vəziyyətdə müqayisəli təhlil aparmaq mümkün olmamışdır. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 02 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/912 saylı rəyi ilə təsdiq edilmişdir. Ona görə də Məhkəmə belə hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə iddia tələbini təmin edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünəüstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Məhkəmədə iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Şərh edilənləri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/912 saylı rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh X2 qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi və həmin torpaq sahəsinə mütəxəssislər tərəfindən baxış keçirilməsi, mövcud texniki vəziyyəti əks etdirən müayinə aktının tərtib edilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddiaları təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh X2 qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi və həmin torpaq sahəsinə mütəxəssislər tərəfindən baxış keçirilməsi, mövcud texniki vəziyyəti əks etdirən müayinə aktının tərtib edilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddiaları təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar