Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-31/2024 28.02.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbi barədə” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “Zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbi barədə” məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib izahat verərək bildirdi ki, o, alqı-satqı yolu ilə Astara rayonu Siyəkü kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaqlar koteqoriyasından 0,55 hektar torpaq sahəsi almışdır. Bu barədə Huquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********97, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 05 aprel 2020-ci il olan Çıxarış da tərtib edilmişdir. Mülkiyyətlərində olan 0,55 hektar torpaq sahəsinin müəyyən hissəsi cavabdeh tərəfindən zəbt edərək qanunsuz olaraq tutmuşdur. Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh zəbt etdiyi hissəni azad etməmişdir. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, o, iddia tələbini qəbul etmir. Belə ki, onunla Astara rayonu Şağlazüzə kənd Bələdiyyəsi arasında bağlanmış 27 dekabr 2006-cı il tarixli 21 nömrəli alqı-satqı müqaviləsinə əsasən Astara rayonu Şağlazüzə kəndi ərazisində 0,18 hektar həyətyanı torpaq sahəsi almışdır. O, həmin vaxtanda həmin 0,18 hektar torpaq sahəsindən istifadə etməklə, orada yaşayış evi tikmişdir. Ancaq o, İddiaçı mülkiyyətlərində olan Astara rayonu Siyəkü kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,55 hektar torpaq sahəsini tutmamışdır. İddiaçı tələb etdiyi yer isə onu mülkiyyətində deyildir və ümumi yoldur. Buna baxmayaraq iddiaçı əsassız olaraq məhkəməyə müraciət etmişdir. Ona görə də, o, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahalartını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və arayışdan məlum olur ki, İddiaçı xx xxxxxxxx 1992-ci il tarixdə anadan olmaqla ailə üzvüləri ilə birlikdə Astara rayonu Siyəkü kəndində yaşayır. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı Məhkəməyə müraciət etmək üçün 100 (otuz) manat məbləğindəki dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Mülki işə əlavə edilmiş Huquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********97, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 05 aprel 2020-ci il olan Çıxarışdan məlum olur ki, İddiaçı mülkiyyətlərinə Astara rayonu Siyəkü kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaqlar koteqoriyasından 0,55 hektar torpaq sahəsi vardır. Mülki işə əlavə edilmiş Astara rayonu Siyəkü kənd Bələdiyyəsinin 26 dekabr 2006-cı il tarixli protokolundan olan çıxarışın, Astara rayonu Şağlazüzə kənd Bələdiyyəsinin 26 dekabr 2006-cı il tarixli 11 saylı əmirdən olan çıxarışın və Astara rayonu Şağlazüzə kənd Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış 27 dekabr 2006-cı il tarixli, 21 nömrəli alqısatqı müqaviləsindən, cizgi planından məlum olur ki, Astara rayonu Şağlazüzə kəndi ərazisində 0,18 hektar həyətyanı torpaq sahəsi Cavabdeh satılmışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 17 yanvar 2024-cü il tarixli, 3-16-16/2-10/9393 saylı rəyindən məlum olur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3- 21-3-43/2-3100/2023 saylı mütəxəssis rəyin və rəyə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (JN-1293 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) ilə İddiaçı mülkiyyətində olan Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Həmin mütəxəssis rəyin və rəyə əlavə edilmi yerquruluşu planında qeyd olunanlara əsasən, Astara rayonu Şağlazüzə bələdiyyəsi tərəfindən 27 dekabr 2006-cı il tarixli “Torpaqların alqı-satqısına dair” Akt əsasınd Cavabdeh satılmış 0.18 ha torpaq sahəsinin ilki torpaqyaırma sənədlərinin ayrılmaz hissəsi olan torpaqayırma sxemi sxematik tərtib olunduğundan, yəni kompleks yerquruluşu layihəsi əsasında hazırlanmadığından və yaxud da qonşu torpaq sahələri əks olunan ayrıc aktı mövcud olmadığından həmin 0.18 ha torpa sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və sərhədlərini müəyyən etmək mümkü olmamışdır. Faktiki vəziyyətdə həmin torpaq sahəsinin koordinatları müəyyən edilmiş və Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsini ölçüsü ilə ilkin torpaqayırma sənədlərindəki ölçüsünün uyğun olması müəyyən olunmuşdu. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakı Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsiniı xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3100/2023 saylı mütəxəssis rəyin və rəyə əlavə edilmi yerquruluşu planında qeyd olunanlara əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqındı daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyya nömrəli Çıxarış ilə İddiaçı mülkiyyətində olan Astar, rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsiniı 0.019 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edilməs müəyyən olunmuşdur. Həmin 0.019 ha torpaq sahəsinin İddiaçı faktiki istifadəsində olan hasarlanan torpaq sahəsinin sərhəd hüdudlarındaı kənarda yerləşməsi və Cavabdeh faktiki istifadəsində olan fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi 0.18 ha torpaq sahəsinin giriş hissəsinə aid olması müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən Cavabdeh tərəfindən istifadə edilən 0.019 ha hissəs Cavabdeh faktiki istifadəsində olan fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi 0.18 ha torpaq sahəsinin giriş hissəsinin (qapısının) önündə yerləşdiy müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakı Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsiniı xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3100/2023 saylı mütəxəssis rəyin və rəyə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, Astara rayonu Şağlazüzə bələdiyyəs tərəfindən 27 dekabr 2006-cı il tarixli “Torpaqların alqı-satqısına dair” Akt əsasında Cavabdeh satılmış 0,18 ha torpaq sahəsinin sənəd üzrc konkret yerləşmə yerini və sərhədlərini müəyyən etmək mümkün olmadığından, həmir torpaq sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ilə İddiaçı mülkiyyətində olan Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üstüstdə düşməsini müəyyən etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olundu ki, İddiaçı alqı-satqı yolu ilə Astara rayonu Siyəkü kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaqlar koteqoriyasından 0,55 hektar torpaq sahəsi almışdır. Cavabdeh alqı-satqı yolu ilə Astara rayonu Şağlazüzə Bələdiyyəsindən, Astara rayonu Şağlazüzə kəndi ərazisində 0,18 hektar həyətyanı torpaq sahəsi almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 17 yanvar 2024-cü il tarixli, 3-16-16/2-10/9393 saylı rəyinə əsasən Cavabdeh məxsus olan həmin 0,18 hektar həyətyanı torpaq sahəsinin yerini müəyyən etmək, həmin torpaq sahəsi ilə İddiaçı mülkiyyətində olan 0,55 hektar torpaq sahəsinin üst-üstdə düşməsini müəyyən etmək də mümkün olmamışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 17 yanvar 2024-cü il tarixli, 3-16-16/2-10/9393 saylı rəyinə əsasən Cavabdeh İddiaçı mülkiyyətində olan 0,55 hektar torpaq sahəsini zəbt etməsinə tamamilə aydınlıq gətirilməmişdir. Belə ki, Cavabdeh məxsus olan torpaq sahəsinin yeri, kordinatları müəyyən edilməmiş, tərəflərə məxsus olan torpaq sahələrinin üst-üstdə düşməsi müəyyən edilməmişdir. Belə olan halda cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsini tutmasını göstərmək düzgün deyildir. Məhkəmədə həmçinin o da aydın oldu ki, İddiaçı imzaladığı iddia ərizəsində o, Cavabdeh deyil, X1 onun mülkiyyətində olan 0,55 hektar torpaq sahəsinin zəbt edilmiş hissəsinin azad edilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. Məhkəmə iddia tələbinin “qanunsuz tutulmuş (zəbt edilmiş) torpaq sahəsinin azad edilməsi” hissəsini rədd edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir.
1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
2. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
4. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
6. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
7. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarının 3-cü hissəsində qeyd edilir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 124.2-cimaddəsinə müvafiq olaraq iddia rədd edildikdə işə baxılması iləəlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “Zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbi barədə” iddiası əsassız olmasına görə rədd olunsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Mübariz Məmmədov.