Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-285/2025 29.01.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə gediş-gəliş yolunun açılması (servitut) və hasarın sökülməsi ilə maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə gediş-gəliş yolunun açılması (servitut) və hasarın sökülməsi ilə maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 11 saylı qərarına və JN – 088A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən ailə üzvləri ilə birgə mülkiyyətinə verilmiş və Astara rayonunun Rüdəkənar kəndində yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun açılması və cavabdeh tərəfindən gediş-gəliş yolunda tikilmiş hasarın cavabdehin hesabına sökülməsi ilə torpaqdan istifadə ilə bağlı yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh (Feyzi) oğluna qarşı iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən zəbt edilmiş piyada və avtomobil yolunun zəbtindən azad edilməsi, gediş-gəliş yolunda inşa edilmiş hasarın cavabdehin hesabına sökülməsi, habelə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(018)-58/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçının məhkəməyə hazırkı iddia ilə müraciət etməsinin əsas səbəbi onun piyada və avtomobil yolunun olmamasıdır. Son iki il ərzində iddiaçı piyada olaraq qonşunun həyətyanı sahəsindən istifadə etməklə öz həyətinə daxil olur, avtomobil yolu isə ümumiyyətlə mövcud deyildir. Bundan sonra iddiaçı alqı-satqı müqaviləsinin, qərarın, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın və **********89 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin etibarsız hesab edilməsi, bələdiyyə tərəfindən qanunsuz olaraq satılmış torpaq sahəsinin geri alınması və torpaqdan istifadə ilə bağlı maneələrin aradan qaldırılması tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclasına qədər verilmiş sorğulara daxil olmuş cavab məktubları və onlara əlavə edilmiş sənədlərdən məlum olmuşdur ki, Cavabdeh (Feyzi) oğlu Astara rayonunun Rüdəkənar kəndində yerləşən 0,116 ha həyətyanı torpaq sahəsini bələdiyyədən deyil, X7 ilə bağladığı alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Bu səbəbdən Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-4656/2024 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmiş və sənədlər iddiaçıya geri qaytarılmışdır. İzah edilmişdir ki, Astara rayon Babək adına sovxozun xx.xx.1990-cı il tarixli 149 nömrəli əmri ilə Astara rayonunun Rüdəkənar kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi fərdi yaşayış evinin inşası üçün iddiaçının mülkiyyətinə verilmişdir. 1992-ci ildə həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmiş və hal-hazıradək iddiaçı ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. xx.xx.1996-cı il tarixli “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri əvəzsiz olaraq onların mülkiyyətinə verilməlidir. Astara Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 11 saylı qərarı ilə iddiaçının istifadəsində olan 0,06 ha torpaq sahəsi onun mülkiyyətinə verilmiş və bu barədə JN-088A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” təqdim edilmişdir. Həmin şəhadətnamədə və torpaq sahəsinin təhkim aktında mülkiyyətə verilən torpaq sahəsinə gediş-gəliş yolunun nəzərdə tutulduğu göstərilmişdir. Sözügedən yol əvvəllər Babək adına sovxoz tərəfindən inşa edilmiş hamamın ərazisindən keçmiş, sonradan həmin hamam əvvəlcə Mərhəmət Dadaşov, daha sonra isə Cavabdeh (Feyzi) oğlu tərəfindən satın alınmışdır. Təxminən iki il əvvələ qədər iddiaçı və ailə üzvləri həmin torpaq sahəsindən avtomobil yolu kimi istifadə etmişlər. Lakin cavabdeh tərəfindən torpaq sahəsinin hasarlanması nəticəsində iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolu bağlanmışdır. Hazırda iddiaçının torpaq sahəsinə avtomobil yolu mövcud deyildir. Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(018)-58/2024 saylı qətnaməsində, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/4079 saylı rəyində göstərilmişdir ki, torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə şimal istiqamətindən gediş-gəliş yolunun nəzərdə tutulduğu müəyyən edilmişdir. Lakin həmin yol faktiki vəziyyətdə mövcud deyildir və cavabdehin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Odur ki, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 11 saylı qərarına və JN – 088A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən ailə üzvləri ilə birgə mülkiyyətinə verilmiş və Astara rayonunun Rüdəkənar kəndində yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunda tikilmiş hasarın cavabdehin hesabına sökülməsi ilə torpaqdan istifadə ilə bağlı yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirir ki, iddiaçının qanuni öz həyətinə aid yolu var sadecə prinsipə düşüb ondan yol istəyir. İddiaçı tərəf zəbt etdiyini bildirir, onun ərazisi isə tam qanunidir. Odur ki, verilən iddianı qəbul etmir. İddiaçının ona aid olmayan yolunun açılması (servitut) və hasarın sökülməsi ilə maneələrin aradan qaldırılmasına dair iddiasının rədd olunması və iddiaçının barəsində tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin Yerquruluşunun təşkili şöbəsinin mühəndisi Qiyas Quliyev bildirmişdir ki, tərəfindən mübahisəli torpaq sahəsinə baxış keçirilmiş, müvafiq mütəxəssis rəyi tərtib edilərək məhkəməyə göndərilmişdir. Vermiş olduğu rəyi müdafiə etdiyini, rəydə də qeyd etdiyi kimi Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 11 saylı qərarı əsasında JN-088A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə İddiaçı və digərlərinin mülkiyyətlərində olan Astara rayonu, Rüdəkənar kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün əsas yolun Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********89 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" ilə Cavabdeh mülkiyyətində olan Astara rayonu, Rüdəkənar kəndində yerləşən 0,116 ha həyətyanı torpaq sahəsindən kənardan keçməklə faktiki olaraq mövcud olmaması müəyyən olunmuşdur. Yerində araşdırma zamanı JN-088A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı və qeyrilərinin mülkiyyətlərində olan Astara rayonu, Rüdəkənar kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə faktiki vəziyyətdə gediş-gəliş yolu kimi həmin torpaq sahəsinin qərb istiqamətindən, qonşu torpaq sahəsindən kanal üstü körpü vasitəsilə istifadə edilməsi müəyyən olunmuşdur. İddia edilən (servitut hüququ ilə tələb edilən keçid) torpaq sahəsinin koordinatlarının Cavabdeh faktiki istifadəsində olan 0,116 ha torpaq sahəsinin sərhəd hüdudları daxilinə düşməsi müəyyən olunmuşdur. İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən (iddia edilən torpaq sahəsinin ölçüsünün 0,015 ha olması müəyyən edilmiş) torpaq sahəsinin bir hissəsinin (0,005 ha hissəsinin) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021- ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********89 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" ilə Cavabdeh mülkiyyətində olan torpaq sahəsi ilə, qalan hissəsinin (0,01 ha hissəsinin) isə Cavabdeh istifadəsində (mülkiyyətdən kənar) olan torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Eyni zamanda araşdırma zamanı Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin sənəd üzrə koordinatlarının faktiki istifadədə olan torpaq sahəsinin koordinatları ilə tam həcmdə üst-üstə düşməməsi, istifadədə olan torpaq sahəsinin ölçüsünün isə sənəd üzrə ölçüsünə uyğun olması müəyyən edilmişdir. Həmçrnin araşdırma zamanı iddiaçının yol kimi iddia etdiyi torpaq sahəsinin kəndin əsas yoluna bitişik hissəsi üzərində cavabdeh tərəfindən inşa edilmiş köməkçi tikilinin (sarayın) mövcud olması müəyyən olunmuşdur. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin, cavabdehin izahatlarını, mütəxəssisi dinləyərək, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, Astara rayon İHB-nin Suparibağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 05 sentyabr 2024-cü il tarixli, 903 saylı arayışdan görünür ki, Ağayev X3 rayonunun Rüdəkənar kəndində yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Astara rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli 2(018)-58/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “piyada və maşın yolunun açılması, yolda tikilmiş hasarın cavabdehin hesabına sökülməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş JN-088A Kod 80109028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 23 aprel 1999-cu il tarixli 11 saylı Qərarı ilə 0.06 ha hıyətyanı torpaq sahəsi İddiaçı, X1, X5, X4, X2 birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** nömrəli Çıxarışdan görünür ki, Astara rayonu, Rüdəkənar kəndi ərazisində yerləşən 0.116 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-3193/2025 saylı mütəxəssis rəyindən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 11 saylı qərarı əsasında JN-088A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə İddiaçı və digərlərinin mülkiyyətlərində olan Astara rayonu, Rüdəkənar kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün əsas yolun Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********89 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" ilə Cavabdeh mülkiyyətində olan Astara rayonu, Rüdəkənar kəndində yerləşən 0,116 ha həyətyanı torpaq sahəsindən kənardan keçməklə faktiki olaraq mövcud olmaması müəyyən olunmuşdur. Yerində araşdırma zamanı JN-088A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı və qeyrilərinin mülkiyyətlərində olan Astara rayonu, Rüdəkənar kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə faktiki vəziyyətdə gediş-gəliş yolu kimi həmin torpaq sahəsinin qərb istiqamətindən, qonşu torpaq sahəsindən kanal üstü körpü vasitəsilə istifadə edilməsi müəyyən olunmuşdur. Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 11 saylı qərarı əsasında JN-088A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə İddiaçı və digərlərinin mülkiyyətlərində olan Astara rayonu, Rüdəkənar kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə İddiaçı tərəfindən faktiki vəziyyətdə gediş-gəliş yolu kimi iddia edilən (servitut hüququ ilə tələb edilən keçid) torpaq sahəsinin koordinatlarının Cavabdeh faktiki istifadəsində olan 0,116 ha torpaq sahəsinin sərhəd hüdudları daxilinə düşməsi müəyyən olunmuşdur. İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən (iddia edilən torpaq sahəsinin ölçüsünün 0,015 ha olması müəyyən edilmiş) torpaq sahəsinin bir hissəsinin (0,005 ha hissəsinin) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021- ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********89 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" ilə Cavabdeh mülkiyyətində olan torpaq sahəsi ilə, qalan hissəsinin (0,01 ha hissəsinin) isə Cavabdeh istifadəsində (mülkiyyətdən kənar) olan torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Eyni zamanda araşdırma zamanı Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin sənəd üzrə koordinatlarının faktiki istifadədə olan torpaq sahəsinin koordinatları ilə tam həcmdə üst-üstə düşməməsi, istifadədə olan torpaq sahəsinin ölçüsünün isə sənəd üzrə ölçüsünə uyğun olması müəyyən edilmişdir. Həmçinin araşdırma zamanı iddiaçının yol kimi iddia etdiyi torpaq sahəsinin kəndin əsas yoluna bitişik hissəsi üzərində cavabdeh tərəfindən inşa edilmiş köməkçi tikilinin (sarayın) mövcud olması müəyyən olunmuşdur. Sualın digər hissəsini cavablandırmaq mütəxəssisin imkanı xaricindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 153-cü maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Qanunvericiliklə yalnız dövlət mülkiyyətində və ya bələdiyyələrin mülkiyyətində ola bilən əmlak növləri müəyyənləşdirilir. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Həmin Məcəllənin 158.1.3-cü maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı servitutlar da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Həmin Məcəllənin 175.2-ci maddəsinə əsasən sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Həmin Məcəllənin 255.1-ci maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Həmin Məcəllənin 255.2-ci maddəsinə əsasən daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. Həmin Məcəllənin 255.4-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 54-cü maddəsinin 1-ci bəndinə əsasən servitut — bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır. Həmin Məcəllənin 54-cü maddəsinin 2-ci bəndinə əsasən servitut — torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatları və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh qonşu torpaq sahələrinin mülkiyyətçiləridir. JN-088A Kod 80109028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməsinə əsasən Astara rayon Aqrar İslahat Komissiyasının 23 aprel 1999-cu il tarixli 11 saylı Qərarı ilə 0.06 ha həyətyanı torpaq sahəsi İddiaçı, X1, X5, X4, X2 birgə mülkiyyətinə verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Astara rayonu, Rüdəkənar kəndi ərazisində yerləşən 0.116 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. İddiaçı və qeyrilərinin mülkiyyətlərində olan Astara rayonu, Rüdəkənar kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə faktiki vəziyyətdə gediş-gəliş yolu kimi həmin torpaq sahəsinin qərb istiqamətindən, qonşu torpaq sahəsindən kanal üstü körpü vasitəsilə istifadə edilir. İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin ölçüsünün 0,015 ha olması müəyyən edilmişdir. Gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin bir hissəsinin (0,005 ha hissəsinin) Cavabdeh mülkiyyətində olan torpaq sahəsi ilə, qalan hissəsinin (0,01 ha hissəsinin) isə Cavabdeh istifadəsində (mülkiyyətdən kənar) olan torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Həmçinin araşdırma zamanı iddiaçının yol kimi iddia etdiyi torpaq sahəsinin kəndin əsas yoluna bitişik hissəsi üzərində cavabdeh tərəfindən inşa edilmiş köməkçi tikilinin (sarayın) mövcud olması müəyyən olunmuşdur. Sadalanan qanunvericilik normalarına əsasən, məhkəmə hesab edir ki, istər Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, istərsə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ictimai yola keçidlə bağlı tələbin irəli sürülməsi üçün iki şərtin ayrı-ayrılıqda deyil, paralel şəkildə mövcud olmalı olduğunu şərtləndirir: birincisi, servitut tələbi qonşu, yəni özgə torpaq sahələrinin mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə qarşı verilməlidir, ikincisi, servitut tələb edən torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola keçidi olmamalıdır. Servitut yalnız servitut qoyulmadan təmin edilə bilinməyən ehtiyacların təmin edilməsi üçün təyin oluna bilər. Hazırki mülki işdə belə bir hal öz əksini tapmışdır. Belə ki, hazırki işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı istifadəsində olan torpaq sahəsinə gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsi məhz Cavabdeh mülkiyyətindəki torpaq sahəsinin bir hissəsindən keçir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh məxsus olan Astara rayonu Rüdəkənar kəndi ərazisində yerləşən 0.116 ha həyətyanı torpaq sahəsinin İddiaçı və digərlərinin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən istifadəsində olan Astara rayonu Rüdəkənar kəndi ərazisində yerləşən torpaq sahəsinə gediş-gəliş üçün keçən hissəsi üzərində İddiaçı xeyrinə yüklülük (servitut) müəyyən edilməli, Cavabdeh üzərinə ona məxsus və faktiki istifadəsində olan torpaq sahəsindən İddiaçı istifadəsinə verilmiş Astara rayonu Rüdəkənar kəndi ərazisində yerləşən torpaq sahəsinə gediş-gəliş üçün zəruri keçid yolu verilməsi vəzifəsi qoyulmalı, Cavabdeh məxsus torpaq sahəsinin İddiaçı torpaq sahəsinə gediş-gəliş üçün keçən hissəsi üzərində yerləşən hasar cavabdehin hesabına sökülməlidir. Azərbaycan Respublikası MPM-nin 76-cı maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh məxsus olan Astara rayonu Rüdəkənar kəndi ərazisində yerləşən 0.116 ha həyətyanı torpaq sahəsinin İddiaçı və digərlərinin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən istifadəsində olan Astara rayonu Rüdəkənar kəndi ərazisində yerləşən torpaq sahəsinə gediş-gəliş üçün keçən hissəsi İddiaçı xeyrinə servitutla yüklü edilsin. Cavabdeh üzərinə ona məxsus və faktiki istifadəsində olan torpaq sahəsindən İddiaçı istifadəsinə verilmiş Astara rayonu Rüdəkənar kəndi ərazisində yerləşən torpaq sahəsinə gedişgəliş üçün zəruri keçid yolu verilməsi vəzifəsi qoyulsun. Cavabdeh məxsus torpaq sahəsinin İddiaçı torpaq sahəsinə gediş-gəliş üçün keçən hissəsi üzərində yerləşən hasar Cavabdeh hesabına sökülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №2(018)-285/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-285/2025
29.01.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver