Məhkəmə qərarları › İş №2(018)-29/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-29/2024

24.06.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-29/2024 24.06.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi və daşınmaz əmlak üzərində yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması və onun özbaşınalıq hərəkətlərinə son qoyulması tələbinə dair iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz tutulmuş Astara rayonu Azərbaycan SSR-nin 50 illiyi adına sovxozun xx.xx.1988-ci il tarixli, 661 saylı əmri ilə atası X1 istifadəsində olan həyətyani torpaq sahəsinin 0.07 hektar torpaq sahəsi ayrılaraq (həmin torpaq sahəsi şimaldan ara yolu ilə, şərqdən və cənubdan atamın həyəti ilə qərbdən ara yolu ilə həmsərhəddir) yeni ev tikməkdən ötrü verilmiş torpaq sahəsinin zəbt azad edilməsi həmin torpaq sahəsinə mütəxəssislər tərəfindən baxış keçirilməsinə, torpaq sahəsinin mövcud texniki vəziyyətinin əks etdirən müayinə aktının tərtib edilməsinə cavabdeh tərəfindən edilən manənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onun əsaslandırmışdır ki, Astara rayonu, Azərbaycan Sovet Sosialist Respublikasının 50 illiyi adına sovxozun 07 may 1988-ci il tarixli 661 saylı əmri ilə atası X1 istifadəsində olan Astara rayonu Seləkəran kəndi ərazisində yerləşən 0.18 hektar həyətyani torpaq sahəsindən 0.07 hektar torpaq sahəsi ayrılaraq yeni ev tikməkdən ötrü ona verilmişdir.Həmin torpaq sahəsi Astara rayonu ASB-nin baş yerqurluşçusu İsmayıl Salmanovun, Astara rayonu, Azərbaycan SSR-nin 50 illiyi adına sovxozun baş aqranomu Ramazan Səfərovun, Sovxozun Xalq nəzarəti qrupunun sədri Həsən Əliyevin, mərhum atası Cahangir Məmmədovun və onun işitrakı ilə Suparibağ sovetliyinin Seləkəran kəndində 17 may 1988-ci il tarixdə akt tərtib edilmiş, ayrılmış torpaq sahəsinin qonşu sərhədləri göstərilməklə ona təhkim edilmişdir. Qeyd edilən torpaq sahəsi üzərində hüquqlarını qeydiyyata aldırmaqdan ötrü xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş. 09 mart 2023-cü il tarixli 3-21-3-43/2-617/2023 nömrəli bildirişləri ilə bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə müvafiq olaraq Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılması, mövcud texniki vəziyyəti yerində dəqiqləşdirmək məqsədi ilə habelə müvafiq texniki sənədlərin tərtib edilməsindən ötrü Xidmətin 10 saylı Lənkəran Ərazi İdarəsinin Astara rayon şöbəsini aidiyyəti mütəxəssisləri tərəfindən torpaq sahəsinə baxış keçirilməli və sözü gedən daşınmaz əmlakın həmin tarixdə mövcud texniki vəziyyətini əks etdirən müayinə aktının tərtib edilməsi üçün mütəxəssis tərəfindən müayinə keçirilməsi nə cavabdeh tərəfindən maneçilik törədildiyindən və tərəflər arasında mübahisə olduğundan çöl ölçmə işlərinin aparılması mümkün olmadığından mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuş.Beləliklə Cavabdeh oğu mübahisə edilən torpaq sahəsinə mütəxəssislər tərəfindən baxış keçirmək istərkən buna mane olmuşdur. Tərəfindən dəfələrlə tələb etsə də buna əhəmiyyət verməmişdir. Torpaq sahəsini zəbtdən zad etməmişdir.Cavabdeh tərəfindən qanunsuz tutulmuş Astara rayonu Azərbaycan SSR-nin 50 illiyi adına sovxozun xx.xx.1988-ci il tarixli, 661 saylı əmri ilə atası X1 istifadəsində olan həyətyani torpaq sahəsinin 0.07 hektar torpaq sahəsi ayrılaraq (həmin torpaq sahəsi şimaldan ara yolu ilə, şərqdən və cənubdan atamın həyəti ilə qərbdən ara yolu ilə həmsərhəddir) yeni ev tikməkdən ötrü verilmiş torpaq sahəsinin zəbt azad edilməsi həmin torpaq sahəsinə mütəxəssislər tərəfindən baxış keçirilməsinə, torpaq sahəsinin mövcud texniki vəziyyətinin əks etdirən müayinə aktının tərtib edilməsinə cavabdeh tərəfindən edilən manənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, onun tərəfindən 0,07 ha torpaq sahəsi zəbt edilməmişdir.İddia əsassızdır. Ona görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Astara Rayon İcra Hakimiyyəti Astara rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, Astara rayonu Azərbaycan Sovet Sosialist Respublikasının 50 illiyi adına sovxozun 07 may 1988-ci il tarixli 661 saylı əmrindən çıxarışa əsasən Astara rayonu Seləkəran kənd sakini X1 0.18 hektar həyətyani torpaq sahəsindən 0.07 hektar oğlu İddiaçı yeni ev tikmək məqsədilə verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 08 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/2354 saylı rəyindən məlum olur ki, Qərardadın birinci sualı üzrə:Astara rayonu Azərbaycan SSR-nin 50 illiyi adına sovxozun 07 may 1988-ci il tarixli, 661 saylı əmri ilə X1 istifadəsinə verilmiş 0,18 hektar həyətyanı torpaq sahəsindən İddiaçı ev tikintisi üçün ayrılmış 0,07 ha hissəsinin iddia olunan vəziyyətə əsasən sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. İddia olunan torpaq sahəsinin faktiki ölçüsünün 0,06 ha olduğu müəyyən edilmişdir.Qərardadın ikinci sualı üzrə:Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1998-ci il tarixli 18 nömrəli qərarı əsasında **********0116 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” (X3 kitabında xx.xx.2009-cu il tarixdə 116 nömrə ilə uçota alınmış) ilə X1 mülkiyyətinə verilmiş, Astara rayonu, Seləkəran kəndi ərazisində yerləşən 2559,38 kv.m həyətyanı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir.Qərardadın üçüncü sualı üzrə:Astara rayonu Azərbaycan SSR-nin 50 illiyi adına sovxozun 07 may 1988-ci il tarixli, 661 saylı əmri ilə X1 istifadəsinə verilmiş 0,18 hektar həyətyanı torpaq sahəsindən İddiaçı ev tikintisi üçün ayrılmış 0,07 ha (faktiki iddia olunan vəziyyətdə 0,06 ha) torpaq sahəsi kimi iddia olunan torpaq sahəsinin bütövlüklə Cavabdeh istifadəsində olduğu müəyyən edilmişdir.Qərardadın dördüncü sualı üzrə:Astara rayonu Azərbaycan SSR-nin 50 illiyi adına sovxozun 07 may 1988-ci il tarixli, 661 saylı əmri ilə X1 istifadəsinə verilmiş 0,18 hektar həyətyanı torpaq sahəsindən İddiaçı ev tikintisi üçün ayrılmış 0,07 ha (faktiki iddia olunan vəziyyətdə 0,06 ha) torpaq sahəsinin faktiki koordinatlarının Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1998-ci il tarixli 18 nömrəli qərarı əsasında **********0116 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə X1 mülkiyyətinə verilmiş 2559,38 kv.m həyətyanı torpac sahəsinin sərhəd hüdudları daxilinə düşməsi müəyyən olunmuşdur. Başqa sözlə Astara rayonu Azərbaycan SSR-nin 50 illiyi adına sovxozun.07 may 1988-ci il tarixli, 661 saylı ən~ ilə X1 istifadəsinə verilmiş 0,18 hektar həyətyanı torps: sahəsindən İddiaçı ev tikintisi üçün ayrılmış 0,1“.ha (faktiki iddia olunan vəziyyətdə 0,06 ha) torpaq sahəsi kimi iddia olunan torpaq sahəsinin torpaq islahatı zamanı Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1998-ci il tarixli 18 nömrəli qərarı əsasında **********0116 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə X1 mülkiyyətinə verilmiş 2559,38 kv.m ölçüdən ibarət həyətyanı torpaq sahəsinə aid hissə olması müəyyən edilmişdir. İşə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, Astara rayonu Azərbaycan Sovet Sosialist Respublikasının 50 illiyi adına sovxozun 07 may 1988-ci il tarixli 661 saylı əmrindən çıxarışa əsasən Astara rayonu Seləkəran kənd sakini X1 0.18 hektar həyətyani torpaq sahəsindən 0.07 hektar İddiaçı yeni ev tikmək məqsədilə verilmişdir. Hazırda həmin torpaq sahəsi bütövlüklə Cavabdeh istifadəsindədir.Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 08 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/2354 saylı rəyi ilə təsdiq edilmişdir. Ona görə də Məhkəmə belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddia tələbini təmin edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünəüstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh tərəfindən zəbt edilmiş Astara rayonu Azərbaycan SSR-nin 50 illiyi adına sovxozun 07 may 1988-ci il tarixli 661 saylı əmri ilə mərhum X1 istifadəsində olmuş 0,18 ha həyətyani torpaq sahəsindən İddiaçı verilmiş 0,06 ha torpaq sahəsi zəbtdən azad edilib İddiaçı verilsin və həmin torpaq sahəsinə mütəxəssislər tərəfindən baxış keçirilməsinə, torpaq sahəsinin mövcud texniki vəziyyətini əks etdirən müayinə aktının tərtib edilməsinə Cavabdeh tərəfindən edilən manelər aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh tərəfindən zəbt edilmiş Astara rayonu Azərbaycan SSR-nin 50 illiyi adına sovxozun 07 may 1988-ci il tarixli 661 saylı əmri ilə mərhum X1 istifadəsində olmuş 0,18 ha həyətyani torpaq sahəsindən İddiaçı verilmiş 0,06 ha torpaq sahəsi zəbtdən azad edilib İddiaçı verilsin və həmin torpaq sahəsinə mütəxəssislər tərəfindən baxış keçirilməsinə, torpaq sahəsinin mövcud texniki vəziyyətini əks etdirən müayinə aktının tərtib edilməsinə Cavabdeh tərəfindən edilən manelər aradan qaldırılsın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : İlqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar