Məhkəmə qərarları › İş №2(018)-30/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-30/2024

29.07.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-30/2024 29.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X6 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı nümayəndəsi Vəkil Cavabdeh qarşı torpaq sahələrinin zəbt olunmuş hissələrinin qanunsuz istifadəsindən azad olunması, qanunsuz tikilmiş daş çəpərin, fərdi yaşayış evinin və digər tikiləlin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı nümayəndəsi Vəkil Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən zəbt olunmuş İddiaçı mülkiyyətində olan torpaq sahəsinin qanunsuz istifadədən azad olunması, həmin torpaq sahəsində qanunsuz tikilmiş daş çəpərin, fərdi yaşayış evinin və digər qanunsuz tikililərin sökülməsi tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, 09 aprel 2024-cü il tarixli ekspert rəyi ilə razı olmadıqlarını bildirib, ekspert rəyinin tərtibi üçün əlavə ekpertizanın keçirilməsini və iddialarının təmin olunmasını xahiş etdi. İddiaçı oğlunun nümayəndəsi Vəkil iddia ərizəsini onunla əsaslandırmışdır ki, X1 rayonu Siyəkü kəndində yaşayır. O, özünə 13 fevral 2020-ci ildə Siyəkü kəndində 0.1565 ha kənd təsərrüfat tayinatlı torpaq sahəsi almışdır Ona həmin torpaq sahəsinə aid 13 fevral 2020-ci ildə ********** saylı Daşınmaz Əmlakın Dövlət Ryestrində çıxarış verilmişdir. Daha sonra o, 19 fevral 2020-ci ildə Siyəkü kəndində 0.0716 ha kənd təsərrüfat təyinatı torpaq sahəsi almışdır. Ona həmin torpaq sahəsinə aid 19 fevral 2020-ci ildə ********** saylı Daşınmaz Əmlakın Dövlət Ryestrində çıxarış verilmişdir. Daha sonra o, 23 fevral 2021-ci ildə Siyəkü kəndində 0.1426 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi almışdır. Ona həmin torpaq sahəsinə aid 23 fevral 2021-ci ildə ********** saylı Daşınmaz Əmlakın Dövlət Ryestrində çıxarış verilmişdir. Daha sonra o, 12 dekabr 2022-ci ildə Siyəkü kəndində 0.1743 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi almışdır. Ona həmin torpaq sahəsinə aid 12 dekabr 2022-ci ildə ********** saylı Daşınmaz Əmlakın Dövlət Ryestrində çıxarış verilmişdir. Alınan torpaq sahələri hamısı bir ərazidə yanaşı olaraq yerləşirlər. Həmin torpaq sahələrinin bir qismini Astara rayonu Siyakü kənd sakini Cavabdeh zəbt edərək, zəbt etdiyi sahəni çərərə almış və orada özünə heç bir icazə almadan qanunsuz fərdi yaşayış evi və digər tikililər tikmişdir. Dəfələrlə ondan həmin torpaq sahəsinin İddiaçı məxsus olduğunu, zəbt olunmuş torpağı azad etməyi xahiş etmişdir. Lakin cavabdeh İddiaçı mülkiyyətində olan torpaq sahəsini azad etməkdən imtina etmişdir. Cavabdeh bu hərəkətləri ilə İddiaçı torpaq üzərində olan mülkiyyət hüququnu pozur və mülkiyyətlərində olan torpaqdan istifadə etmələrinə imkan vermir və bununlada onlara maddi ziyan vurur. Məhkəmədən təmsil etdiyi şəxs İddiaçı mülkiyyətində olan torpaq sahəsinin zəbt olunmuş hissələrinin qanunsuz istifadədən azad olunması, həmin torpaq sahəsində qanunsuz tikilmiş daş çəpərin, fərdi yaşayış evinin və digər qanunsuz tikililərin sökülməsi tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh məhkəyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsi ilə xəstə olması səbəbindən onun iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı, iddiaçının nümayəndəsi Vəkil dinləyərək, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materialında olan xx.xx.2023-cü il tarixli 435 saylı Azərbaycan Respublikası Astara RİHBnın Siyakü kənd İƏDÜN-nin arayışından görünür ki, İddiaçı Astara rayonu Siyakü kəndində yaşayır. İş materialında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci ildə anadan olmuşdur. İş materialında olan xx.xx.2023-cü il tarixli 7E-1364 nömrəli etibarnamə sənədindən görünür ki, İddiaçı etibarnamədə göstərilən səlahiyyətlərini xx.xx.2025-ci ilədək Vəkil etibar etmişdir. İş materialında olan xx.xx.2023-cü il tarixli vəkil orderinə əsasən, Vəkil İddiaçı hüquqi yardım göstərir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ********** qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 (yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarış sənədinin surətindən görünür ki, Astara rayonu, Siyəkü kəndində 0.1426 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Mülki işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarış sənədinin surətindən görünür ki, Astara rayonu, Siyəkü kəndində 0.0716 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Mülki işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarış sənədinin surətindən görünür ki, Astara rayonu, Siyəkü kəndində 0.1565 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarış sənədinin surətindən görünür ki, Astara rayonu, Siyəkü kəndində 0.1743 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İşə əlavə edilmiş xx.xx.1998-ci il tarixli həyətyanı torpaq sahəsinin verilməsinə dair sənəddən görünür ki, Astara Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 256 saylı sərəncamı ilə 0.06 ha həyətyanı torpaq sahəsi Siyəkü kənd sakini Cavabdeh daimi istifadə üçün verilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarış sənədinin surətindən görünür ki, Astara rayonu, Siyəkü kəndində 0.1571 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. Mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli Daşınmaz real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin arayış sənədindən görünür ki, Astara rayonu, Siyəkü kəndində Cavabdeh mülkiyyətində olan 0.1571 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin bazar dəyəri 4000 (dörd min) manat təşkil edir. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/1322 saylı, 09 aprel 2024-cü il tarixli ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 05 fevral 2024-cü il tarixli, 3-21- 3-43/2-248/2024 №-li mütəxəssis rəyinə əsasən, Astara rayonu Siyəkü kəndi ərazisində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ilə İddiaçı mülkiyyətində olan 0,1565 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ilə İddiaçı mülkiyyətində olan 0,0716 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ilə İddiaçı mülkiyyətində olan 0,1426 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ilə İddiaçı mülkiyyətində olan 0,1743 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı Torpaqların elektron kadastr uçotu informasiya sistemində sözügedən 0,1565 ha torpaq sahəsinin faktiki vəziyyətə uyğun 0,12 ha ölçüdə, 0,0716 ha torpaq sahəsinin faktiki vəziyyətə uyğun 0,05 ha ölçüdə, 0,1426 ha torpaq sahəsinin faktiki vəziyyətə uyğun 0,11 ha ölçüdə və 0,1743 ha torpaq sahəsinin faktiki vəziyyətə uyğun 0,13 ha ölçüdə öz əksini tapması və həmin torpaq sahələrinin faktiki vəziyyətdə İddiaçı istifadəsində olması müəyyən olunmuşdur. Astara rayonu Siyəkü kəndi ərazisində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ilə Cavabdeh və qeyrilərinin mülkiyyətlərində olan 0,1571 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı Torpaqların elektron kadastr uçotu informasiya sistemində sözügedən 0,1571 ha torpaq sahəsinin faktiki vəziyyətə uyğun, ümumi ölçüsü saxlanılmaqla öz əksini tapması və həmin torpaq sahəsinin faktiki vəziyyətdə Cavabdeh və qeyrilərinin istifadəsində olması müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ilə İddiaçı mülkiyyətində olan 0,1565 ha (faktiki vəziyyətdə 0,12 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021- ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ilə İddiaçı mülkiyyətində olan 0,0716 ha (faktiki vəziyyətdə 0,05 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ilə İddiaçı mülkiyyətində olan 0,1426 ha (faktiki vəziyyətdə 0,11 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ilə İddiaçı mülkiyyətində olan 0,1743 ha (faktiki vəziyyətdə 0,13 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ilə Cavabdeh və qeyrilərinin mülkiyyətlərində olan 0,1571 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə naturada üst-üstə düşməməsi, başqa sözlə İddiaçı mülkiyyətində olan qeyd olunan torpaq sahələrinin Cavabdeh tərəfindən İstifadə edilməməsi müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin Cavabdeh və qeyrilərinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ilə mülkiyyətlərində olan 0,1571 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhəd hüdudları daxilində yerləşməsi və Cavabdeh tərəfindən inşa edilmiş köməkçi tikililərin birinin (tövlənin) Cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ilə mülkiyyətində olan 0,1182 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhəd hüdudları daxilində yerləşməsi, köməkçi tikililərdən digərinin (sarayın) isə bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhəd hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ilə İddiaçı mülkiyyətində olan 0,1565 ha (faktiki vəziyyətdə 0,12 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021- ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ilə İddiaçı mülkiyyətində olan 0,0716 ha (faktiki vəziyyətdə 0,05 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ilə İddiaçı mülkiyyətində olan 0,1426 ha (faktiki vəziyyətdə 0,11 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ilə İddiaçı mülkiyyətində olan 0,1743 ha (faktiki vəziyyətdə 0,13 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ilə Cavabdeh və qeyrilərinin mülkiyyətlərində olan 0,1571 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə naturada üst-üstə düşməməsi, başqa sözlə İddiaçı mülkiyyətində olan qeyd olunan torpaq sahələrinin Cavabdeh tərəfindən İstifadə edilməməsi müəyyən olunmuşdur. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 3-16-16/2-10/1322 saylı, 09 aprel 2024-cü il tarixli rəyi ilə təsdiq edilmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə iddia tələbini rədd edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Məhkəmədə iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Şərh edilənləri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 3-16-16/2-10/1322 saylı, 09 aprel 2024-cü il tarixli rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı nümayəndəsi Vəkil Cavabdeh qarşı torpaq sahələrinin zəbt olunmuş hissələrinin qanunsuz istifadən azad olunması, qanunsuz tikilmiş daş çəpərin, fərdi yaşayış evinin və digər tikiləlin sökülməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı nümayəndəsi Vəkil Cavabdeh qarşı torpaq sahələrinin zəbt olunmuş hissələrinin qanunsuz istifadən azad olunması, qanunsuz tikilmiş daş çəpərin, fərdi yaşayış evinin və digər tikiləlin sökülməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar